[r32]
2020-07-03T08:52:48 xeber –

ABŞ-da işsizlik səviyyəsi cari ilin sonunadək 10% -i keçəcək, ölkə iqtisadiyyatı 2022-ci ilin ortalarından əvvəl bərpa olunmayacaq.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Konqresin Büdcə İdarəsi tərəfindən yayımlanan hesabatda deyilir.

Dekabr ayına qədər ölkədə işsizlik səviyyəsinin 14% -dən 10.5% -ə, gələn il – 7.6% -ə enəcəyi gözlənilir. Mütəxəssislərin fikrincə, 2022-ci ilin sonuna qədər bu rəqəm 7% -dən aşağı düşməyəcək. Orta hesabla 2030-cu ilədək işsizlik səviyyəsi 6,1% olacaq.

Qeyd olunub ki, gələn il iqtisadi artım tempi 4.8% olsa da, iqtisadiyyat yalnız 2022-ci ilin ortalarına qədər bərpa olunacaq.


mənbə :
Report.az