Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
08/01/2021

2020-ci ilin yekunlari: Prezident İlham Eliyev musavirede hansi aktual meselelere toxundu? – TEHLİL

2020-ci ilin yekunları: Prezident İlham Əliyev müşavirədə hansı aktual məsələlərə toxundu? - TƏHLİL



12:35 xeber –

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Baş nazirin müavini Şahin Mustafayev, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Energetika naziri Pərviz Şahbazov iştirak ediblər.

Prezident İlham Əliyev müşavirədə geniş nitqlə çıxış edib.

Azərbaycanın ərazi bütövlüyü təmin olunub

 

Giriş nitqində Prezident qeyd edib ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır: “Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”.

Azərbaycan xalqı müstəqillik qazanandan bəri indiyə qədər Ermənistanın və onun havadarlarının işğalçılıq siyasətindən əziyyət çəkir. Üstəgəl ölkəmiz ermənilərin yeni torpaq iddiaları kimi çağırışlar qarşısında dayanmışdı. Bu illər ərzində beynəlxalq ictimaiyyət, Minsk qrupunun həmsədr dövlətləri tərəfindən Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı işğalçılıq siyasətinə faktiki olaraq göz yumulmaqda idi. Ali Baş Komandanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın keçmiş və indiki rəhbərliyi 2020-ci ildə biabırçı məğlubiyyətlə barışaraq Azərbaycan qarşısında diz çökmək məcburiyyətində qaldı. Beləcə, işğalçı ölkənin siyasi və hərbi rəhbərliyi məğlub edildi, onların indiyə qədər qurmuş olduğu “yenilməz ordu” mifi darmadağın edildi.

Həm də darmadağın edilən təkcə erməni siyasi işbazları və onların mifik ordusu olmadı. Qələbə, həm də, erməni kilsəsi və ümumdünya erməni diasporu qarşısında əldə edildi.  Həmin o kilsənin və diasporun ki, Azərbaycan torpaqları hesabına erməni dövlətinin yaradılmasında müstəsna xidmətlər göstəriblər. Hələ XVII əsrin ikinci yarısından etibarən erməni dövlətinin yaradılması istiqamətində erməni kilsəsi və İran və Türkiyədəki ayrı-ayrı erməni icmalar tərəfindən ciddi şəkildə işlər görülməyə başlayıb. XVII əsrin sonlarında Avropa dövlətlərinin dəstəyini qazana bilməyən erməni icması  növbəti əsrin əvvəllərində bu dəfə I Pyotrdan siyasi dəstək ala bilir. Artıq o zaman erməni keşişləri və zəngin şəxsləri uydurduqları “erməni dövlətinin” xəritəsini hazırlayıb Avropanın və Rusiyanın liderlərinə təqdim etmişdilər. Kilsə və xəyanətkar erməni tacirləri, baxmayaraq ki, sayları çox az idi, xristian dövlətlərindən Azərbaycanın qədim İrəvan xanlığında, Zəngəzur, Qarabağ mahallarında, Anadolunun şərq hissəsində erməni dövlətinin yaradılması və himayə olunmasını istəyirdilər. Nəhayət, havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər azğınlıqlarını sübut edərək 1990-cı illərin əvvəllərində Qarabağı, Zəngəzurun şərq hissəsini işğal etdilər, bu günlərdə isə Qarabağa qonşu olan digər torpaqlarımıza göz dikərək “yeni müharibə –  yeni ərazilər” hədəfini qarşılarına qoymuşdular.

Deməli, Azərbaycan bu tarixi qələbə ilə ermənilərin Qafqazda 300 ildən çox davam edən məkrli planlarını darmadağın edərək, erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirən beynəlxalq aktorlara da sarsıdıcı zərbə endirmiş oldu.

Müşavirədəki çıxışında Prezident İlham Əliyev bu məsələyə toxunaraq aşağıdakıları qeyd edir: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir”.

Ermənistana xəbərdarlıq

“İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.

Prezidentin bu xəbərdarlığı, həm Ermənistan, həm də üçtərəfli bəyanatda yer alan digər tərəf olan Rusiya üçün ciddi ismarıcdır. Müharibənin getdiyi vaxtda  dünyanın müxtəlif nöqtələrindəki havadarlarına zəng edərək onların Azərbaycanı durdurmasını yalvaran Baş nazir Nikol Paşinyan yaxşı olar ki, ağlını başına yığaraq Ermənistanın gələcəyini düşünsün. Paşinyan eyni zamanda unutmasın ki, məhz onun da imzaladığı Bəyanata əsasən, Ermənistan işğalçı dövlət olduğunu boynuna alır. Müharibənin dayandırılması fonunda yenə də kimlərəsə arxalanmaq istəyən Ermənistanın hakimiyyətdəki və müxalifətdəki hərbi-siyasi-dini avantüristləri yaxşı olar ki, Üçtərəfli Bəyanatı diqqətlə oxusunlar. Bəyanatın VI bəndində Paşinyan Ermənistanın işğalçı olduğunu etiraf edib: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır”. Diqqət edək: Bəyanatda Kəlbəcərin və Laçının “qondarma respublika” və ya “erməni hərbi birləşmələri” tərəfindən qaytarılması yox, məhz Ermənistan Respublikası tərəfindən qaytarılması yazılıb.

Uzun illər idi, Ermənistan bildirirdi ki, Azərbaycan torpaqlarını işğal etməyib, Dağlıq Qarabağ erməniləri özləri Azərbaycanın tərkibindən çıxıblar və “xalqların öz müqəddəratını təyin etmə” prinsipi qondarma “Dağlıq Qarabağ Respublikası”na şamil olunmalıdır. Yeri gəlmişkən, həftənin əvvəli Xankəndində səfərdə olan Ara Ayvazyan da xalqların öz müqəddəratını təyin etməsi prinsipinə yenidən toxunub. Üçtərəfli Bəyanatın VI bəndində isə Ermənistanın yalanlarını ifşa edilir. Paşinyan müqaviləyə imza ataraq təsdiq edir ki, Azərbaycan torpaqlarını məhz Ermənistan işğal edib. Bu bizim diplomatlarımıza hüquqi əsaslar verən mühüm bənddir.

Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ara Ayvazyan isə yaxşısı budur, sələfi Mnatsakanyanın və ölkəsinin sabiq müdafiə naziri Tonoyanın aqibətlərini yada salsın. Onu bu vəzifəyə təyin edən Nikol Paşinyan və yuxarıda adı qeyd edilən o iki şəxsin 2018-ci ildən bu yana apardığı siyasətin nəticəsi göz qabağındadır. Azərbaycan müharibə yolu ilə sülh danışıqlarında bizə təqdim olunanlardan daha çox “qazanc əldə etdi”. Nəticəsi isə Ermənistanda dərin böhran və dünyanın harasında yaşamasından asılı olmayaraq bütün erməniliyə endirilmiş dərin psixoloji zərbə oldu.

Bununla bağlı Prezident qeyd edir: “Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük”.

Sülhməramlılara xatırlatma

Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılıq verib. Lakin bundan sui-istifadə yolverilməzdir.

Prezident İlham Əliyev qeyd edir: “Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”.

Burada Prezident tamamilə aydın şəkildə Rusiya tərəfinin diqqətinə çatdırır ki, sülhməramlıların hansı işlərlə məşğul olmasından Azərbaycan tam xəbərdardır və yaxşı olar ki, hərə öz funksiyasını düzgün şəkildə yerinə yetirsin. Prezident sülhməramlıların Laçın dəhlizindəki fəaliyyətinə də toxunaraq, “…Onları (Qarabağda gizlənən terrorçular-Z.M.) əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz” deyir.

Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl Hadrut yüksəkliklərində və Şuşanın cənubunda erməni terrorçu qrupları ilə problem yaşanmışdı. Aparılan əməliyyatlar nəticəsində bir qrup erməni terrorçusu tutulmuşdu. Onların Ermənistanın Şirak rayonundan olduqları bildirilirdi. Qeyd etmək lazımdır ki, Ermənistan və Rusiya mənbələri bu zamana qədər onların yerli sakin olduqları və Üçtərəfli Bəyanatdan sonra bölgəni tərk edərkən meşədə azdıqları iddiasını irəli sürürdü. Lakin həmin hadisələr baş verən zaman məlum idi ki, Şirakdan gələn bu terrorçu qrupların Azərbaycan ərazisinə keçidi yalnız Laçın dəhlizi vasitəsilə baş tuta bilərdi ki, buna da mütləq şəkildə rus sülhməramlıları cavabdehlik daşıyırlar. 

Bütün hallarda şübhəsiz və mübahisəsizdir ki, Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri yolverilməzdir. Dövlət başçısının vurğuladığı kimi, belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək.

Azərbaycan Prezidenti çıxışında Laçın dəhlizi ilə bağlı çox vacib məqama toxunaraq qeyd edib ki, Dağlıq Qarabağa xarici siyasətçilər və beynəlxalq təşkilatların üzvləri belə Azərbaycanın icazəsi olmadan gedə bilməzlər. Bu, əslində, sülhməramlılara xəbərdarlıqdır ki, silahlılarından tutmuş, qalstuklu işbazlara kimi heç bir erməni və ya digər xarici vətəndaş Laçın dəhlizindən keçə bilməz: “Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, – ancaq Qırmızı Xaç istisna olmaqla, – oraya gedə bilməz. Bu bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri

Müşavirənin əsas hissələrindən biri də şübhəsiz işğaldan azad edilmiş ərazilərdə quruculuq məsələləri təşkil edirdi.  

Dövlət başçısı da bildirdi ki, bu istiqamətdə 2021-ci il ərzində Azərbaycan dövləti tərəfindən mühüm işlər görüləcək. Təsadüfi deyil ki, 2021-ci il dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır. Büdcədə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatı nəzərdə tutulur. Bu istiqamətdə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Müşavirədə qeyd olundu ki, işğaldan azad edilmiş bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır.  İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalıdır. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır. Müşavirədə dövlət başçısı bir mühüm məsələni bir daha vurğuladı ki, bu da Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyana görə təzminat ödəməsidir. Prezident qeyd etdi ki, bu məqsədlə beynəlxalq şirkətlərin işğaldan azad olunmuş ərazilərdə araşdırmalar və hesablamalar aparması üçün şərait yaradılacaq. Eyni zamanda Azərbaycan dövləti özü də bu prosesi aparacaq və Ermənistana qarşı təzminat davası açılacaq.  

Təbii ki, erməni kimi kinli və məkrli qonşun varsa və o qonşu səninlə düşmənçilik də edirsə, müdafiə və təhlükəsizlik tədbirləri yenə də əsas prioritet olmalıdır. Bu məqsədlə müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait artırılaraq, 2021-ci  ilin dövlət büdcəsindən 4,6 milyard manat ayrılması nəzərdə tutulur.

Müşavirədə həm də ölkənin iqtisadi-siyasi durumu haqqında danışıldı. Qeyd edildi ki, ötən il Azərbaycanda islahatlar davam etdi, keçirilmiş son parlament seçkilərində müxalifət nümayəndələri parlamentin rəhbər orqanlarına seçildilər. Ölkədə siyasi dialoq başlandı, siyasi partiyalar ümumi işə dəstək verdilər. Eyni zamanda, struktur, kadr dəyişiklikləri, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldı. Digər ölkələrlə müqayisədə Azərbaycan pandemiya ilindən daha az itkilərlə çıxdı. Qeyri-neft sənayesi 11 faiz, orta əmək haqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz  artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü bir daha göstərir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri