xeber –
ABŞ prezidenti Donald Tramp bildirib ki, ən yüksək dövlət postuna seçilməsinə görə özünün bütün dostlarını itirib, onları Konqres üzvləri əvəz ediblər.
Bu barədə “Report” “RİA “Novosti”yə istinadən xəbər verir.
“Mən bu posta görə özümün bütün dostlarımı itirdim. Mənim dostlarım vardı. “Ey, Don, gedək şam edək”, “Yaxşı, Riçard, mən gedəcəyəm”, “Hey, Don, gəl gedək”, “Oldu, Larri, sonra Nyu-Yorkda restoranda görüşək.
Bizim çox gözəl söhbətlərimiz vardı, siz bilməməlisiniz ki, biz nə haqda danışırdıq, bu sizin işiniz deyil. Amma biz zəifləmişdik”, – Viskonsində seçicilərlə görüşdə Tramp deyib.
mənbə :
Report.az