[r32]
xeber –

Qüdsdə yerləşən və xristianların mühüm ibadət mərkəzlərindən olan Müqəddəs Məzar Kilsəsi koronavirusla bağlı vəziyyətin kəskinləşməsinə görə möminlərin üzünə yenidən bağlanıb.

“Report” bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.

May ayının 24-də iki aylıq karantindən sonra yenidən açılmış kilsədə eyni vaxtda 50 nəfərdən artıq içəri daxil olmaması, ibadət zamanı maska taxaraq iki metr sosial məsafə gözləmək, içəridə daşlara, müqəddəs rəsmləri və s. əl vurmamaq kimi tələblər qoyulmuşdu.

Lakin iyul ayının əvvəlində İsraildə koronavirusun yenidən artdığı nəzərə çarpır. Belə ki, ayın 7-si, 8-i, 9-u ölkədə rekord sayda (müvafiq olaraq 1 137, 1 289, 1 650) gündəlik yoluxma qeydə alınıb. Səhiyyə Nazirliyinin son məlumatına görə, yoluxanların ümumi sayı 34 825 nəfərdir.


mənbə :
Report.az