xeber –
“AzerGold” QSC “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.
“Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqrazdan (20 milyon dollarlıq) istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
mənbə :
Report.az