16:51 xeber – Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun bənzəri dünyasını dəyişib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bənzərliyi ilə diqqət çəkən İtaliyanın məşhur sirk ustası və aktrisası Moira Orfei dünyasını dəyişib. Ölkəsində “Sirklər kraliçası” adlandırılan Moira 84 yaşında həyatla vidalaşıb. Atası Rikardo Orfeinin 1965-ci ildə əsasını qoyduğu məşhur “Moira Orfei Sirki” “Qızıl kloun mükafatı” alan ilk sirk olub. Moira dünyanın bir çox ölkəsinə qastrol səfərləri edib. O, özünü aktrisa kimi də sınayıb. 40-dan çox komediya filmində çəkilib.
Moira Orfei
Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb.
Bülənt Ersoy
1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məhşur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəyib. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.
mənbə :
anspress