xeber –
Şahmat üzrə “Skilling Open” turnirində üçüncü oyun gününə yekun vurulub.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib.
33 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. O, XII turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura, XIII turda isə ağ fiqurlarla çinli Le Kuanq Lyomla sülh bağlayıb.
XIV turda qara fiqurlarla oynayan Rəcəbov hindistanlı Vidit Santoş Gujrathi, XV turda isə ağ fiqurlarla ABŞ-dan olan həmkarı Uesli So ilə heç-heçəyə razılaşıb.
Beləliklə, 15 turdan sonra xalını 8-ə çatdıran Rəcəbov ilk “8-lik”dəki yerini təmin edərək pley-offa adlayıb.
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.
mənbə :
Report.az