xeber –
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyununda dördüncü qol vurulub.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb – 3:1.
63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyununda üçüncü qol vurulub.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib.
48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada “Neftçi” hesabı bərabərləşdirib – 1:1.
46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyununda ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi öndədir – 1:0.
Hələ ki, yeganə qolu 19-cu dəqiqədə Mbaye Diaqne vurub.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyununda birinci hissə başa çatıb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb – 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyununda hesab açılıb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyunu start götürüb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya “Renova”sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın “Hayduk” komandası ilə üz-üzə gələcək.
mənbə :
Report.az