Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
22/01/2021

Pakistan sefiri: "Ordumuz Azerbaycan Ordusunun ugurlu strategiyasini bilmek ve oyrenmekde maraqlidir"

Pakistan səfiri: "Ordumuz Azərbaycan Ordusunun uğurlu strategiyasını bilmək və öyrənməkdə maraqlıdır"



16:11 xeber –

Pakistanın Azərbaycancan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin APA-ya müsahibəsi

– 44 günlük müharibə zamanı Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etdi. Bu günlərdə Pakistan dəfələrlə Azərbaycanı, onun özünümüdafiə hüququnu dəstəklədiyini bəyan etdi. Müharibənin nəticələrini necə qiymətləndirirsiniz?

– Bu yaxınlarda baş verən Vətən Müharibəsi kimi tanınan müharibədə qazandığı bu əlamətdar qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik etməklə başlamaq istəyirəm. Pakistan qanuni və ədalətli mübarizə hesab etdiyimiz bu kampaniyada Azərbaycanın mövqeyini dəstəklədi, çünki siz ölkənizin ərazi bütövlüyü uğrunda mübarizə apardınız. Ölkənin özünümüdafiə və ərazi bütövlüyü uğrunda mübarizə aparmaq beynəlxalq hüquqa görə qanuni hüquqdur. Bu, 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələri ilə dəstəklənən bir mövqedir. Pakistan bu kampaniyada məhz bu səbəblərdən Azərbaycanı dəstəklədi. Azərbaycan xalqına bu qələbədə və növbəti mərhələ olan azad edilmiş ərazilərin yenidən qurulmasında uğurlar arzulayırıq.

 

– Azərbaycan və Türkiyə artıq Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək üçün addımlar atır. Pakistanın Ermənistanla münasibətləri normallaşdırmaq planı varmı? Yaxın gələcəkdə Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulacağını görəcəyikmi?

– Pakistan dünyada yeganə ölkədir ki, Ermənistan dövlətini tanımır. Ancaq Pakistanın Ermənistanla birbaşa qarşıdurması yoxdur. Biz bu bölgənin bir hissəsi deyilik. Pakistanın Ermənistana qarşı tutumu qardaş ölkələr, Türkiyə və Azərbaycanın həssaslığı ilə əlaqəlidir. Beləliklə, Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdıra bilsə, hansı ki, Moskva görüşündə bu ölkələr arasında nəqliyyat və rabitə əlaqələrinin blokdan çıxarılması müzakirə olunub və bu istiqamətdə addımlar atılarsa, biz də mövqeyimizi nəzərdən keçirə bilərik.

Hər şey müsbət istiqamətdə davam edərsə, Azərbaycanla Ermənistan arasında və Ermənistanla Türkiyə arasında münasibətlər normallaşarsa, təbii ki, Ermənistanla münasibətləri normallaşdırmağı düşünəcəyik. Səmimi qəlbdən bunun nə vaxtsa həyata keçiriləcəyinə ümid edirik. Bölgənizin bütün ölkələrin iqtisadi layihələrdən faydalana biləcəyi, ikitərəfli ticarətlə məşğul ola biləcəyi və insanlar arasında əlaqə qura biləcəyi ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurmaq həmişə yaxşıdır. Bütün bölgə ölkələri üçün yaxşı bir ssenari olacaq.

– 44 günlük müharibə zamanı Azərbaycan və Türkiyənin bayraqları ilə yanaşı, Pakistan bayrağı da Bakı küçələrində dalğalanırdı. Bu səhnələr barədə təəssüratlarınız necə idi? Ümumiyyətlə, hər kəs üçün maraqlıdır ki Azərbaycanla Pakistanı bu qədər yaxınlaşdıran səbəblər hansılardır?

– Bəli, bu, möhtəşəm bir təcrübə idi. Ölkəniz xaricində bir çox yerdə əldə edə bilmədiyiniz bir təcrübədir. Ölkəmin bayrağının ev sahibi olan ölkənin bayrağı ilə yanaşı dalğalandığını görmək mənim üçün çox təsirli bir təcrübə oldu və Azərbaycan xalqına Pakistana, Pakistan bayrağına göstərdiyi bu hörmət və ehtirama görə minnətdaram. Pakistanda da qardaş Azərbaycana qarşılıqlı xoş niyyət və hörmət var. 

Doğru qeyd etdiyiniz kimi, iki ölkə arasında bu sevginin təməli çox köklüdür. Azərbaycanın müstəqilliyinin ilk günlərindən Pakistan Azərbaycanın işini dəstəkləyib. Pakistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsində də əhəmiyyətli rol oynayıb. Pakistan hər zaman Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsini yüksək qiymətləndirirdi. Pakistan xalqı da Britaniya imperatorluğunun müstəmləkəçiliyindən qurtulmaq və müstəqillik qazanmaq üçün uzun bir konstitusional mübarizə aparıb. Beləliklə, müstəqillik əldə etmək və suveren bir ölkə olmaq istəyinin ölkələrimizi birləşdirən bir bağ olduğunu düşünürəm. İnanıram ki, həm də ölkələrimizin xalqları arasında qarşılıqlı istək var, bu da müstəqil, suveren və sülhsevər ölkələr olmaqdır. Ölkələrimizin insanları üçün firavanlıq istəyirik, bu səbəbdən də bölgədəki ölkələrlə münasibətlərin normallaşması istiqamətində çalışırıq.

– Dekabr ayında Pakistan-Azərbaycan ikitərəfli siyasi məsləhətləşmələrin ikinci mərhələsi virtual formatda baş tutdu. Cənab səfir, bu məsləhətləşmələrin nəticəsi barədə məlumat verə bilərsinizmi?

– Bəli, siyasi məsləhətləşmələr keçən ilin dekabrında COVID19-la bağlı tətbiq olunan məhdudiyyətlərə görə virtual əlaqə yolu ilə baş tutdu. Müzakirələr çox əhatəli və geniş idi. İkitərəfli münasibətlərin bütün aspektləri əhatə olundu. Mükəmməl və möhkəm olan yüksək səviyyəli siyasi münasibətləri müzakirə etdik. İqtisadi əlaqələr, xalqlar arasında münasibətlər, iki ölkə arasında müdafiə əməkdaşlığı ətrafında müzakirələr apardıq. Münasibətlərin bütün spektrini müzakirə etdik. Bu görüşün ilk nəticəsi kimi Azərbaycan xarici işlər nazirinin bir neçə gün əvvəl İslamabada səfərini qeyd edə bilərik. O, Pakistan xarici işlər naziri və Pakistan rəhbərliyi – Prezident, Baş nazirlə çox yaxşı görüşlər keçirdi. İnanırıq ki, onun İslamabaddakı görüşləri ölkələrimiz arasında münasibətlərin daha da intensivləşməsinə və dərinləşməsinə kömək edəcək.

– Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq həmişə diqqət mərkəzində olub. Bu yaxınlarda Pakistan Hərbi Hava Qüvvələrinin Komandanı, Hava rəisi marşal Mücahid Ənvər Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etdi. Bu istiqamətdə Azərbaycan-Pakistan hərbi əməkdaşlığının xüsusilə də hərbi hava qüvvələri arasına əməkdaşlığın genişləndirilməsi baxımından nə gözlənilir?

– Müdafiə sahəsində əməkdaşlığımızın uzun müddətdir, möhkəm və sağlam olduğunu haqlı olaraq qeyd etdiniz. Pakistanın güclü ordusu olduğundan hərbi məktəblərimizdə Azərbaycan əsgərləri üçün təlim imkanları təklif etmişik. Son bir neçə ildə 250-dən çox Azərbaycan hərbiçisinin Pakistanda təlim keçməsi ilə bağlı məlumatı sizinlə bölüşməkdən çox məmnunam. Buraya müxtəlif növ təlimlər daxildir – pilotlar və digər peşəkar hərbiçilər üçün müxtəlif növ təlimlər. Ümid edirik ki, bu təlim təcrübəsi, təlim mübadiləsi irəlidəki aylar və illərdə davam edəcək. Ötən həftə Pakistan Hərbi Hava Qüvvələrinin Komandanı qısa ziyarət üçün Azərbaycana gəldi. O, azərbaycanlı həmkarı ilə yaxşı görüş keçirdi və müdafiə naziri, general Zakir Həsənovla da görüşdü.

Onlar hərbi hava qüvvələri də daxil olmaqla müxtəlif sahələrdə potensial əməkdaşlığı müzakirə etdilər. Ümid edirik ki, müxtəlif hərbi qüvvələr səviyyəsində davamlı əməkdaşlıq bir-birimizin təcrübəsini öyrənmək imkanı yaradacaq. Azərbaycan bu müharibədə böyük uğurlar qazandığı üçün ordumuz Azərbaycan Ordusunun uğurlu strategiyasını bilmək və öyrənməkdə maraqlıdır. Eynilə, bizim tərəf bölgədə terrorizmlə mübarizə, daha böyük düşmənlə qarşılaşma təcrübələrini bölüşməkdən məmnundur. Bu əməkdaşlıq sahələrində hər iki tərəf ölkələrimizin qarşılıqlı faydası üçün birlikdə çalışa bilər.

– Hərbi əməkdaşlığın davamı olaraq Azərbaycanın Pakistana məxsus hərbi təyyarələr alması ilə bağlı son vəziyyət barədə nə deyə bilərsiniz?

– Əvvəllər Azərbaycan hava qüvvələri Pakistandan "Super Mushshak" adlanan bir neçə təlim təyyarəsi alıb. Bu, pilotların təlimi üçün istifadə edilən çox yaxşı, kiçik təyyarədir. Bu təyyarələri Azərbaycanla yanaşı, Türkiyə də alıb. Bu yaxınlarda Nigeriya və bəzi digər ölkələr də bu təyyarələrdən aldı. İndi Pakistan Azərbaycana "JF17 Thunder" qırıcı təyyarələrini satmağı təklif edib. Bu, bazardakı digər döyüş təyyarələrindən daha qənaətcildir və Pakistanda istehsal olunur. Bu təyyarələr manevr etmənin, avionikanın və havada yaxşı mübarizə üçün lazım olan yüksək xüsusiyyətlərə malikdir. Davam edən müzakirələrin müsbət nəticə verəcəyinə ümid edirik. İki ölkənin Azərbaycanın hava qüvvələrini gücləndirəcək istiqamətdə əməkdaşlıq etməsi yaxşı olar.

– Hər zaman iki ölkə arasında ticarət əməkdaşlığı üçün böyük potensialın olduğu bildirilir. Bu sahədə mövcud əməkdaşlığın vəziyyəti Sizi qane edirmi?

– Ticarət həcminin mövcud səviyyəsi məni qətiyyən qane etmir. Bu həcmi artırmaq üçün geniş sahə var və biz bu məqsədlə çalışırıq. Dekabr ayının son həftəsində iki ölkə arasında Ticarət üzrə Birgə İşçi Qrupunun çox vacib bir iclası baş tutdu. Azərbaycan Maliyyə Nazirliyi və Pakistan Ticarət Nazirliyinin yüksək vəzifəli şəxsləri xüsusilə COVID-19 dövründə ticarətin necə artırılacağına dair müxtəlif əməkdaşlıq yollarını müzakirə etdilər.

Bu günlərdə fiziki qarşılıqlı əlaqələr məhdud olduğundan rəqəmsal ortaq iş platformaları yaratmağa qərar verildi. Onlayn mexanizmlər vasitəsilə sərgilərin keçirilməsinə də qərar verdilər. Onlar, həmçinin, müvafiq müqayisəli üstünlüklərin olduğu sahələri müəyyənləşdirmək üzərində də işləyirlər. Məsələn, müəyyən sektorlar var ki orada Azərbaycan məhsulların daha rəqabətlidir və Pakistanın daha böyük bazarına girməlidir. Təsəvvür edin ki, Pakistanın 200 milyondan çox əhalisi var, əgər Azərbaycan məhsulları Pakistan bazarına daxil olarsa, azərbaycanlı iş adamları qazanc əldə etmək üçün böyük  fürsət əldə edəcəklər. Eynilə, Pakistan da ölkənin müqayisəli üstünlüyü olduğu bəzi məhsulları Azərbaycan bazarına göndərmək istərdi. Pakistan tekstil məhsullarından informasiya texnologiyalarına, idman mallarına və s. kimi bir çox məhsul təklif edə bilər. Hər iki ölkənin hökumətlərinin işləmək və maneələri aradan qaldırmaq üçün yollar tapması, hər iki tərəf üçün faydalı olan ticarətin asanlaşdırılmasının təmin edilməsi prioritetdir.

– İki ölkə arasında birbaşa uçuşların açılması ilə bağlı müzakirələr keçirilirdi. Bu istiqamətdə irəliləyiş varmı?

– Bir neçə həftə əvvəl AzAL prezidenti ilə görüşdüm. COVID-19-la bağlı vəziyyət yaxşılaşan və beynəlxalq məhdudiyyətləri aradan qaldırmaq üçün imkan olan kimi Pakistanla Azərbaycan arasında birbaşa uçuşlara başlayacağımız barədə hər iki tərəfdə tam anlaşma olduğunu bildirməkdən məmnunam. Həm AzAL, həm də Pakistanın Milli Hava Yolları sənədləşmə işlərini tamamlayıb və ümid edirəm ki, iki ölkə arasında birbaşa uçuşlar bu ilin yayına qədər başlaya bilər ki, bu da yalnız ikitərəfli ticarət deyil, həm də turizm və xalqlar arasında əlaqə qurmaq üçün böyük bir təkan olacaq. Pakistana 3 saatdan az bir müddətdə səyahət edə biləcəyiniz birbaşa uçuşları təsəvvür edin. Hazırda tranzit uçuşlarına görə bu səyahət təxminən 20 saatdır. Ancaq birbaşa uçuşlarımız olsaydı, Azərbaycandan olan səyahətçilər Pakistana üç saata çata bilərlər. Bu, çox şey deməkdir. Bu, o deməkdir ki, iş üçün, turizm üçün və başqa məsələlər üçün oraya heç bir çətinlik çəkmədən gedə bilərsiniz.

COVID-19-dan əvvəl təkcə 2019-cu ildə 40 mindən çox pakistanlı Azərbaycana səyahət edib ki, bu da böyük rəqəmdir. Ümid edirik ki, birbaşa uçuşlar başlayandan sonra bu say daha da artacaq. Pakistanın gözəl mənzərəsini Azərbaycan xalqına göstərmək də maraqlıdır. Pakistan turizm üçün nəfəs kəsən yerlərə sahibdir. Hündür dağlarımız, dərin, mavi okeanımız və geniş səhralarımız var. Mədəni cəhətdən zəngin və çox kosmopolit şəhərlərimiz mövcuddur. Beləliklə, Pakistanın isti qonaqpərvərliyi ilə yanaşı, təklif edə biləcəyi çox şey var.

– Yanvarın 13-də İslamabadda ikinci Pakistan-Türkiyə-Azərbaycan üçtərəfli görüşü keçirildi. Bu görüş üç ölkə arasında münasibətlərin daha da dərinləşməsinə necə töhfə verə bilər?

– Qeyd etdiyiniz üçtərəfli görüş Pakistan, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə İslamabadda keçirildi və qarşılıqlı maraq doğuran bir sıra sahələr müzakirə olundu. Bu, 2017-ci ildə Bakıda keçirilən ilk iclasdan sonra ikinci üçtərəfli görüş idi. Beləliklə, İslamabad görüşü üç illik fasilədən sonra baş tutdu. Şadıq ki, bu görüş  xüsusilə Azərbaycanda müharibənin uğurla başa çatmasından və regionda yeni yaranan dinamikadan sonra vəziyyəti nəzərdən keçirmək üçün fürsəti yenidən canlandırdı. Bu görüş COVID-19 və digər problemlər də daxil olmaqla üç ölkənin qarşısında duran çətinlikləri gözdən keçirmək imkanı verdi. Üç nazir iclasın sonunda çox əhəmiyyətli bir sənəd olan “İslamabad Bəyannaməsi” qəbul etdi. Bu Bəyannamə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, xalqlar arasında təmaslar və ortaya çıxan müxtəlif təhlükələrə qarşı birgə işləmək kimi bir sıra sahələrdə əməkdaşlığı daha da gücləndirməyi nəzərdə tutur. Beləliklə, bu sənəd üç qardaş ölkə arasında əməkdaşlığı davam etdirə biləcəyimiz yeni yollar açacaq.

– Pakistan Xarici İşlər Nazirliyinin bu görüşlə əlaqədar verdiyi bəyanatda diqqətimi çəkən bir hissə var, bu barədə soruşmaq istəyirəm. Bəyanatda xarici işlər nazirlərinin "regional sülh və təhlükəsizlik üçün yeni meydana çıxan təhdidlər"i müzakirə etdiyi ifadə olunub. Bu "yeni təhdidlər" nədir?

– Bəli, bunu başa düşmək çox vacibdir. Adətən, diplomatik dildə biz təhdidləri fərqləndiririk. Konvensional təhdidlər insanlara, ölkələrə məlum olan təhdidlərdir. Yeni və ya ortaya çıxan təhdidlər isə daha xəyanətkar, hiyləgərdir, çünki çox incə şəkildə ortaya çıxır və daha böyük problemlər yaradır. İndi üç ölkənin də qarşısına çıxan yeni problemlərin nə olacağını soruşsanız, iqlim dəyişikliyi fenomeni ilə bağlı çətinlikləri deyərdim.

İqlim dəyişikliyinə görə, hava şəraitində kənd təsərrüfatına birbaşa təsir göstərən və öz növbəsində kütləvi köçü tətikləməklə iqtisadiyyata mənfi təsir göstərən bir dəyişiklik var.

Beləliklə, bu, çox böyük bir çağırışdır, problemdir. Əslində, Pakistan və Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr bu problemlərə qarşı daha həssasdır. Üstəlik, Azərbaycanın yeni azad edilmiş bölgələrində düşmənin mirasınızın bütün qalıqlarını necə məhv etdiyini gördük. Onlar meşələri, mədəni və tarixi binaları dağıdıblar. Biz eko-terrorizm kimi anlayışlar eşidirik. Mən deyərdim ki bütün bunlar yeni təhdidlərdir. Eynilə, Pakistanda da biz şərq qonşumuzun yaratdığı problemlərlə üzləşirik. Bu ölkə işğal altında olan Cammu və Kəşmirə böyük hərbi qüvvə yerləşdirib. Onlar Siaçen ərazisində yüksək dağlıq əraziləri də hərbiləşdiriblər. Bu ərazilərin hərbiləşdirilməsi səbəbindən hündür dağların buzlaqlarının əriməsi prosesi sürətlənib və bu, bütün region üçün təhlükədir. Beləliklə, bu, üzərində işləməli olduğumuz böyük bir problemdir.

Ayrıca COVID-19 ilə bağlı problemlər… Bu həm ictimai sağlamlığa, səhiyyəyə, həm də iqtisadiyyatı təsir edib. Və indi növbəti problem ölkələrin peyvəndlərin bərabər paylanması üçün necə çalışmasıdır. Çünki peyvəndlərin bərabər paylanması önümüzdəki aylarda əsas problem olacaq. Xalqlarımıza COVID-19-la mübarizə üçün əlverişli və ədalətli peyvənd paylanılmasını təmin etmək üçün birlikdə çalışmalıdır.

– Baxmayaraq ki, beynəlxalq hüquq, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərarları Azərbaycan və Pakistanın tərəfindədir, ölkələrimiz uzunmüddətli münaqişələrdən əziyyət çəkib. Bu günlərdə də Azərbaycan Ordusunun ərazilərini işğaldan azad edərək, illərdir qəbul etdiyi qətnamələrin həyata keçməsi üçün heç bir tədbir görməyən BMT Təhlükəsizlik Şurasının vəzifələrini icra etdiyi barədə fikirlər səsləndirilir. Təəssüf ki, bəzən gücün qətnamələrdən, beynəlxalq hüquq sənədlərindən daha təsirli və işlək olması fikrini eşidirik. Sizin bununla bağlı görüşünüzü bilmək maraqlı olardı …

– Prezidentinizin açıqlamasını eşitdik və haqlı olaraq o, Azərbaycanın bu münaqişənin sülh yolu ilə həllini 28 ilə yaxındır gözlədiyini vurğuladı. Deyərdim ki, bu, çox mürəkkəb bir məsələ deyildi. Bu, Azərbaycanın ərazi bütövlüyünü əhatə edən bir məsələ idi. Beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qərarları hərbi kampaniya ilə azad etdiyiniz bu əraziləri Azərbaycanın qanuni ərazisi kimi tanıyırdı. Qarşı tərəf həmin əraziləri qanunsuz olaraq işğal etdiyi üçün bu, əsassız bir mövqe idi. Beləliklə, uzun və bitməyən danışıqlardan məyusluğunuz bu hərbi kampaniya ilə nəticələndi və qüvvələriniz bu əraziləri azad edə bildi.

Pakistana gəlincə, işğal altındakı Cammu və Kəşmir münaqişəsi Dağlıq Qarabağ məsələsindən daha qədimdir. 1947-ci ildən bəri bu, BMT-nin gündəliyindədir. Hindistan Kəşmir xalqının istəklərinə qarşı Cammu və Kəşmirin dörddə üç hissəsini işğal edib. BMT bu mübahisənin Cammu və Kəşmir xalqının istəklərinə uyğun olaraq azad və ədalətli plebisit yolu ilə həll edilməli olduğunu bildirən bir neçə qətnamə qəbul edib. Plebisit nədir? Bu, o deməkdir ki, BMT-nin himayəsi altında referendum keçirilir, beləliklə gələcəkdə Pakistan və ya Hindistana birləşməsi ilə bağlı Kəşmir xalqının iradəsi səsvermə yolu ilə təmin edilir. Bu, həmin ərazinin qanuni əsasları və nəzarəti olmayan bir ölkə tərəfindən qanunsuz olaraq işğal edilməsinə baxmayaraq, çox ədalətli razılaşmadır.

Həmin ərazidə yaşayanların öz gələcəyi barədə qərar vermək hüququ var. Biz Hindistana yalnız onu deyirik ki, BMT-nin qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır, çünki Hindistan bu qətnamələrdə tərəfi idi.

“Bharatiya Janata” partiyası hökumətinin rəhbərliyi altında Hindistan sözün həqiqi mənasında bir indus dövlətinə çevrilib. Onlara görə azlıqların hamısı aradan qaldırılmalıdır və bu, ciddi bir təhdiddir. Bu, Şri-lanka, Banqladeş, Butan, Nepal və regiondakı digər kiçik ölkə və xalqların suverenliyini təhdiddir və onlar təhdid olunduqlarını hiss edirlər. Biz beynəlxalq ictimaiyyəti Cammu və Kəşmir xalqı ilə bağlı verdikləri vədi yerinə yetirməyə çağırırıq, çünki onlar bu qətnamələrdə tərəfdirlər. Əgər BMT bir qətnamə qəbul edirsə, BMT-nin bütün üzvləri və Təhlükəsizlik Şurasının 15 üzvü bu qətnamələrin təminatçısı olur. Beləliklə, bu vədi yerinə yetirmək, işğal olunmuş Cammu və Kəşmirdə plebisit keçirmək və Kəşmir xalqının istədiyini deməsinə icazə vermək onların məsuliyyətidir.

Cammu və Kəşmirlə bağlı 11 qətnamə var, ancaq ikili standartlara, dünya güclərinin ticari iqtisadi maraqlarına görə bu qətnamələrin icrası tələb olunduqda, onlar başqa yollar axtarırlar. Bu, beynəlxalq ictimaiyyətin kollektiv məsuliyyətidir: bütün sülhsevər ölkələrin, BMT-nin yaradılmasının əsas mahiyyətinin xalqların həyatını və azadlıqlarını qorumaq, öz müqəddəratlarını təyin etmə hüquqlarını təmin etmək olduğunu BMT-yə xatırlatmaq. Öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması BMT Nizamnaməsinin bir hissəsidir. Cammu və Kəşmir məsələsinə gəldikdə, bu özünəməxsus öz müqəddəratını təyinetmə prinsipi risk altındadır. BMT-yə və insan haqlarının təmin edilməsi sadəsində özünü qabaqcıl hesab edən bütün güclərə xatırlatmağa davam edəcəyik ki, maraqlı tərəf olduqları vacib bir məsuliyyəti unutmağa və bu məsuliyyətdən qaçmağa çalışırlar.

– Pakistan hər il fevralın 5-də Kəşmirlə Həmrəylik Gününü qeyd edir. Pakistanlılar üçün bu günün mənasını soruşmaq istərdim.

– Fevral 5-i işğal altındakı Cammu və Kəşmir xalqı ilə Həmrəylik Günü kimi qeyd olunur. İşğal altında olan Kəşmir xalqı öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə aparır. Pakistan Cammu və Kəşmir mübahisəsinin sülh yolu ilə həlli üçün Hindistanla dialoq qurmağa və bu məsələni beynəlxalq platformada qaldırmağa çalışıb. Təəssüf ki, Cammu və Kəşmir əhalisi Hindistanın barışmazlığı və riyakarlığından əziyyət çəkməyə davam edir.

1990-cı illərdən bəri 5 fevral tarixi Cammu və Kəşmir xalqı və onların hüquqlarına  dəstək ifadə etmək üçün dünya miqyasında qeyd olunur. O gün işğal altında olan Cammu və Kəşmir xalqının əziyyətləri, necə yaşaması, Qərb ölkələrində, Latın Amerikası ölkələrində, Afrikada, Asiyada və dünyanın digər yerlərində adi insanların yararlandığı təməl hüquqlardan Cammu və Kəşmirdə yaşayan insanların necə məhrum edilməsi barədə maarifləndirmək və dünyaya məlumat vermək üçün beynəlxalq seminarlar və konfranslar keçirilir. Cammu və Kəşmirdə bu hüquqların istifadəsinə icazə verilmir. 

Hindistanın demokratik ölkə olduğunu iddia etməsi çox təəccüblüdür, bu ölkə beynəlxalq təşkilatların, insan haqları təşkilatlarının və beynəlxalq müşahidəçilərin işğal altındakı Cammu və Kəşmirə gəlməsinə icazə vermir. Çünki onlar işğal altında olan Kəşmirdə törətdikləri bütün əməllərin  beynəlxalq ictimaiyyətə faş olmasından qorxurlar. BMT mütəxəssislərinin, Beynəlxalq “Human Rights Watch” təşkilatının, “Amnesty International” rəsmilərinin və s. işğal olunmuş Cammu və Kəşmirə getmələrinə icazə verilmir, çünki Cammu və Kəşmir xalqına etdiklərinin dəhşətli şəkildə ifşa olunacağından çəkinirlər, beynəlxalq forumlarda rüsvay olacaqlar, onların adları çəkiləcək, onların dünyəvi, demokratik ölkə olması ilə bağlı yalançı iddiaları ifşa ediləcək. Ancaq biz bütün beynəlxalq təşkilatları BMT mexanizmlərinin heç olmasa Cammu və Kəşmirin daxilinə girmələrinə icazə verilməsi və baş verənləri görmələri üçün Hindistana təzyiq göstərməyə çağırırıq. Daha sonra onlar bu illər ərzində Cammu və Kəşmirdəki bədbəxt insanlara münasibətdə buraxılan bütün səhvləri düzəltmək üçün tədbirlər görməlidirlər.

 


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri