Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
07/01/2021

Qafan aeroportu ile uzbeuz, Qafan-Gorus magistral yolunun 100 metrliyinde: Xudayarla birlikde yazilan dastan – REPORTAJ

Qafan aeroportu ilə üzbəüz, Qafan-Gorus magistral yolunun 100 metrliyində: Xudayarla birlikdə yazılan dastan - REPORTAJ



17:51 xeber –

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən Zəngilan rayonundan növbəti reportajı təqdim edirik:

44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlara kim gedirsə, onsuz da elə uça-uça gedir, qəlbində 44 günə düşmən işğalından azad edilmiş torpaqların sevinci, sinəsində Zəfər qazanmış ordunun vüqarı. 27 illik intizar Qarabağa səfər edənləri yuvasına can atan qaranquş kimi özünə çəkir.

Bu dəfə isə həqiqətən Qarabağa uça-uça gedirik. Helikopterimiz işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarının üzərindən keçib getdikcə işğal altında qalmış torpaqlar bizə tamam ayrı rakursdan – Allahın gördüyü məqamdan əyan olur.

Dağılmış evlər, külü göyə sovrulmuş yurd yerləri, cəngəlliyə çevrilmiş şəhərlər, qəsəbələr… Uzandıqca uzanan xarabalıqlar… Hər biri yüzlərlə, minlərlə insanın nisgilindən xəbər verən ocağı sönmüş evlər.

Yurd-yuvalarından didərgin düşmüş, illərlə çadır şəhərciklərində, ağır şəraitdə yaşamağa məcbur qalmış, min cür məhrumiyyətlərlə üzləşmiş insan taleləri…

27 il sonra bu torpaqların, bu yurd-yuvaların qayıtmasına şükür edirsən. İlahi ədalətin bərpasına sevinirsən. Və gözlərin yerdə bu mənzərələrin üzərindən bir ağı kimi keçib gedərkən üzünü özündən yuxarı tutub demək keçir könlündən: Bu dərdə 27 gün belə dözmək olmazdı, sən necə 27 il dözdün, İlahi?!

Amma demirsən, yerə baxma, adam göydə belə küfr şeylər fikirləşməz…

***

Nəhayət, iki saata yaxın uçuşdan sonra helikopterimiz Zəngilanda tozlu-torpaqlı bir eniş edir. Bu yerdə sizi hidrometeoroloji məlumatlarla yormadan bircə onu deyə bilərəm ki, hava qaralmamış özümüzü Bartaz kəndi istiqamətinə yetirməliyik. Bir qədər sonra “Bartaz” sərhəd zastavasının açılışı olacaq, bizi gözləyirlər.

Zastavaya çatar-çatmaz mərasim başlayır. Azərbaycanın dövlət himni səsləndirilir və himnimizin sədaları altında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin “Bartaz” sərhəd zastavasında üçrəngli bayrağımızın qaldırılır.

Zastava Azərbaycan-İran dövlət sərhədində, Araz çayının sahilində yerləşir. Zastavanın digər tərəfi isə Bartaz kəndidir – düşmənin viran qoyduğu kənd.

44 günlük Vətən müharibəsi zamanı DSX-nın hərbi qulluqçuları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunması ilə yanaşı, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin düşməndən təmizlənməsi əməliyyatlarında da iştirak ediblər. Oktyabrın 22-də baş tutan döyüşdə isə Zəngilanın bir neçə kəndi ilə yanaşı, Bartaz yüksəkliyi də düşməndən azad olunub, özü də bir gecəyə! Və sərhədçilərimiz Bartaz dağının zirvəsinə Azərbaycan bayrağını sancıblar. Sabah Bartaz dağına bayrağımızı sancan həmin igidlərdən biri ilə çox cəhd edəcəyik ki, danışaq. Lakin o öz utancaqlığını bir anlıq kənara qoyub bizə göstərdiyi şücaətdən bəhs edəcəkmi? Qoy cavabı hələlik sirr olaraq qalsın.

Bartazdan qayıdarkən yolüstü Sobu, Qaradərə, Qarqulu, Yuxarı Muşlan və başqa kəndlərin yanında dayanırıq. Bu kəndlər də hazırkı vəziyyəti ilə Cəbrayılda, Füzulidə, Ağdamda gördüyümüz kəndlərdən fərqlənmir; yalnız quruca divarları qalmış, çoxu çaydaşından tikilmə evlər və məhzun görkəmləri…

***

Hazırda isə Zəngilanın Məlikli kəndindəyik. Hava qaralır. Bilmirəm, bizim gəlişimizə görədir, yoxsa hərgünkü adətləridir, amma bir azdan əsgərlərimiz yekə bir tonqal qalayacaqlar. Və hamı tonqalın ətrafına yığışıb sərhədçilərimizin 44 günlük Vətən Müharibəsi ərzində göstərdiyi igidlikləri, hər birinə ayrıca dastan bağlanası qəhrəmanlıqları barədə söhbətləri dinləyəcək, bir də 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla irəliləyib düşmənə sarsıdıcı zərbələr endirdiklərini öyrənəcəyik. Onu da öyrənəcəyik ki, məşhur “İtiqovan” ifadəsi məhz bu ildırımsürətli hücumdan sonra yaranıb. Düşmən isə bu sarsıdıcı zərbədən sonra ikinci müdafiə xəttini qurmağa macal belə tapmayıb.

Bu qəhrəmanlıqları sərhədçi igidlərin öz dillərindən də eşidəcəksiniz.

Tonqalın istisi ilə yanaşı, bu söhbətlər də əsgər fincanlarından içdiyimiz çaylara qarışıb canımıza hərarət, ürəyimizə təpər gətirəcək.

Və əlbəttə ki, bu məqamda, ətrafı saran zülmət qaranlığın ortasında dilimləri göylərə yüksələn ocağın işığında şəhid sərhədçi, qəhrəman Xudayarı da yad edəcəyik. Onun pak çöhrəsi gözlərimizdə, müqəddəs ifası qulaqlarımızda bir daha canlanacaq.

Xudayarın adını eşitdikdə alov dilimlərinin göylərə sovqat kimi göndərdiyi qığılcımların dalıyca gözlərimi tuşlayacam və başımın üstündəki parlaq göy qübbəsinə baxıb-baxıb dostum Sərdar Aminin Vətən Müharibəsi şəhidlərinə həsr etdiyi şeiri xatırlayacam:

Keçsə aylar, illər, keçsə nə qədər

Bu gündən dünyanın sonuna qədər

Gecənin bağrında dan döyünəndə

Üfüqlər sürməyi don geyinəndə

Ulduz tək görünüb gözdən itəcək

İki min yeddi yüz səksən üç ürək…

***

Səfərimizin ikinci günü. Yolumuz Ermənistanın Qafan şəhəri ilə həmsərhəd olan Ağkənd və Qazançı kəndlərinədir, hazırda həmin ərazilərdə yerləşən döyüş məntəqələrini görəcək, sərhədçilərimizin xidmət şəraiti ilə tanış olacağıq.

Hələlik isə Oxçuçayın sahili ilə, bəzən keçmiş Zəngilan-Qafan dəmir yolunun üzəri ilə keçib gedir, hərdən də dağların döşünə burulub sərt, sürüşkən, keçilməz “yol”lara üz tuturuq…

Ağkənd döyüş məntəqəsi kəndin girişində yerləşir. Sərhədçilərimiz 24 saat ərzində Ermənistanla sərhəd xəttinin mühafizəsini həyata keçirirlər.

Azərbaycanla Ermənistanın sərhədi boyu Oxçuçayın buzlu suları axır. Çayın o biri üzü Ermənistanın Sünik vilayəti və Qafan şəhəridir. Qafan şəhərinin aeroportu əsgərlərimizin dayandığı mənzildən ovuc içi kimi görünür. Amma əsgərlərimiz, elə biz də Ermənistan ərazisi kimi deyil, doğma torpaqlarımızın bir parçası, qədim Zəngəzur mahalının Qafan şəhəri kimi baxırıq oralara. Sərhədin o üzünü böyük maraq və intizarla seyr edirik. Hətta aramızda ürəyindən keçənləri dilə gətirənlər də olur: “Vaxt gələcək o torpaqlarda da bayraqlarımız dalğalanacaq”. Hətta Prezidentin Zəfər paradındakı çıxışından bir fraqmenti xatırlayanlar da tapılır.

***

Polkovnik Babək Ələkbərov. “Özü də Babək kimi qəhrəmandır”, – hərbçi yoldaşları onu təqdim edəndə deyirlər.

Xudafərin körpüsünə və Zəngilan şəhərinə bayraq sancan və Cənab Prezidentə bu barədə məruzə edən şəxs məhz polkovnik Babək Ələkbərovdur. Müharibədə yaralansa da, döyüş meydanını tərk etməyib, 15 gün ərzində o vəziyyətdə vuruşub.

“Sərhədçilərimiz bir çox ərazilərimizin işğaldan azad edilməsində iştirak edib. Bundan əlavə, Xudafərin istiqamətində 11,5 km sızma əməliyyatı keçirərək düşmənin içərisinə daxil olduq. Həmin ərazilərin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirdik, Arazboyu əməliyyatlarımız zamanı ermənilərin sərhəd zastavaları bizim nəzarətimizə keçdi. Mən Xudafərin istiqamətində və bir sıra başqa əməliyyata rəhbərlik edirdim”, – deyir polkovnik B. Ələkbərov.

– Xudafərinə bayraq sancılmasını Prezidentə Siz məruzə etmişdiniz?

– Bəli, Xudafərinə bayraq sancmaq, Xudafərin körpüsü və ətraf ərazilərin işğaldan azad edilməsini Cənab Ali Baş Komandana məruzə etmək mənə qismət oldu. Ondan bir neçə gün sonra isə Zəngilan şəhərinin düşməndən azad edilməsi tapşırığı verildi. Həmin tapşırıq isə demək olar ki, ikinci Qarabağa müharibəsinin ən sürətli döyüş tapşırığı kimi yadda qaldı ki, 24 saat ərzində 25 km məsafəni döyüş əməliyyatı taktikası ilə irəlilədik və şəhər nəzarətimizə götürüldü. Orda vaxtından əvvəl Zəngilanın müdafiə planının hazırlanması və qruplarımızın yerləşdirilməsi bizim üçün uğurlu gedişlərdən sayıldı. Nəticədə, biz işğaldan azad etdikdən sonra düşmənin Zəngilanı əks-hücumla almaq cəhdi onlara baha başa gəldi.

– Harda yaralandınız?

– Zəngilan uğrunda döyüşlərdə sağ əlimdən yaralandım. Bundan başqa, çənəmdən və sol əlimdən də qəlpə yarası aldım.

Güllə sağ əlinin barmaqları arasından keçib.

– Sümüklər dağılıb, indi əlimin bir hissəsi dəmirdir, – gülümsünür.

Əlinin şəklini çəkmək üçün icazə istəyirəm, əvvəl razılaşmır:

– Ehtiyac yoxdu, biz bunları vətən uğrunda etmişik.

– Yaralanandan sonra da döyüşləri dayandırmadınız…

– Həmin ərazidə müəyyən istiqamətdə qruplara rəhbərliyi mən edirdim. Ona görə də dayana bilməzdim, döyüş davam etməli idi, çox şükürlər olsun ki, biz torpaqlarımızı azad elədik.

– Müharibə zamanı hərbçilərimizin mənəvi hazırlığı hansı səviyyədə idi, bir zabit kimi onlarda hansı hissləri müşahidə elədiniz?

– Demirəm, hamı şəhid olmaq barədə düşünürdü, yəni məqsədimiz dirigözlü ölümə getmək deyildi, sadəcə olaraq, onu dəqiq deyə bilərəm ki, heç kəs sağ qalmaq haqqında fikirləşmirdi. Əməliyyatların icrası zamanı yeganə amalımız qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və düşməni məhv edib torpaqlarımızdan çıxarmaq idi. Bax, hamı bunu fikirləşirdi. Daha ölüm, yaralanmaq haqqında düşünmürdük. Hər kəs şücaətlə döyüşürdü. Necə ki, mən, eləcə də digər zabit-gizirlərimiz yaralansalar da, döyüşür, yaralansalar da, geri çəkilmirdilər. Əksinə belə hallar onları daha da coşdurur, hiddətləndirirdi.

– Siz həm də Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldünüz.

– Bəli, mən Cənab Prezident tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüm, eləcə də bir çox döyüşçü yoldaşlarım fəxri ad, orden-medallarla təltif olundu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza isə şəfa diləyirik. Bütün bunlar qürurlandırıcıdır. Şəxsən mənim Vətən Müharibəsi Qəhrəmanı adını almağım, həm Xudafərin, həm də Zəngilanın işğaldan azad edilməsini Cənab Ali Baş Komandana məruzə etməyim, xüsusilə qürurvericidir. Mən qürur duyuram ki, qalib Prezidentin, qalib ordunun, qalıb xalqın zabitiyəm.

***

Növbəti dayanacağımız Ağkəndlə Qazançı məntəqələri arasındakı postdur. Buradakı yüksək zirvədə, Qafan aeroportunun qarşı tərəfində Azərbaycan bayrağı dalğalanır. Ermənistanın Sünik vilayətindən bu bayraq aydın şəkildə görünür və yeri gələndə buradan düşmənə meydan oxuyur, barmaq silkələyir.

Soyuğa, şaxtaya, qara baxmayaraq, hərbçilərimiz bayrağımızın yanında mühafizə təşkil ediblər.

Yeri gəlmişkən, qeyd edək ki, Zəngilanın Ağkənd və Qazançı istiqamətləri 10 noyabr müqaviləsindən sonra döyüşsüz geri qaytarılıb.

Sərhədin bu üzü dağılmış evlər, sıradan çıxmış yollar, yer üzündən silinmiş kəndlərdirsə, o üzü zavodlar, su bəndləri, aeroport, binalar və sair infrastrukturdur. İstər-istəməz belə bir sual yaranır: Ermənilər Ağdamın, Füzulinin, Cəbrayılın, eləcə də başqa rayonların gec-tez qayıdacağını bildikləri üçün 27 il ərzində o ərazilər köklü məskən salmadılar, heç nə qurub yaratmadılar. Bəs nə əcəb Qafan şəhərinin yanında yerləşən Qafan-Gorus magistral xəttinin bir addımlığından keçdiyi Qazançıda (eləcə də Ağkənddə) heç olmasa balaca bir daxma da tikməyiblər? Görünür, ermənilər onlara aid olmayan hər qarış torpağın belə gec-tez əllərindən çıxacağından əmin olublar.

***

Bu da Bartaz yüksəkliyinə bayraq sancan heyətdə döyüşmüş hərbçilərimizdən biri kiçik gizir İsi İsmayılov. Hazırda bizi bu dağlara gətirən maşınlardan birini o idarə edir. Sizə asan gəlməsin, bu keçilməz yollarda maşın idarə etmək döyüşmək kimi məharət və şücaət tələb edir.

Nə qədər cəhd etsək də, danışmaqdan imtina edir. Deyir ki, onunla çiyin-çiyinə vuruşanların hər biri qəhrəmandır. Ona görə də xüsusi nəsə deməyə ehtiyac duymur.

Yaxşı ki, onun əvəzinə başqa bir gizirimiz, Məcid Seyidov danışmağa razılaşır.

Ona hərbçi dostları öz aralarında Seyid deyə müraciət edirlər.

Gizir M. Seyidov da polkovnik B. Ələkbərovun rəhbərlik etdiyi heyətdə döyüşən hərbçilərdəndir: “Bu döyüşlər bizim üçün çətin olmadı. Çünki Cənab Ali Baş Komandan və Xidmət Rəisimizə 27 illik həsrətə son qoyacağımıza söz vermişdik. Komandirimiz polkovnik Ələkbərov əlindən qan axa-axa, yaralı-yaralı 15 gün müddətində dayanmadan döyüşlərə rəhbərlik elədi. Bizi dəfələrlə pusquya saldılar, bizə qarşı təxribat da törətdilər, buna baxmayaraq, inamla irəli getdik və istəyimizə nail olduq. Şükür Allaha ki, bu gün başımız dikdir. Cənab ali Baş Komandanın qarşımıza qoyduğu tapşırığı layiqincə yerinə yetirdik. Ən əsası da Vətənimizin ərazi bütövlüyünü təmin elədik”.

“Döyüş zamanı minomyot qəlpəsindən, güllədən yaralananlar da olurdu. Lakin hər birimiz o yolu tutmuşduq ki, irəli getməliyik. Təki Vətən sağ olsun! Əlbəttə artıq halı özündən olmayan, hərəkət qabiliyyətini itirən yaralılarımız təxliyə edilirdi. Lakin biz elə gəlirdi ki, şəhidlərimiz və geridə qoyub gəldiyimiz ağır yaralılarımızla çiyin-çiyinə vuruşmağa davam edirik. Ona görə də qətiyyətlə qələbə çaldıq!” – Seyid deyir.

***

Qazançı döyüş məntəqəsi Azərbaycanla Ermənistan sərhədində yerləşən Qafan-Gorus magistral yolunun yüz metrliyindədir. Sərhədçilərimiz həmin yola birbaşa nəzarət edir. Məntəqənin yuxarısında isə Azərbaycan bayrağı yüksəlir. Hər dəfə o yoldan hərəkət edən erməni avtomobilləri bayrağımızın altından keçib gedirlər.

Bir maşın saxlayır. Bizi süzür. Sonra sürüb gedir.

Çox yox, cəmi dördcə ay əvvəl Qafan-Gorus yolundan keçib gedən ermənilər dağlara, meşələrə tamaşa edirdilərsə, indi hər dəfə üçrəngli bayrağımızı, igid sərhədçilərimizi görüb həyəcanlanır, çox yəqin ki, qorxuya düşürlər. 

***

Bu dağların qoynunda hazırda xidmət göstərən zabit və gizirlərin hər biri Vətən Müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uyğurunda döyüşlərdə iştirak edib, hazırda isə bir sərhədçi kimi öz xidmətlərini davam etdirirlər. Onlardan biri də Qazançı döyüş məntəqəsinin məntəqə rəisi, baş leytenant Ömər Məmmədzadədir. O, müharibə başlayan ilk gündən Cəbrayıl və Zəngilan istiqamətində vuruşub: “Həmin müddətdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı bölmələrinin tərkibində iştirak elədik və Azərbaycanın Zəfər bayrağını işğaldan azad olunmuş ərazilərə sancdıq. Hazırda isə Ermənistanla sərhədlərimizi mühafizə edirik. Bu vəzifələrin icrası bizdə şərəf doğurur”.

Sərhədçilərimizi bu vüqarlı dağlara tapşırıb geri qayıdırıq. Yolda ermənilərin Zəngilanı tərk edən zaman müdafiə təşkil etmək məqsədi ilə qazdıqları istehkamlar qabağımıza çıxır. Bu istehkamlar tankların irəliləməsinin qarşısını almaq məqsədi ilə qazıldığı üçün xəndək formasında, dərindir. Lakin onların bu cəhdləri də əhəmiyyətsiz olub. Geri çəkildikcə yollarda gördüyümüz dağılmış körpülər, tank əleyhinə qazılmış onlarla istehkam, istehkamların kənarına düzülmüş nəhəng avtomobil təkərlərindən təşkil olunma sədlər də düşmənin müdafiəni qorumağına imkan verməyib.

Səfərimiz yekunlaşır. Yenidən helikopterlərimzə minib havalanırıq.

Səmadan Ermənistan Silahlı Qüvvələrinin yaratdıqları istehkamlara, səngərlərə, müdafiə sədlərinə baxıram. Dağların döşündə, düzün ortasında qazılmış bu istehkamlar, səngərlər, müdafiə sədləri ilan-qurbağa yazılarına, müəmmalı geoqliflərə, sirli Naska xətlərinə bənzəyir. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən, özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirən Perudakı qəribə Naska xətlərinin yaranma səbəbi elm üçün hələ də müəmmalı olsa da, bizim üçün daha bu “ilan-qurbağa geoqliflər”in bir əhəmiyyəti qalmayıb. Azərbaycan Ordusu 27 illik həsrətdən, intizardan sonra cəmi 44 gün ərzində ermənilərin sözdə keçilməz, sirri çözülməz istehkamlarının, sədlərinin sirrini açdı, sehrini pozdu.

Bundan sonra varsın gəlsin, dünya bu şücaətimizə tamaşaya dursun…

 

Mirmehdi Ağaoğlu


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir