Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
10/04/2020

“Pandemiyadan sonra qüvvələr balansı dəyişəcək” – “Türkiyənin liderlik ambisiyaları uğurla sınaqdan çıxır”

“Pandemiyadan sonra qüvvələr balansı dəyişəcək” – “Türkiyənin liderlik ambisiyaları uğurla sınaqdan çıxır”




Koronavirus pandemiyasının yaranma səbəbləri barədə versiyalar müxtəlifdir. Artıq bu virusun təbii yolla deyil, laboratoriya şəraitində yaradılaraq yayıldığı, eləcə də pandemiyanın hansısa siyasi məqsədlərə xidmət etdiyinə dair çoxsaylı iddialar var.

“AzPolitika.info” bu mövzu ətrafında politoloq Eldar Namazovla söhbətləşib.

Müsahibəni təqdim edirik:

– Eldar bəy, hazırda bütün dünyanın mübarizə apardığı “Covid-19” virusunun təbii yolla, yoxsa laboratoriya şəraitində ortaya çıxdığı, eləcə də bu virusun yayılmasının arxasında hansısa gizli maraqların durduğuna dair müzakirələr aparılır. Sizin bu barədə fikirləriniz nədən ibarətdir?

– Əslinə qalsa, bu iki amil, yəni virusun təbii formada ortaya çıxması və ya süni şəkildə hazırlanması versiyaları artıq bir-birinə qarışıb. Bəzi hallarda bunları ayırmaq da mümkün deyil. Söhbət ondan gedir ki, belə təhlükəli viruslar təbii yolla yaranırlar və onları öyrənmək üçün xüsusi qapalı tibbi laboratoriyalar yaradılır. Belə laboratoriyalar bütün ölkələrdə, o cümlədən Çində də var. Bu laboratoriyalar təhlükəsizlik baxımından 4-cü səviyyəli klinikalar sayılır. Yəni ən təhlükəli, ağır virusların üzərində işlər aparılır və belə obyektlərdə təhlükəsizlik işləri də ideal səviyyədə olur.

Həmin laboratoriyalarda viruslar üzərində işlər aparılarkən insan amili həlledici rol oynaya bilər. Yəni səhlənkarlıq ola bilər, heyvanların üzərində aparılan təcrübədən sonra yanlış addımlar nəticəsində viruslar sıza və yaxınlıqda yaşayanları yoluxdura bilər. Məsələn, koronavirusun ilk çıxdığı Vuhan şəhərində 4-cü səviyyəli klinika bir neçə il əvvəl istifadəyə verilmişdi və orada bu sayaq eksperimentlər aparılırdı. Bu virusun həmin laboratoriyadan bir neçə kilometr aralıda yerləşən heyvan bazarında aşkarlanması, ola bilsin ki, insan səhlənkarlığının nəticəsidir. O laboratoriyaların işçiləri təhlükəsizlik tədbirlərini sona qədər həyata keçirməyə, hansısa səhvə yol verə bilərdilər. Amma onların istifadə etdiyi viruslar təbiətdən götürülən təbii viruslardır.

Bu, XXI əsrdə sayca altıncı təhlükəli epidemiyadır. Onlardan üçü Çindən, biri Səudiyyə Ərəbistanından, biri də Afrikadan yayılmağa başlamışdı. “Donuz qripi” isə Meksikada ortaya çıxmışdı. Sanki təbiətdə viruslarla bağlı mutasiya prosesi gedir və bu proses ildən-ilə güclənir. Vaxtaşırı günəşdə partlayışlar olanda radiasiya güclənib insanların səhhətinə ciddi təsir göstərdiyi kimi, viruslar dünyası da qaynayır və mutasiyalar güclənərək sanki partlayışlar baş verir. Fikrimcə, bu pandemiyada daha çox təbii amillər rol oynayır. Onu da qeyd etmək lazımdır ki, alimlər bunun üzərində ciddi işləyir.

“Koronavirus neftdən asılı olan ölkələr üçün böyük təhlükədir”

– Əgər alimlər bu istiqamətdə işləyir və prosesləri görürsə, nədən sözügedən viruslar barədə öncədən xəbərdarlıq edilmədi və pandemiya dövlətləri hazırlıqsız yaxaladı?

2011-ci ildə “Hollivud”da “Yoluxma” adlı film çəkilmişdi. İndi bu film internetdə baxış sayına görə rekod vurur. Həmin film hazırda müşahidə edilən epidemiyanı demək olar 90 faiz özündə əks etdirir. Yəni epidemiya Çində başlayacaq, həmin heyvan bazarında, bu epidemiya gec-tez gedib ABŞ-a çıxacaq, Avropanı əhatə edəcək və sair. Yəni indi müşahidə olunan epidemiya 9 il əvvəl “Hollivud”un çəkdiyi filmdə öz əksini tapır. Yeri gəlmişkən, həmin filmin məsləhətçisi tanınmış, şöhrətli bir virusoloq alim olub. O, filmin ssenarisinin yazılmasında iştirak edib və proqnoz verib ki, bu epidemiya dünyaya necə yayıla, hansı zərərlər verə bilər.

İkincisi, milyarder Bill Qeyts hələ 5 il əvvəl xəbərdarlıq etmişdi ki, belə təhlükə var və o, bu istiqamətdə işləyən fondlara belə təhlükənin qarşısını almaq məqsədilə böyük maliyyə ayırmışdı. Milyarder III Dünya Müharibəsinin dövlətlər arasında deyil, bəşəriyyətlə virus arasında olacağı ideyasını da irəli sürmüşdü. Hətta 2019-cu ilin noyabrında, yəni epidemiyanın başlamasına 1 ay qalmış Con Hopkins Universitetində Bill Qeytsin təşəbbüsü ilə simulyasiya oyunu da keçirilmişdi. Yəni koronavirus ortaya çıxsa necə olacaq, hansı tədbirlər görülməlidir və sair.

Hətta epidemiya nəticəsində 60 milyon insanın həlak ola biləcəyi, dünya maliyyə bazarlarının çökəcəyi haqda düşüncələr ortaya qoyulmuşdu.

Sözümün canı odur ki, alimlər, virusoloqlar və başqa sahələrdə çalışan mütəxəssislər də bununla bağlı proqnozlar verirdilər. Həm də son 20 ildə belə çox sayda epidemiyanın müşahidə edilməsi onu göstərir ki, baş verənlər daha çox təbii proses kimi ortaya çıxır, nəinki insan səhlənkarlığı və ya ehtiyatsızlıq ucbatından.

– Ancaq pandemiya təkcə təbii deyil, iqtisadi hadisə kimi də ortaya çıxır. Neft ucuzlaşır, maliyyə bazarları çökür və sair. Sizcə, bu iki qlobal proses arasında hansı əlaqələr mövcuddur?

– Neft və iqtisadiyyatla bağlı indi yaşanan proseslər qərbdə “İdeal fırtına” anlayışına uyğun gəlir. “İdeal fırtına” nədir? Adətən bir neçə amil üst-üstə düşəndə və bir-birinin təsirini daha da gücləndirib müsbət prosesə çevriləndə, biz buna “sinergetik effekt” deyirik. Mənfi hadisələr haqqında danışanda isə buna “İdeal fırtına” deyilir. İndi dünya iqtisadiyyatının başına gələnlər “İdeal fırtına” anlayışına daha çox uyğundur. Çünki burada iki mənfi amil üst-üstə düşüb. Bir tərəfdən koronavirus epidemiyası dünya iqtisadiyyatına zərbə vurdu, dünyanın iqtisadi inkişafını dayandırdı və belə durumda neftə ehtiyac azaldı. Məhz bu ərəfədə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neftin hasilatına dair məsələdə anlaşma olmadı və qiymət uğrunda müharibə başladı. Yəni koronavirusla bağlı dünya iqtisadiyyatının inkişafında ləngimə, neftə olan ehtiyacın azalması və Səudiyyə ilə Rusiya arasında neft mübarizəsi üst-üstə düşərək “İdeal fırtına” yaratdı. Əslində, neftin qiyməti aşağı düşməli idi. Bu, dünya iqtisadiyyatında gedən prosesdir. Məsələn, dünyada istehsal olunan neftin 50 faizi nəqliyyatda yanacaq kimi istifadə edilir. Amma aparıcı ölkələr proqram qəbul ediblər ki, 2035-ci ilə qədər benzinlə işləyən avtomobillərin satışı dayandırılsın, elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verilsin. Hamı da proqnoz edirdi ki, 2035-ci ildən sonra neft dünya iqtisadiyyatında elə də əhəmiyyətli rol oynamayacaq. Hətta neftin qiymətinin 10-20 dollara düşə biləcəyi də qeyd olunurdu. Sadəcə, koronavirus və dünya iqtisadiyyatındakı ləngimə neftin ucuzlaşması ilə bağlı proesləri daha da tezləşdirdi. Odur ki, koronavirus neft hasilatından asılı olan ölkələr üçün böyük təhlükədir. Və biz postneft dövrünə hazırlığı qısa müddətdə həyata keçirməliyik ki, qarşıdakı təhlükələri önləyə bilək.

“Pandemiyadan sonra qloballaşma prosesinə nöqtə qoyulacaq”

ABŞ Prezidenti Donald Tramp və komandası hakimiyyətə gəldiyi ilk gündən qloballaşmaya qarşı çıxış edir. Koronavirus isə faktiki qlobalizmi dağıdır və milli sərhədlər məsələsini gündəmə gətirir. Sizcə, pandemiya ilə bu məsələ arasında əlaqələrin olması mümkündürmü?

– Bunların hamısı bir-birinin üstünə düşən və effekti gücləndirən amillərdir. Qloballaşmaya qarşı proseslər koronavirusdan əvvəl başladılıb. Burada ABŞ administrasiyasının da rolu böyükdür. Tramp yarım il əvvəl çıxışlarının birində qeyd etmişdi ki, yeni mərhələ müstəqil dövlətlərin mərhələsidir. Yəni qloballaşma prosesinin sonunu elan etmişdi. Trampa yaxın olan bir sıra qərb ölkələrinin başçıları da bu mövqedən çıxış etdilər. Məsələn, Böyük Britaniyanın Avropa Birliyindən çıxması da qloballaşma siyasətinə vurulan zərbə idi. Başqa sözlə, rəsmi London elan etdi ki, mən müstəqil qərarlar verəcəm və heç bir ölkədən asılı olmaq istəmirəm. Buna bənzər proseslər müxtəlif ölkələrdə gedir və bunun təbii əsasları da var. Qlobal dünyada ABŞ lider idi, dünya iqtisadiyyatının 40 faizini ABŞ təşkil edirdi. Ancaq son illər qloballaşma prosesi nəticəsində dünyanın aparıcı dövlətləri potensial rəqiblər arasında texnologiyaları bölüşməyə, yatırımlar qoymağa, istehsalın böyük hissəsini həmin ölkələrə keçirməyə başladılar. Bu proses Avropa və ABŞ-ın dünya iqtisadiyyatındakı payının azalmasına gətirib çıxardı. Və Çin addım-addım irəliləyərək, ABŞ-ı üstələməyə başladı. Bu isə ABŞ üçün qəbuledilməz idi. ABŞ prezidentinin iki şüarla çıxış etməsi bu baxımdan təsadüfi deyildi. Tramp bir tərəfdən qloballaşmanın sonunu elan edirdi, digər tərəfdən də “ABŞ-ı yenidən lider edək” şüarını irəli sürürdü.

Odur ki, bu proses koronavirusdan asılı deyildi. Sadəcə, koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu zərbə ona gətirəcək ki, epidemiyadan sonra dünya siyasəti yalnız milli maraqlar üzərində qurulacaq, ölkələrin siyasəti dəyişəcək. Bir çox beynəlxalq qurumların bu mənada “ölümcül” vəziyyətə düşməsi təsadüfi deyil. Biz görürük ki, bu epidemiya zamanı BMT-nin rolu sıfıra bərabərdir. Əslində isə ölkələri mobilizasiya, koordinasiya etmək funksiyası BMT-nin üzərinə düşür. Amma o, demək olar ki, oyundan kənar vəziyyətdə qaldı.

Eləcə də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyası ilə bağlı müşahidə olunan prosesdən kənarda qalıb. Onun da heç bir ciddi rolu yoxdur. Əvəzində isə başqa formatlar önə çıxmağa başlayır.

– Hansı formatları nəzərdə tutursunuz?

– Məsələn, “G20” formatı. “Böyük iyirmilik” formatı əslində dünyadakı güclər balansını daha düzgün ifadə edir, nəinki BMT-nin Təhlükəsizlik Şurası. Almaniya, Braziliya, Hindistan kimi dünya siyasətində böyük rolu olan ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləri deyillər. BMT-nin strukturu ötən əsrin 50-ci illərində olan dünyadakı güclərin balansını əks etdirir. O zamandan bəri dünyada çox şey dəyişib, amma BMT-nin strukturu dəyişməyib. Odur ki, bu pandemiyadan sonra qloballaşma prosesinə nöqtə qoyulacaq. Həmçinin dünya siyasətində böyük dəyişikliklər olacaq, o cümlədən yeni formatlar, strukturlar yaranacaq ki, dünyadakı güclər balansını daha ədalətli təmin etsin.

– Pandemiyadan sonrakı dünyada Çinin yeri və rolu nədən ibarət ola bilər?</stronq

– Çin dünyada iki aparıcı super dövlətdən biridir və bu statusu qoruyub saxlayacaq. Bu proses daha böyük çılpaqlıqla göstərdi ki, dünyada iki aparıcı qlobal dövlət var – ABŞ və Çin.

Bəs Rusiya?

– Bəzi ölkələrin, o cümlədən Rusiyanın özlərini bu səviyyəyə qoymaq cəhdləri, yəni ABŞ-la eyni statusda dünyada gedən proseslərə təsir etmək ambisiyaları demək olar ki, zəiflədi. Onların dünyadakı qlobal proseslərdə daha çox qeyd etdiyim iki qüvvənin qərarlarından asılı vəziyyətdə olacaqları görünür. Məsələn, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neftin qiymətilə bağlı gedən mübarizəyə artıq son qoyulur. Çünki ABŞ prezidentinin bir çıxışı və xəbərdarlığı ilə neftin qiyməti sürətlə atrmağa başladı. Və Səudiyyə ilə Rusiya elan etdi ki, bir masa arxasında əyləşib müzakirələr aparmağa hazırdırlar.

Yəni ABŞ və Çin bu mərhələdən sonra öz mövqelərini qoruya biləcəklər…

– Bəli, həm qoruyacaqlar, həm də gücləndirəcəklər. Pandemiyadan sonra dünyada qüvvələr balansı dəyişəcək. Mən gözləyirəm ki, bu balans regional səviyyədə də dəyişəcək. Dünya iqtisadiyyatında da böyük dəyişikliklər olacaq. Fikrimcə, Türkiyə kimi dövlətin regional liderlik ambisiyaları bu proseslər içərisində bir daha təsdiqlənir. Türkiyənin bu yaxınlarda Suriyada yeni texnologiyalar vasitəsilə həyata keçirdiyi əməliyyatlar bütün dünyanı heyran qoymuşdu. Eyni zamanda, Türkiyə iqtisadiyyatının və səhiyyəsinin pandemiya böhranına dözməsi ortadadır. Əminəm ki, Türkiyənin regional liderlik ambisiyaları bu sınaqdan çox uğurla çıxır və heç kim buna şübhə etmir.

Amma başqa ölkələr var ki, onların iqtisadi, texnoloji potensialı ambisiyalarına uyğun gəlmədiyi üçün “İdeal fırtına”dan salamat çıxmaları böyük sual altındadır.















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir