Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
02/01/2021

Kelbecer yollarinda: 3395 metr yukseklikden Xudaveng monastirina dogru – REPORTAJ

Kəlbəcər yollarında: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru - REPORTAJ



14:12 xeber –

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

“Kəlbəcər – 80 km”

Saat 7:45. Günəş yuxulu-yuxulu qarlı dağların arxasından yüksəlir. Yorğun gözlərinin qızartısı üfüqdən çəkilməyib deyə, dağlara, meşələrə, buzlu yollara hələ öz istisindən pay verməyib. Odur ki, ötən günlərdə yağan qarın izləri dağlarda, meşələrdə, torpaqda, soyuğu isə canımızdadır. 

Göygöl rayonu, Toğana kəndindəyik. “Kəlbəcər – 80 km” yazılmış  nişanının önündə dayanmışıq.

Təxmin etdiyiniz kimi yolumuz Kəlbəcərədir. Xudavəng və ya Dadivəng monastırını – qədim Alban məbəd kompleksini ziyarət etməyə gedirik. Yolumuz isə adı çəkiləndə namını bilənlərin damarında qanı donan, təhlükəli və eyni zamanda Azərbaycanın ən strateji nöqtələrindən sayılan Murovdağ silsiləsindən olacaq. Məşhur Ömər aşırımını keçib Kəlbəcərə düşəcəyik.

Qabaqda buzlu, qarlı, palçıqlı yollarda, sərt yoxuşlarda, enişlərdə, dərələrdə, uçurumlarda bizi gözləyən təhlükələrdən hələ bixəbərik. 

Müdafiə Nazirliyinin təşkil etdiyi səfərdə jurnalist həmkarlarımızla yanaşı, bizi Qəbələ rayonu, Nic qəsəbəsinin Udi və Gəncə şəhərinin Rus pravoslav icmalarının nümayəndələri də müşayiət edəcəklər.

Xudavəng “zəvvar”larını Kəlbəcərə aparacaq, sərnişinlər üçün nəzərdə tutulmuş yük maşını artıq gözləyir. Ləvazimatlarımızı da götürüb yerlərimizi tuturuq. Maşın dəli bir nərə çəkib tərpənir, yolçu yolda gərək…

***

Təzəcə şirin yuxudan oyanan kənd evlərini geridə qoyub ağır-ağır dağların yamacı ilə qalxırıq. Yol uzandıqca, sağ-solumuzdakı təbiət mənzərələri dəyişdikcə yolumuz daha da sərtləşir, gah hansısa çayın içindən, gah sıldırımın ağzından, gah da dərənin, uçurumun üstündən keçib gedirik.

Hündürlük artdıqca meşələr, dağlar bəyaz geyiminə daha sıx bürünür. Getdikcə meşələr seyrəlir, adda-budda ağaclar gözə dəyir, sonra isə alp çəmənliklərini çılpaq, qarla-buzla örtülü qayalar əvəz edir. Günəş də artıq gümrah görünür, dağların zirvəsi, buzlu qayalar onun şüaları altında ayna kimi bərq vurur.

Bəxtimiz varmış, hava gözəldir. Dünən hava proqnozunda Kəlbəcərdə bu gün yağmursuz, günəşli havanın olacağı, temperaturun beş dərəcəyə yüksələcəyi deyildi. Dağların döşündə, yolların qırağında arabir ekskavatorlar, yoltəmizləyən traktorlar gözümüzə dəyir. Bəziləri işləkdir, bəziləri sıradan çıxıb. Zənnimcə, çoxu elə bütün il boyu burda amadə gözləyir, sərt, ağır yollarda uçqun, dağıntı olanda özünü köməyə çatdırır.

Yolumuzun üstündə Azərbaycan əsgərlərinin postları var. Onları keçib gedirik. Səfər yoldaşlarımızdan kimsə deyir ki, bu yollar birtərəflidir, iki maşın qabaq-qabağa gəldisə, yol verməyə yer yoxdur, odur ki, postlar bir-biri ilə xəbərləşir, aşağıdan bir maşın qalxanda yuxarıdakı maşın gözləyir və əksinə.

Bu yerdə maşınımız hansısa döngəni burulmaq istəyir. Lakin döngə həddindən artıq sərt olduğundan maşın büdrəyir, təkərlərlə palçıqlı-buzlu torpağın çarpışması başlayır, deyirik, hə vallah, indicə dərəyə yuvarlanacağıq. Bu dəm maşınımız daha sərt həmlə edir, fınxırır, coşur, nərildəyir və nəhayət, döngəni burulub qalib ədasıyla bağırır, sonra nəfəsini dərib özünü növbəti çarpışmaya hazırlayır.

– Kəlbəcərin yolu budur? – kimsə soruşur.

– Ağdərədən də var. Bura dağ yoludur. Murovun üstündən aşıb gedir, məşhur Ömər aşırımından – Bayaqkı səfər yoldaşımızdır. Məlumatlı adama oxşadığı dərhal hiss olunur.

– Doxsan üçün aprelində kəlbəcərlilər bu yolla çıxmışdılar də – Yenə odur – Özü də çoxu bu qarlı-buzlu yolları pay-piyada getmişdi.

Bir anlıq hamı susur, qarlı dağların soyuğu içimizi üşüdür. Gözümüzün qabağında o məşum qaçqınlıq səhnələri canlanır. Özümüzü həmən insanların yerində hiss edirik. Ağlıma da gəlmir ki, bir neçə saat sonra rus sülhməramlı ilə söhbət zamanı özümü kəlbəcərli kimi təqdim edəcəyəm, bu kəndlərin birindən olduğumu, 93-də qaçqın düşdüyümü deyəcəyəm.

Maşınımız sonuncu yoxuşu da geridə qoyub “düzənliy”ə çıxır.

Bura artıq Ömər aşırımıdır – deyirlər, bir qədər fasilə verib təzədən yola çıxacağıq. 

Ömər aşırımında fasilə

Mən deyim Ömər aşırımı, siz deyin yerlə göyün birləşdiyi yer. Hava bu dağların zirvəsində –  3395.5 metr hündürlükdə də sakitdir; nə çovğun var, nə qar, nə yağış, nə duman. Ayaqlarımızın altında başdan-başa qarla örtülü silsilə dağlardır. Ənginlik, genişlik. Elə bil qlazur və ya şəkər tozu səpilmiş nəhəng tortun üzərində dayanmışıq. Başımızın üstündə açıq mavi səma. Əlini qaldırsan göy qübbəsinə toxunasısan. Aşırımın bəri üzü Göygöl, qarşı dağlar isə Kəlbəcər.

Murov silsiləsi ilə uzanan yol ilan kimi qıvrıla-qıvrıla, burula-burula qalxır, sanki xəyali bir “Zorro”nun qılıncı ilə imza əvəzi dağların sinəsinə çəkilib.

Bu zirvə bizim üçün coğrafi anlamdan ziyadə tarixi əhəmiyyət daşıyır. Xalqımızın yaddaşına qanlı, amansız əhvalatlarla qazılıb. Qarabağ müharibəsi başlayandan bu strateji ərazi uğrunda minlərlə itkimiz olub. Bunlardan ən qanlısı isə 1994-cü ilin yanvar-fevral ayları ərzində həyata keçirilən “Murovdağ əməliyyatı”dır. Həmin döyüşlərdə Azərbaycan Ordusu minlərlə şəhid verib. Sonrakı illərdə də dəfələrlə burada təhlükə ilə üzləşən, qar uçqununun altında qalıb həlak olan əsgərlərimiz olub.

Bu dağların soyuq qoynunda neçə-neçə şəhidimizin narahat ruhu dolaşır.

Vətən Müharibəsinin ilk günlərindən də Ömər aşırımında qanlı döyüşlər gedib. Qalın qar örtüyü döyüşlərin çoxunun izini gizləsə də, keçmiş erməni postunun üstündəki partlayış, yanıq izlərindən də bunu aydın şəkildə görmək mümkündür.

Hazırda Ömər aşırımı Azərbaycan ordusunun nəzarətindədir, burada komendant postu qurulub. Əsgərlərimiz burada öz vəzifələrini mətanətlə yerinə yetirirlər.

Maşından düşən kimi bizə dərhal xəbərdarlıq edilir: Yoldan kənara çıxmayın, ərazi minalıdır. Aşırımı keçib Kəlbəcərə adlayandan sonra bu cür xəbərdarlıqları tez-tez eşidəcəyik. Ümumiyyətlə, ermənilər 10 noyabr müqaviləsindən sonra əraziləri tərk edərkən əksər yerləri minalayıblar.

Fasilə bitir və biz səfərimizə davam edirik. Burdan sonra yolumuz yalnız enişlidir.

Kəlbəcərin tarixinə kiçik baxış

Kəlbəcərin özünə qədər qarşımıza tez-tez keçmiş erməni postları, erməni səngərləri çıxır. Bu postlarda indi Azərbaycan əsgərləri xidmət göstərirlər.

Yol qırağında dərələrin dibində yenə yol təmizləyən texnikalar görürük. Lakin çoxu ermənilərin qoyduğu minalara düşərək sıradan çıxıb.

İndi də Murov silsiləsinə qalxdıqda yaşadıqlarımızın əksi baş verir: Hündürlük azaldıqca qarlı qayalar yerini alp çəmənliklərinə, alp çəmənlikləri seyrək ağaclıqlara, sonra isə meşələrə verir. Kəlbəcərin özünəməxsus təbiəti var. Burda dağlar daha sərt, daha sıldırımlı, daha kəskindir. Qayaların arasında çılpaq ağaclarla yanaşı, kol kimi həmişəyaşıl ağaclara da rast gəlinir. Dəqiq müəyyənləşdirə bilmirəm, sərv ağacıdır, yoxsa başqa bir iynəyarpaqlı. Zənnimcə, belə ağacları Azərbaycanın heç bir dağlıq ərazisində görməmişəm.

Dağların güneylərində əriyən qarlar tez-tez qabağımıza çıxan kiçik dağ çaylarına axır. Kiçik dağ çayları isə aşağı çatmaqda bizimlə yarışır, aşağılara doğru birləşib daha da gurlayırlar və axırda Tərtərçayla qovuşurlar.

Ömər aşırımını aşıb Kəlbəcər dağlarının sərt keçidlərini də geridə qoyandan sonra yol daha genişdir, tez-tez ordumuzun hərbi yük maşınları ilə qarşılaşırıq.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb, Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin çox hissəsi meşəlikdir. Faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

Kəlbəcər ən qədim insan məskənlərindən biri sayılır. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisindəki daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcər 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 10-da imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib.

Aşıq Ələsgərin qız aldığı kənd

Maşınımız təpənin üstündə dayanır. Aşağıda dərənin içi ilə çay axır, çayın o üzü yenə dağlar. Çayın bəri üzündəki yamac boyu yalnız çay daşından tikilmə dağılmış evlər görünür.

Çayın adı Yanşaqdır. Elə kəndin adı da. Əhalisi mənşəcə Qazax mahalından gəlmədir deyilər. “Yanşaq” “aşıq” mənasını verir. Səhnəbanu ilə qovuşa bilməyən Aşıq Ələsgər 40 yaşında məhz bu kənddən evlənmişdi. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində digər göyçəlilər kimi, öz yurdunu tərk etməyə məcbur qalan ustad aşıq bir neçə il bu kənddə qonaq olmuşdu. Bəlkə də indi quruca daşını gördüyümüz bu tar-mar yurd yerlərindən birində yaşayıbmış Dədə Ələsgər. Nə bilək?

1993-cü ildə ermənilər tərəfindən işğal edilən kənd 1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin əlinə keçsə də sonradan yenidən itirilib.

Evlərdən xeyli aralı əyri-üyrü dəmir-dümürlər atılmış, dağılmış yer görürük. Burada ermənilərin 535-ci əlahiddə alayı yerləşibmiş. Kəlbəcəri təhvil verəndə hərbi hissəni partladaraq bu hala salıblar.

Cənnət görmək istəyən…

Axır ki, maşınımız asfalt yola çıxır. Bundan sonra da yolumuz adlarını bilmədiyimiz müxtəlif dağ çayları ilə kəsişəcək, bəzən isə yanaşı axacaq. Çayların şırıltısı maşının uğultusuna qoşulub dağların qarına qarışır, əriyərək yox olur.

Dağ demişkən… Hələ Vətən Müharibəsi başlamamışdan qabaq ermənilərin yaydığı məşhur Kəlbəcər videosu vardı;  sıldırım, başı göylərə dəyən dağların, qayaların arasından keçib gedən yol. O video baxanların çoxunun ürəyini ağrıtmışdı ki, gör bu gözəl yerlər kimlərdədir. İndi maşınımız məhz həmin yoldan keçib gedir. O videonu görəndə bu yerləri arzulamışdım. Ağlıma da gəlməzdi ki, 3-4 ay sonra həmin yerlərdən keçib gedəcəm. Möcüzə daha necə olmalıdır!

Arabir qarşımıza yanmış, damı, qapısı, pəncərəsi, həyət-bacası dağıdılmış evlər çıxır. Tərtərçayın üzərində qurulmuş stansiyaların infrastrukturunun əksəriyyəti sıradan çıxıb. Ermənilər Kəlbəcəri təhvil verərkən apara bildiklərini aparıb, apara bilmədiklərini isə yandırıb, dağıdıblar.

Zod yolundakı post

Maşınımızı növbəti yolayrıcında saxlayırıq. Bizi Xudavəng monastırına qədər müşayiət edəcək polis maşınını gözləyirik. Bu vaxt bir neçə hərbçi yaxınlaşır. Biz qapını açar-açmaz biri gülə-gülə deyir:

– Xoş gəlmisiniz bizim Peykanlıya.

– Bura haradır? – Soruşuruq.

– Zod yoludur – Başqa bir hərbçi əlilə qarşı tərəfi göstərir – Hardasa on kilometr sonra Ermənistanla sərhədimiz başlayır.

– Xudavəngə necə gedəcəyik?

– Elə Tərtərçayın qırağı ilə. İndi maşın gəlib müşayiət edəcək. Elə də məsafə qalmayıb.

Burda çox dayanmayacağıq deyə, maşından düşməyə ehtiyac görmürük.

Aralıda bir neçə hərbçi maşının kapotu üstünə xəritə sərib, nəyi isə müzakirə edirlər. Hərbçilərdən birinin geyimini rus sülhməramlılarının formasına oxşadıram.

– Ruslar da var burda? – Soruşuruq.

– Hə, var. Rus da, var. Erməni də burdadı.

– Harda?

– O üzdə, maşının içində.

İndi fikir veririk, maşınımızın o biri tərəfində “Qızıl Xaç”ın avtomobilləri dayanıb.

– Onlar niyə burdadırlar?

– “Qızıl Xaç”la gəliblər. Bizim şəhidlərimizin yerini göstərmək üçün.

– Onda şəhidlərin meyitləri hələ tam götürülməyib?

– Hələ yox – Bayaq gülər üzlə bizi salamlayan hərbçinin səsi sərtləşir – Sülhməramlılar ona görə gəlib ki, bizimkilərlə şəhidlərimizin yerini təyin etsinlər.

Müşayiət edəcək maşın gəlir. Hərbçilərimizlə sağollaşıb yolumuza davam edirik. Tərtərçayın qırağı ilə uzanan yol bizi Xudavəng monastırının yerləşdiyi Vəng kəndinə aparır. Yenə də çoxu yanmış, dağıdılmış evlərin yanından keçib gedirik. Kəlbəcəri işğal edəndən sonra ermənilər seyrək də olsa, bu ərazilərdə yaşayırmışlar.

Vəng kəndi, monastırın astanasında

Saat 12:00. Dörd saatlıq həyəcanlı səfərdən sonra nəhayət, Vəng kəndinə çatırıq. Uzaqdan Xudavəng monastırının xaçları, qırmızı kirəmitdən damları, qədim divarları görünür. Maşınımız körpüdə dayanır. Burda yol bir neçə yerə haçalanır. Biri Ağdərə istiqamətinə, o biri çaya, digəri kəndə, başqası də monastıra aparır. Monastıra qalxan yolun üstündə Azərbaycan hərbçilərinin postu qurulub. Bu postu keçmədən Xudavəng monastırına getməyə heç kəsin icazəsi yoxdur. Postu rahatlıqla keçib hardasa 200 metr qalxandan sonra maşınımız monastırın qabağında dayanır.

Xudavəng monastırı rus sülhməramlılarının nəzarəti altında olduğu üçün gəlişimizin məramını bildirib monastırın həyətini ayaq basırıq. Vaxtımız isə azdır, tələsməliyik. Çünki…

(ardı var)

Davamında oxuyacaqsınız: Xudavəng monastırının divarındakı yazılar. Arzu Xatun kilsəsinin içindən gələn səs. Monastırın qəlbinə aparan qaranlıq yollar. Dadinin qıfıllı məzarı. Rus sülhməramlısı Xocalı barədə nə dedi?

Mirmehdi Ağaoğlu

 


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir