Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
12 Haziran 2020

“Sülhəddin Əkbərin təyin edilməsini o xahiş etdi…” – “Heç bilmirdim ki, nazirin özü kimdir,kimə qulluq edir”

“Sülhəddin Əkbərin təyin edilməsini o xahiş etdi…” – “Heç bilmirdim ki, nazirin özü kimdir,kimə qulluq edir”




“Mən nə xarici, nə də daxili kəşfiyyatın adamı idim”

Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin mediaya son müsahibəsinin rezonansı davam edir. Sabiq nazir müavini həmin müsahibəsində 1992-93-cü illərdə KQB arxivlərinin açılması məsələsindən tutmuş 4 iyun Gəncə qiyamına qədər bir çox mövzulara toxunub.

“AzPolitika.info” S.Əkbərin adını çəkdiyi şəxslərdən biri – həmin dövrdə Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edən professor Yaqub Məmmədovun fikirlərini öyrənib.

Onunla müsahibəni təqdim edirik:

– Yaqub müəllim, Sülhəddin Əkbər məlum müsahibəsində sizdən də bəhs edib. Onun təyinatını siz imzalamısınız. Bu haqda nə deyə bilərsiniz?

– Onun müsahibəsində bəzi məqamlar var ki, düz demir. Sülhəddin Əkbər həkimdir və mən onu yaxşı tanıyıram. Onun namizədliyini rəhmətlik Afiyəddin Cəlilov irəli sürmüşdü. Mən də onu bəyənmişəm və təyin etmişəm. Müsahibəsində qeyd edib ki, guya İsa Qəmbər və ya başqa bir nəfər onun namizədliyini irəli sürüb. Qətiyyən belə bir şey olmayıb. Onun namizədliyini rəhmətlik Afiyəddin müəllim irəli sürüb, məndən xahiş edib. Mən də onu nazir müavini təyin etmişəm.

Üzərindən 27 il keçdikdən sonra belə deyirlər ki, guya Yaqub Məmmədov Əbülfəz Elçibəyə deyib ki, İsgəndər Həmidov sizin namizəd kimi Daxili İşlər naziri təyin olunub, Milli Təhlükəsizlik nazirini də mən təyin edim. Qətiyyən belə şeylər olmayıb.

– Bəs necə olub?

– Mən onlara dedim ki, onsuz da icra hakimiyyəti orqanlarını götürmüsünüz. Özünüz kimi istəyirsiniz təyin edək. Elçibəy dedi ki, Milli Təhlükəsizlik naziri ölkənin birinci şəxsinin tanıdığı adam olmalıdır. Ölkənin birinci şəxsi, Yaqub bəy, sizsiniz və bu posta öz namizədinizi təklif edin. Mən də bir neçə təklif irəli sürdüm, bəyənmədilər. Çünki bu adamlar mitinqlər zamanı onlarla hansısa formada üz-üzə gəlmişdi. Sonradan Fəxrəddin Təhməzovun adını çəkdim. Onu tanımırdılar deyə heç kəs etiraz etmədi. Əbülfəz bəy xahiş etdi ki, onu dəvət edin, görək kimdir. Dəvət etdim, bir az söhbət etdikdən sonra Əbülfəz bəy onu bəyəndi və dedi ki, nazir təyin etmək olar. Hadisə bu cür olub. Amma Sülhəddin Əkbər müsahibəsində qeyd edib ki, guya mən demişəm Milli Təhlükəsizlik naziri vəzifəsinə mən öz adamımı təyin edəcəyəm. Bunların hamısı yalandır.

– Hər halda, Fəxrəddin Təhməzov sizin namizəd olub…

– Elçibəy təkid etdi ki, bu posta namizədlə bağlı mütləq mən təklif irəli sürməliyəm. Mən də bir neçə nəfəri təklif etdim, o cümlədən də Təhməzovu. Digər namizədləri cəbhəçilər tanıdıqları üçün etiraz etdilər. Çünki o şəxslər Milli Təhlükəsizlik Nazirliyində rəhbər postlar tuturdular və görünür, müxalifətin tədbirlərində bunlara mane olmuşdular. Təhməzovu isə tanımırdılar. Onunla görüşdükdən sonra razılıqlarını veriblər.

O vaxt hakimiyyəti faktiki olaraq, müxalifət zəbt etmişdi. Mütəllibov getmişdi, Ali Sovet və Prezident Aparatı onların nəzarətində idi. Mən də istefa vermək istəyirdim, amma onlar məni buraxmaq istəmirdilər. Deyirdilər ki, siz oturun, bizə lazımsınız, sizinlə işləyəcəyik və s. Ancaq sonra mənim razılığım olmadan mayın 18-də Ali Sovetin sessiyasının iclasını çağırıb məni vəzifədən azad etdilər. Bununla da məsələ bitdi. Amma mənə məlum idi ki, cəbhəçilərlə kommunistlər separat danışıqlar aparmışdılar. Türkiyənin Azərbaycandakı səfiri də burada böyük rol oynamışdı. Yəni məqsəd bu idi – “hakimiyyəti birdəfəlik zəbt edək və məsələ qurtarsın” . Bunu da etdilər.

Sizcə, bu doğru qərar idi?

– Elə böyük səhv etdikləri üçün də bir ildən artıq otura bilmədilər… Bir ayın içərisində vəzifədə olan, işləri apara bilən şəxslərin hamısını dəyişdilər. Vəzifələrə təcrübəsiz, əhali arasında nüfuzu olmayan şəxsləri, bacarıqsız insanları gətirdilər. Onlar da xalqla işləyə bilmədilər və sonu da belə oldu.

– Mayın 18-də Sizi işdən azad etdikdən sonra AXC-nin rəhbərliyi ilə kontaktınız oldumu?

– Əslində, mənim cəbhəçilərlə çox yaxşı münasibətlərim olub. Əvvəl də, sonra da. Amma onlar hakimiyyətə gəldikdən sonra mənimlə bütün əlaqələri kəsdilər. Mənim səhhətim yaxşı deyildi. Vəzifədən azad ediləndən 5-10 gün sonra getdim İsa Qəmbərin qəbuluna. Əbülfəz Elçibəy də orada idi. Mənə müəyyən vəzifələr təklif etdilər. Elçibəy də İsa Qəmbərə dedi ki, Yaqub Məmmədovu təyin edin, gedib işləsin, Yaqub bəy bizə lazımlı adamdır və s. Ancaq sonra təyinat olmadı.

– Elçibəy Sizə hansı vəzifəni təklif etmişdi?

– Səhiyyə naziri vəzifəsini təklif etdi.

– Belə çıxır ki, Elçibəy Sizin Səhiyyə naziri vəzifəsini tutmanızı istəyib, ancaq İsa Qəmbər bunun əleyhinə olub?

– Faktiki belə oldu. Elçibəy İsa Qəmbərə dedi ki, fərmanını verin, təyin edin. İsa Qəmbər isə dedi ki, Yaqub bəy sabah saat 11-də mənimlə əlaqə saxlasın, həll edək. O sabah bu sabaha qədər gəldi, amma heç nə olmadı. Sonra da nə mənim zəngimə cavab verən oldu, nə də məni qəbul edən.

AXC-nin hakimiyyətdən getməsinə səbəb olan 4 iyun qiyamı ətrafında hələ də müzakirələr gedir. Sizcə, həmin qiyam niyə baş vermişdi?

– Açığı, Sülhəddin Əkbərin dediklərinin hamısına qulaq asmadım. Bir hissəsini dinlədim, sonra qulaq asmadım. Odur ki, bir şey deyə bilmərəm. O zaman qarışıq bir dövr idi, bilinmirdi ki, kim nəyə xidmət edir. Əslində, bunun əsası yanvar ayında qoyulmuşdu. Onların öz arasında münaqişə başlamışdı. Rəhim Qazıyev Müdafiə naziri postundan istefa vermişdi, sonra Surəti təyin etmək istəyirdilər, daha sonra bəyanat verdilər ki, Surət Hüseynov vətən xainidir və s.

– Qiyam və hakimiyyətin itirilməsi təcrübəsizliyin nəticəsi idi, yoxsa həqiqətən onların qarşılarında böyük güclər dayanmışdı?

– Həm təcrübəsizlikdən irəli gəldi, həm də ətraf dövlətlərlə münasibətləri düzgün qura bilməmələrindən. Ümumiyyətlə, bunun səbəbləri çoxdur. Daxildə və xaricdə müəyyən səhvlər etdilər və bu səbəbdən də hakimiyyətdən gedəsi oldular. Onlar daxildə müxalifətlə də dil tapa bilmədilər, onlarla birlikdə olan qüvvələr də parçalandı.

Sülhəddin Əkbər iddia edib ki, AXC hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslər arasında Rusiyaya işləyən agentlər olub. Sizin bu barədə hər hansı bir informasiyanız olubmu?

– Mənim faktım olmadığına görə, konkret ad çəkib kimisə ittiham edə bilmərəm. Sülhəddin Əkbər o proseslərdə olub, ona görə də nələrsə deyə bilər. Mən yalnız özüm haqqında danışa bilərəm. Mən nə xarici, nə də daxili kəşfiyyatın, yaxud kənar dövlətin adamı olmamışam. Hər hansı bir siyasi qüvvənin də nümayəndəsi olmamışam. Bitərəf adam kimi Ali Sovetə seçilmişdim. Sona qədər də neytral mövqeyimi, hər kəslə normal münasibətlərimi saxladım.

Təbii ki, istər xarici ölkələrin, istərsə də ölkə daxilindəki qüvvələrin öz maraqları var. Amma mən deyə bilmərəm ki, onların daxilində xarici kəşfiyyat orqanlarının agentləri olub və ya olmayıb. Mənim əlaqəm olmayıb, ona görə də bu haqda məlumatım yoxdur.

Bu arada arxivlərin açılması məsələsi də müzakirə edilir. Sizcə, arxivlər açılmalı idimi?

– Bax, bu çox maraqlıdır. Onlar hakimiyyətə gəlmişdilər. Bəs nədən arxivləri açmadılar?

Açmalı idilərmi?

– Hər halda öz daxillərində əgər agentlər vardısa, bunu bilməli idilər. İndi də qəribədir ki, konkret bir nəfərin adını çəkmirlər, amma deyirlər ki, belə adamlar olub. Bunun özü də maraqlıdır. Deyirdilər ki, arxivlər açılsa, aləm bir-birinə dəyər. Hər halda açmadılar. Bir il hakimiyyətdə oldular və prinsipcə aça bilərdilər. Görünür, arxivlərin açılmasına mane olanlar olub.

– Sizə Prezident səlahiyyətlərini icra etdiyiniz dövrdə məruzə edilirdimi ki, filankəs agentdir, başqa dövlətə işləyir və sair?

– Mənə bu xarakterli məruzələr edilməyib. Mənə ölkədə olan vəziyyət, siyasi proseslərlə bağlı məruzə olunurdu. Ancaq kiminsə xarici kəşfiyyata işləməsinə dair məruzə olmamışdı.

– Prezident səlahiyyətlərini icra etdiyiniz dövrdə cəbhəçilər sizə rəqib hesab olunurdu. Niyə onları araşdırıb barələrində konkret informasiya əldə etmədiniz, axı belə imkanlarınız var idi…

– Mən qısa müddətdə Prezident səlahiyyətlərini icra etdiyim üçün siz deyən vaxtım olmadı ki, araşdırma aparım və kimin hara xidmət etdiyi haqda məlumat əldə edim. İki ay yarım ərzində bunu etmək mümkün deyildi. Heç bilmirdim ki, Milli Təhlükəsizlik nazirinin özü kimdir, kimə qulluq edir. Bunlar üçün vaxt lazım idi. Mən durub havadan deyə bilməzdim ki, filankəs agentdir…

– Əbülfəz Elçibəy haqqında düşüncələriniz də maraqlıdır…

– Elçibəy çox təmiz və müsbət adam idi. Sözsüz ki, onun idarəetmə təcrübəsi yox idi və özü də bunu etiraf edirdi. Ancaq təmiz, əqidəli, və millətini istəyən şəxs idi. Mən Elçibəylə dəfələrlə söhbət etmişəm, o da mənə hörmətlə yanaşırdı.

Amma dövlət başçısı onun-bunun təklifi ilə addımlar atmalı deyil. Dövlət başçısı müstəqil olmalı, kənar təsirlərin qarşısında durmağı bacarmalıdır. Onların hakimiyyəti dövründə vəziyyətin necə olduğu göz önündə idi. Çox adam özünü Prezident kimi görürdü və aparırdı. Dövlətdə belə hallar yolverilməzdir.

Əslində çox maraqlıdır ki, o dövrlə bağlı müzakirələrdə mənim adımı sistematik şəkildə çəkmirlər. Məni unudurlar. İndi də mənim adımı çəkməkdən ehtiyat edirlər. Hamıdan danışırlar, amma mənim adım yoxdur.

– Sizcə niyə?

– Unutdururlar ki, ümumiyyətlə belə adam yoxdur. Bunun səbəbi odur ki, mən onların adamı olmamışam. Bir vaxtlar Pənah Hüseynovun “Yeni Müsavat” qəzetində xatirələri çap olunurdu. Xatirələrində yazırdı ki, biz çox maraqlandıq ki, Yaqub Məmmədov kimin adamıdır, xarici dövlətlərin, yoxsa daxildəki siyasi qüvvələrin, məlum oldu ki, heç kəsin adamı deyil. Doğrudan da mənim haqqımda obyektiv yazmışdı. Həqiqətən mən nə xarici dövlətlərin adamı idim, nə də daxildəki siyasi qruplaşmaların. Mən xalqın adamı idim. Vəssalam.















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии. wikiapp.org qezet tr.wikiapp.org tr.wikiapp.org ru.wikiapp.org wikibox quote wikibox dictionary

Copyright © 2020. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar wiki ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti wikibox quote wikibox dictionary
Arabic ar.wikiapp.org evn.tdn.gtranslate.net
Chinese (Simplified) zh-CN.wikiapp.org evn.tdn.gtranslate.net
Croatian hr.wikiapp.org evn.tdn.gtranslate.net
Czech cs.wikiapp.org evn.tdn.gtranslate.net
Danish da.wikiapp.org evn.tdn.gtranslate.net
Dutch nl.wikiapp.org evn.tdn.gtranslate.net
Finnish fi.wikiapp.org evn.tdn.gtranslate.net
French fr.wikiapp.org evn.tdn.gtranslate.net
German de.wikiapp.org evn.tdn.gtranslate.net
Greek el.wikiapp.org evn.tdn.gtranslate.net
Hindi hi.wikiapp.org evn.tdn.gtranslate.net
Italian it.wikiapp.org evn.tdn.gtranslate.net
Japanese ja.wikiapp.org evn.tdn.gtranslate.net
Norwegian no.wikiapp.org evn.tdn.gtranslate.net
Polish pl.wikiapp.org evn.tdn.gtranslate.net
Portuguese pt.wikiapp.org evn.tdn.gtranslate.net
Russian ru.wikiapp.org evn.tdn.gtranslate.net
Spanish es.wikiapp.org evn.tdn.gtranslate.net
Swedish sv.wikiapp.org evn.tdn.gtranslate.net
Indonesian id.wikiapp.org evn.tdn.gtranslate.net
Serbian sr.wikiapp.org evn.tdn.gtranslate.net
Slovak sk.wikiapp.org evn.tdn.gtranslate.net
Ukrainian uk.wikiapp.org evn.tdn.gtranslate.net
Hungarian hu.wikiapp.org evn.tdn.gtranslate.net
Turkish tr.wikiapp.org evn.tdn.gtranslate.net
Persian fa.wikiapp.org evn.tdn.gtranslate.net
Afrikaans af.wikiapp.org evn.tdn.gtranslate.net
Azerbaijani az.wikiapp.org evn.tdn.gtranslate.net