25 Fevral, 2020 00:55 xeber – Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, əsas müzakirə mövzusu koronovirus və ondan qorunma yolları olub:
“Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonla danışdım. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq”.
Azerbaycan SaÄlık Bakanı dostumuz Sayın Ogtay Shiraliyev ile bir telefon görüÅmesi yaptık. KomÅu ülkelerde yaÅanan Koronavirüs vakalarına karÅı, Türkiye ve Azerbaycan olarak, iki ülke arasında alacaÄımız tedbirler hakkında istiÅarelerde bulunduk. pic.twitter.com/UNhSmh2GTC
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 24, 2020
mənbə :
Report.az