03:37 xeber –
Bakının Səbail rayonunda beş avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə Səməd Vurğun və Üzeyr Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Maserati" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Maserati" Nicat Cəfərova məxsus "Jeep"ə, daha sonra "Chrysler" və "Hyundai"a dəyib. Qəza nəticəsində "VAZ 2115" markalı avtomobilin sürücüsü xəsarət alıb.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, "VAZ 2115" markalı avtomobil yol ayrıcını işıqforun qırmızı işığında keçib.
Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
mənbə :
www.ona.az