28.02.2015 / 12:59 xeber –

Paytaxtda polis baş serjantı idarəetməni itirərək qəza törədib. Lent.az-ın qafqazinfo-a istinadən məlumatına görə, hadisə Gəncə prospektində baş verib.

Post Patrul Xidməti Bölməsinin polis baş serjantı 1987-ci il təvəllüdlü Səfa  Usubov xidmətə gələn vaxt idarə etdiyi Vaz-21014 markalı 90 MM 916 nömrəli avtomobilin idarəetməsini itirib. 

S.Usubov yolun kənarında dayanan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Rüstəm Məmmədova məxsus Mercedes markalı 99 FL 490 nömrəli avtomobilə vurub. 

Polis serjantı qəzada xəsarət alsa da xəstəxanaya müraciət etməyib.

Mənbə : Lent.az