Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
27/02/2015

Telman Adıgözelovun oğlu: “Atamın getirdiyi sovqatı geri qaytardım”

Telman Adıgözelovun oğlu: “Atamın getirdiyi sovqatı geri qaytardım”


27.02.2015 / 15:18 xeber –

Telman Adıgözəlovun 60 illiyi olanda onun qəfil gedişindən sarsılan Ramiz Novruz "Həmin gün ölümün özü də sarsılmışdı. Bəlkə də, Əzrayıl utanırdı. Telman "Əzrayılı utandıran adam oldu". Ölüm ona yaraşmırdı" demişdi. Həqiqətən də, Telman Adıgözəlovun dünyadan qəfil gedişi hamını sarsıtdı. 2010-cu il aprelin 15-i, gözəl yaz səhəri bəd xəbərlə açıldı. Bu il Telman Adıgözəlovun vəfatından 5 il ötür. 5 ildir ki, şux, zarafatcıl bəzən isə qayğılı görməyə alışdığım Telman Adıgözəlovu yalnız lentlərin yaddaşından izləyirik.

 

Lent.az-ın məlumatına görə, report.az-ın "Ömrün Pərdəarxası" rubrikasının bu dəfəki qonağı xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlovdur. Onunla birlikdə atalı günlərini xatırlayırıq.

 

– Tural, bu il Telman müəllimin vəfatından 5 il ötür. Ağırdır bilirəm. Amma 5 il necə ötdü? Onun yoxluğu ailədə necə hiss edilir?

– İlk hiss darıxmaqdır. Atanın yoxluğu illər ötdükcə daha çox hiss edilir. Ailəcanlı olduğu üçün ehtiyaclarımızdan tutmuş, hər xırda problemə qədər atam həll edirdi. Onun yoxluğu ilə ailənin yükü, qayğısı yeganə oğul kimi mənim boynuma düşdü. Onsuz darıxırıq, çox darıxırıq. Onun nəsihətinə, məsləhətinə ehtiyacımız var. Ata olanda qərarlarımı onunla məsləhətləşib verirdim. İndi isə hər qərarımı özüm verirəm.

– Telman Adıgözəlov Balakəndə doğulub. Amma çoxları bilmir ki, Telman müəllim əslən ordubadlıdır. Uşaqlıq illərindən sizlərə nə danışıb? Necə uşaq olub?

– Atam Balakəndə anadan olub. Amma babalarım Ordubadın Vənənd kəndindəndir. Babam Ordubaddan köçüb Balakəndə məskunlaşıb. SSRİ dövründə onları zorla köçürüblər. Balakəndə yaşadıqları məhəllə "ordubadlılar məhəlləsi" adlanıb. Bir əmim var. Atam uşaq olanda qolunda yara əmələ gəlib. Həkimlər ailəyə məsləhət görüblər ki, "uşağın qolunda yaranan bu yara getdikcə dərinləşəcək və qol çürüməyə başlayacaq. Ona görə də, uşağı Balakəndən aparın. İqlimi dəyişsə qolu sağalar". Həqiqətən də, belə olub. Balakənin havası rütubətli olduğuna görə babam ailəsi ilə birlikdə Bakıya köçüb. Balakəni tanıyanlar bilir. Orada məscid var. Həmin məscidin qarşısındakı məhəllədə yaşayıblar. İndi həmin küçəyə atamın adı verilib. Yaşadığı evə xatirə lövhəsi də, vurulub. Atamla Balakəndə olanda məni bir zamanlar yaşadığı evə aparıb. Atam uşaqlıq xatirələrini yada salanda həyətlərində olan itdən danışardı. Uşaq olanda bir itləri var imiş. Atam hara gedirmişsə, it onu qoruyurmuş. Günlərin birində qonşu çörəyin içinə iynə qoyub itə atır. Həmin çörəyi yeyən it ölür. Bu hadisə atama yaman təsir edir. 5-6 yaşı var imiş. Oturub ağlayır. Atamın həssas qəlbi var idi. Tez kövrələrdi.

 

 

– Telman Adıgözəlov iyulun 17-də doğulub. Yadımdadır, hər dəfə ad günü münasibətilə onu təbrik edəndə fəxrlə "Bu gün həm də, Şah İsmayıl Xətainin ad günüdür" deyərdi. Millətini və milli kimliyini sevən bir adam idi, Telman müəllim.

– Siz ad gününü dediz, yadıma düşdü: atam ad günündə yaman kövrəlirdi. Çox həssas olduğu üçün yaşının üstünə bir yaş da, gələndə qəmli olurdu. Ona görə yox ki, qocalırdı. Nəsə ad günündə qəribə kövrəklik yaşayırdı. Milli mənsubiyyətini çox sevirdi. Türklüyü ilə fəxr edirdi. Tarixi çox oxuyurdu. Ona görə də, evimizdə tarixi kitablar çoxdur. Ümumiyyətlə mütaliə etməyi sevirdi. Milli məsələlərdə çox həssas idi.

– Ananızla tanışlığı, ailə qurması necə olub?

– Anam da Balakənlidir. Elə uşaqlıqdan qonşu olublar. O vaxtdan da, gediş-gəlişləri olub. Atam danışardı ki, dayılarınla uşaqlıq dostu idim. Həmişə bir yerdə oynayardıq. Elə o vaxtdan anamı sevib, bəyənib. Uşaqlıq məhəbbəti olub. Sonralar rayona gedəndə yenidən görüşüblər və ailə qurmağa qərar veriblər.

 

– Telman müəllim sadə, mehriban, mədəni insan idi. Ailədə necəydi? Sizinlə rəftarı, ünsiyyəti necə qurmuşdu?

– Elə sizin tanıdığınız kimi idi. Mehriban, səmimi, ailəcanlı. Evi, ailəni çox sevirdi. Bizimlə oturub söhbət edərdi, həmişə başa salmağa, düzgün ünsiyyət qurmağa çalışardı. Bacımı və məni heç vaxt danlamayıb, ağır söz deməyib. Hər zaman öyüd-nəsihət verib, başa salıb. Amma tamaşadan gələndə yorğun olurdu. Az danışardı. Bütün enerjisini səhnədə qoyub gəlirdi. Heç kimlə danışmasa da, mənimlə həmişə söhbət edərdi. Günümün necə keçdiyini, nə ilə məşğul olduğumu soruşardı. Lap kiçik yaşlarımdan mənimlə uşaq kimi rəftar etməzdi. Mənə dost kimi baxırdı. Yadımdadır məni aktyor dostları ilə görüşə gedəndə özü ilə aparardı. Bulvarda bir çayxana var idi. Bütün aktyorlar ora yığışardı. Mən də kənardan oturub onlara qulaq asırdım. Söhbətləri mənə maraqlı gəlirdi. Teatrdan, kinodan, sənətdən, hər şeydən danışardılar.

– Kimlər iştirak edirdi o söhbətlərdə?

– Milli Dram Teatrının aktyorları Ramiz Novruz, Sabir Məmmədov, Səyavuş Aslan,… çox aktyorlar olurdu. Söhbətlərini elə maraqla dinləyirdim ki, heç səsim də çıxmırdı.

– Heç onların yanında olanda fikrinizdən keçmirdi ki, bəlkə mən də aktyor olum?

– Yox, belə fikrim olmayıb. Heç həvəsim yox idi bu sənətə. Atamın sənətini sevirdim, amma aktyor olmaq istəməmişəm.

 

– Aktyor olmaq istəsəydiz Telman müəllim razı olardı?

– Razı olardı. O məni sərbəst böyüdüb. Qadağalar qoymazdı. Əgər məndə belə bir həvəsin, istedadın olduğunu görsəydi, mane olmazdı. Əksinə, kömək edərdi. Seçimi hər zaman mənim öhdəmə buraxırdı.

– Siz əsgərlikdən qayıdandan qısa müddət sonra atanız dünyasını dəyişdi…

– 6 aydan sonra. Sizə deyim ki, əsgərlikdə olanda yanıma tez-tez gəlməyini istəmirdim. Belə şeyləri xoşlamıram. Sıxılırdım. Yanıma cəmi iki dəfə gəlib. Birinci dəfə andiçmə mərasimində gəlmişdi. Orada çıxış da, etdi. İkinci dəfə isə hansısa bayram idi. Yenə yanıma gəldi. Çox gəlməyini istəmirdim. Bir dəfə də, güclü qar yağmışdı. Yadıma gəlir mənə yun corab və isti köynək gətirmişdi (gülür). Ata ürəyidir də. Elə düşünürmüş ki, mənə soyuq olar. Amma gətirdiklərini götürmədim. Dedim ki, hamı necə, mən də elə. Qaytardım hamısını. Amma sonradan peşman oldum ki, gərək geri qaytarmayaydım. Nə bilim o an bunu düşünmədim.

 

– Dostlarından söhbət açılanda ilk olaraq yada Ramiz Novruz düşür. Ən yaxın dostunun Ramiz Novruz olduğunu bilirəm…

– Hə, Ramiz Novruz ən yaxın dostu idi. Həm də Ramiz müəllimin ailəsi ilə yaxınıq. Atam dünyasını dəyişəndən sonra da, Ramiz müəllim bizi unutmur. Bayramlarda zəngləşirik, xüsusi günlərdə görüşürük. Atamın məzarını ziyarət edir. Elə bu yaxınlarda anamın ad günü idi. Ramiz Novruzun həyat yoldaşı zəng etmişdi. Anamı təbrik etdi. Ramiz müəllim dedi ki, "Mən unutmuşdum. Xanımın yadına düşdü". Tamaşalarına da dəvət edir. Düzdür, vaxt tapıb gedə bilmirik. Amma əlaqələrimiz var.

– Bəs, xanım aktrisalardan?

– Xanım aktrisalar əsasən anamla həmsöhbət olurlar. Kübra Əliyeva anamla yaxındır. Sonra Afaq Bəşirqızının adını çəkə bilərəm. Anama zəng edir, bacımın və mənim toyumda da iştirak edib.

– Telman müəllim sizin toyunuzu görə bilmədi…

– Hə, ona qismət olmadı. Atam dünyasını dəyişəndən sonra bacım da, mən də ailə qurduq. Şükür Allaha hər ikimiz xoşbəxtik. Artıq ailəmizdə balaca Telman Adıgözəlov var. Onun adını oğlum yaşadır. Atam apreldə dünyasını dəyişdi. Oğlum da apreldə dünyaya gəldi. Həm də atama çox oxşayır.

 

– Telman müəllimin hamıya əl tutduğunu eşitmişəm. Hətta özünə görə heç kimə ağız açmağı sevməyən Telman Adıgözəlov dostlarının xahişlərini məmnuniyyətlə yerinə yetirərmiş…

– Həqiqətən də eləydi. Özünə qarşı həssas deyildi. Amma başqasının bir probleminin olduğunu bilsəydi özünü oda-közə vururdu. Dostlarına, qohumlara, tanışlara hətta qonşulara qarşı çox həssas, çox diqqətli idi. Kimin nə dərdi olsa kömək etməyə çalışırdı. Başımız azca ağrıyanda tez həkim çağırardı. Bütün dostlarına qarşı belə idi. Amma özünə qarşı diqqətli deyildi. Bir əhvalatı deyim. Köhnə evimizdə yaşayanda bir qonşumuz var idi. Çernobıl əlili idi. Onun ev problemi var idi. Atam ona kömək etdi, onun üçün xahişə getdi. Həmin kişini evlə təmin etdilər. Onda hələ mən balaca idim. Aradan çox uzun illər keçdi. Keçmiş qonşumuz Rusiyaya köçdü. Atam rəhmətə gedəndə eşidib, bilet alıb Bakıya gəlmişdi. Deyirdi ki, onun yaxşılığını unuda bilməzdim. Atamın belə yaxşılıqları çox olub. Yaxşılıq etməkdən yorulmurdu.

– Bəs, özünün hansı qayğıları var idi?

– Özümüz yaxşı dolanırdıq. Atam toylara, el şənliklərinə gedirdi. Ailəni dolandırırdı. Korluq çəkmirdik. Heç kimə ağız açmazdı. Əziyyət çəkərdi, hər işi özü görərdi. Kiminsə qarşısında əyilməyi sevməzdi.

 

– Rəhmətlik Telman müəllim geyim-kecimi çox sevirdi. Paltara pul xərcləməyi xoşlayardı. Amma ölümündən sonra bəzi söhbətlər gəzirdi ki, guya Telman Adıgözəlovun 1000 manatı olmayıb ki, dişlərini düzəltdirsin. Mən bunun belə olmadığını bilirəm. Amma sizin dilinizdən eşitmək istəyirəm…

– Hə, o yazını mən də oxumuşdum. Nə yaxşı toxundunuz. Bilirsiz, belə fikirlər yaymaq yanlışdır. Atam pal-paltara o qədər pul xərcləyirdi. Çox bahalı geyimlər alardı. Yəni üst-başına bu qədər pul xərcləyən adamın 1000 manatı yox idi ki, dişlərini düzəltsin? Sözsüz ki, var idi. Sadəcə, atam yaman qorxurdu. Bir dəfə stomatoloqa getmişdi. Ona iynə vurmuşdular. İynə ona düşməmişdi deyə, şok keçirmişdi. O hadisədən sonra diş həkiminə getmək istəmirdi. Qorxurdu ki, yenə əvvəlki hadisə baş verər. Həm də, bacım gələcəyin stomatoloqu olacaqdı. Ona görə də, atam həmişə deyirdi ki, "Qızım təhsilini bitirib işə başlasın, dişlərimi düzəltməyi ona həvalə edəcəm". Təəssüf ki, bacımın çalışan günlərini görmək ona qismət olmadı.

– Telman müəllimin vəfatından sonra geyimlərinin aqibəti necə oldu? Yadigar kimi nəyi saxlamısınız?

– Geyimləri çox idi. Dünyasını dəyişəndən sonra geyimlərinin çox hissəsini ehtiyacı olan adamlara payladıq. Amma bir hissəsini saxlamışıq. Əsasən qalstuklarını saxlamışıq. Qalstukları çox idi. Hansı ölkəyə gedirdi, oradan qalstuklar alardı. Çox sevirdi qalstuk taxmağı. Qalstuk, kəmər və ayaqqabıya çox pul xərcləyirdi. Bahalı markalardan geyinməyi sevirdi.

– Eşitdiyimə görə, Telman müəllimin xəstəliyi ilə bağlı yanlış diaqnoz qoyulub?

– Vəfatından bir müddət əvvəl sinəsində olan ağrılarla bağlı həkimə müraciət etmişdi. Həkim "ürəyində heç nə yoxdur. Səndə osteoxondroz var. Bu ağrılar duzlaşmanın işarəsidir" demişdi. Uzun müddət bununla bağlı müalicə aldı. Sonradan məlum oldu ki, o ağrıların səbəbi ürəyinin infarkt olması imiş. Bir dəfə gizli infarkt keçirmişdi. Əgər vaxtında düzgün diaqnoz qoyulsaydı, dərmanlarını vaxtı-vaxtında qəbul etsəydi, bəlkə də belə olmazdı. Dünyasını dəyişdiyi gün adi günlərdən biriydi. Kimin ağlına gələrdi ki, belə hadisə olar. Amma vəfatından iki gün əvvəl Fatmayı kəndinə getmişdi. Orada bir qonşu var, sonralar mənə danışdı ki, onunla görüşüb, söhbət edib və ayrılanda da, ona əl edib. Maşın gözdən uzaqlaşıb, itənə qədər əlini maşının şüşəsindən bayıra çıxarıb sağollaşıb. O kişi danışırdı ki, "heç vaxt belə etməzdi. Həmin gün Telman müəllimin bu hərəkətindən nəsə səksəndim". Amma ailədə heç nə hiss etməmişdik. Bizim üçün də adi gün idi.

 

– Telman müəllim Fatmayı kəndində dəfn olunub. Heç vida mərasimi də olmadı?

– Hə, vida mərasimi də etmədilər. O zaman mənim 23 yaşım var idi. Belə işlər necə olur bilmirdim. Bunu səlahiyyəti olan adamlar etməliydilər. Amma etmədilər. O vaxt Yaşar Nuri etirazını bildirmişdi ki, "Telmana qarşı bu soyuqluq elə bizim hamımıza aiddir". Dostları etiraz etmişdilər, amma belə alındı. İndi isə çox gecdir. Sizə deyim ki, atamın telefonuna nə qədər zənglər gəlirdi. Ölümünə heç kim inanmırdı. Azərbaycanın bütün bölgələrindən, xaricdə yaşayan azərbaycanlılar o qədər zəng edirdilər ki, onu hamı sevirdi.

– Məzarını ailə üzvlərindən başqa kimlər ziyarət edir?

– Dostları, tələbələri məzarını ziyarət edirlər. Bir neçə dəfə müxtəlif rayonlardan avtobuslarla qəbri üstünə gələnlər olub.

 

– Zahirən atanıza çox bənzəyirsiz. Bəs, xasiyyətiniz necə atanıza oxşayır?

– Zahirən ola bilər. Amma xarakterim fərqlidir. Atam çox ünsiyyətcil idi. Bu xarakter onun sənətindən də irəli gəlirdi. Atam hamı ilə rahatlıqla ünsiyyət qura bilirdi. Danışıb, gülməyi, zarafat etməyi çox sevirdi. Bir misal çəkim. Hər il Balakənə gedəndə bütün qonşulara baş çəkirdi. Yuxarı ərazilərdə avar kəndləri var idi. Həmin kəndlərdə yaşayan dostlarının yanına gedərdi. Belə şeylərdən zövq alırdı. Rayona 3 günlük də getsə, mütləq qonşulara, dostlara baş çəkərdi. Yorulmazdı. Mən fərqliyəm. Xasiyyətim atama çox bənzəmir.

– Telman müəllim hər bölgənin ləhcəsi ilə danışa bilirdi. Ona görə də bütün bölgələr onu doğma bilib, sevirdilər. Sevimli obrazı hansı idi?

– Həqiqətən də, onu bütün bölgələr sevirdi. Bütün obrazları ona əziz idi. Həmişə deyərdi ki, ifa etdiyim obrazları sevməsəm oynaya bilmərəm. Amma həyatının sonunda faciəli obraz ifa etmək istəyirdi. Tragikomediya. Bu ona qismət olmadı. Ümumiyyətlə tragikomediyanı sevirdi.

– Bəs, sizin ən çox sevdiyiniz obrazı hansıdır?

– "Evləri köndələn yar", "Yaşıl eynəkli adam" və "Yarımştat" tamaşalarında olan rollarını çox sevirəm. Hər dəfə nümayiş ediləndə maraqla tamaşa edirəm.

 

– Tural, Telman müəllim pal-paltardan başqa daha nələri sevirdi? Xüsusi sevimli əşyası vardımı?

– Xəncər-bıçaq kolleksiyası var idi. Bıçaqları yığmağı çox sevirdi. Həm özü alırdı, həm də hədiyyə verirdilər. Xarici ölkələrə qastrollara gedəndə mütləq nəsə alıb gətirərdi. Bir də fanar yığmağı çox sevirdi (Gülür). Heç bilmirəm niyə bu qədər alırdı. Xoşu gəlirdi. Mən balaca olanda iki fanar almışdı. Göy rəngdə olanı mənə, qırmızı rəngdə olanı bacıma. Sonralar hara gedirdi, fanar alırdı. Deyirdi ki, "Birdən elə yerə düşərsiz ki, qaranlıq olar, onda mütləq lazımınız olacaq"(Gülür). Bir də günəş enerjisi ilə çalışan telefon adaptoru almışdı. Qeyri-adi əşyaları yığıb saxlayırdı. Maraqlı xasiyyətləri var idi.

– Atanız sağ olsaydı ondan nəyi soruşardız, nəyi etməsini xahiş edərdiz?

– Yaş ötdükcə bir həqiqəti dərk edirsən. Valideynin xeyir-duasını, halallığını almaq lazımdır. Mən də onun halallığını almaq istəyərdim. Valideynlərin borcundan çıxmaq olmur. Onu düşünəndə ilk ağlıma gələn bu olur.

 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti