xeber –
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyununda hesab açılıb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.
20:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyunu start götürüb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya “Renova”sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın “Hayduk” komandası ilə üz-üzə gələcək.
mənbə :
Report.az