Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
01/03/2021

Xerabete cevrilmis İmaret – Penaheli xanin sevimli evi, Qacarin gecelediyi mekan, Xan qizinin dagilmis mezari – REPORTAJ

Xərabətə çevrilmiş İmarət - Pənahəli xanın sevimli evi, Qacarın gecələdiyi məkan, Xan qızının dağılmış məzarı - REPORTAJ



13:33 xeber –

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Əvvəlki yazıları buradan oxuya bilərsiniz: 

Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? – REPORTAJ

 

Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası – REPORTAJ

Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı – REPORTAJ 

Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı – REPORTAJ 

Ermənilərin anbara çevirdiyi məscid, tövlə kimi işlədilən karvansara, düşmən əsgərinin dəbilqəsi, naməlum abidə – REPORTAJ 

Erməni vandallığının Cəbrayıldakı izləri, ordumuzun darmadağın etdiyi “Ohanyan səddi” mifi – REPORTAJ

Qarabağ yükünü çiynindən atan Xudafərin: O tayın, bu tayın həsrət körpüsü

Bir həsrətin sonu: 28 il sonra eyni yolla Laçına dönüş – REPORTAJ

Hər qarışı cənnət Laçın – REPORTAJ

Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb, Kremlə göndərilən şərablar – REPORTAJ

Oğurlanan sümüklər, bir gecədə 200 məktub, torpağına sahib çıxan əsgər – TUĞDAN REPORTAJ

Kəlbəcər yollarında: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru – REPORTAJ – FOTOLAR

Sehrli aləmdə: Ermənilərin özününküləşdirmək istədiyi ecazkar Xudavəng monastırı – REPORTAJ – FOTOLAR – VİDEO

Qafan aeroportu ilə üzbəüz, Qafan-Gorus magistral yolunun 100 metrliyində: Xudayarla birlikdə yazılan dastan – REPORTAJ – FOTOLAR

Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu – REPORTAJ – FOTOLAR

Ermənilərin yandırdığı polis, 29 ildən sonra evini tapan Salakətin sakini, dərəyə aşırılan erməni avtobusu – REPORTAJ – FOTOLAR

Məlik-Aslanovların kolxoza verilmiş mülkü, Dizaq məliklərinin sarayı, XII əsrə aid alban məbədi – TUĞDAN REPORTAJ – FOTOLAR

Zəngilan: Erməni işğalından azad edilmiş torpaqlara həyat qayıdır – REPORTAJ – FOTOLAR

27 ildən sonra evimizlə görüş, quruyan çeşmə, yadigar lampa – REPORTAJ – FOTOLAR

Xocalı soyqırımının şahidləri danışır: Şəhid atasının yuxusu, bizimkilərlə dəyişdirilən rus zabitlər, anasına qısılıb qarda yatan körpə – REPORTAJ – FOTOLAR – VİDEO

Paslı dəmir-dümür yığıntısının, daş topasının, saman qalağının – sözün müstəqim mənasında hər cür zir-zibilin yanından ötüb arkalı keçiddən eyvana, daha sonra böyük zala daxil oluruq. Üfunət qoxusu, kir, kif basmış divarlar, peyinin, təzəyin içində itib-batmış döşəmə…

O zərif memarlığından, ehtişamlı görkəmindən əsər qalmayıb, kəsafətin, çirkin, pasın, murdarlığın içində yox olub gedib.

Elə bil gözəl bir xanıma cır-cındır geyindirmisən…

“Pənahəli xan bilsəydi ki, ermənilər onun imarətini bu kökə salacaqlar…”– Bizimlə gələnlərdən biri dözmür, bu miskin mənzərənin alnına güllə kimi çaxır qəzəbini.

Yəqin aşikar oldu hardayıq. Bəli, Ağdamda, “İmarət”də.

O İmarət ki, Pənahəli xan Xorasandan Qarabağa qayıdanda qərar tutmuşdu.

O imarət ki, Pənahəli xan xanlığını qurmağa oradan başlamışdı.

O İmarət ki, gözəlliyinə heyran Pənahəli xan Şuşada özünə saray tikdirəndən sonra da sevimli məkanı olaraq qalmışdı, tez-tez təşrif gətirər, qonaq qəbul edər, dövlət işlərini həll edərdi.

O, İmarət ki, Pənahəli xan öləndə onu orada dəfn etmişdilər.

İmarət vaxtilə ağdamlıların da sevimli məkanlardan idi.

İstər saray, istərsə də məzarlıq kompleksindəki türbələr özününn memarlığı ilə seçilir, xüsusən yay aylarında yaşıllıqların arasında gizlənərək əraziyə nağılvari gözəllik bəxş edirdi.

Ötən əsrin 50-ci illərində isə İmarətin yanında eyni adlı stadion da salınmışdı.

Erməni vandallar 1993-cü ildə Ağdamı işğal edəndən sonra gözə dəyən əksər tikilini dağıtdılar, amma Ağdam Cümə məscidi başda olmaqla azərbaycanlıların müqəddəs yerlərini – Qiyaslıdakı, Gülablıdakı və onlarla digər məscidlərini isə… yox, məhv etmədilər, tövləyə çevirdilər, içində mal, qoyun, donuz saxladılar.

Ermənilər bilirdilər ki, İmarətin də azərbaycanlılar üçün bu torpaqlardakı məscidlər, ocaqlar, pirlər kimi mənəvi dəyəri yüksəkdir. Təkcə ona görə yox ki, Qarabağ xanlığının əsası məhz bu yerdə qoyulmuşdu, məhz buradan kök atıb rişələnmişdi. Həm də ona görə ki, burada Azərbaycan tarixinin böyük şəxslərinin dəfn olunduğu qədim məzarlıq vardı. Həm də, həm də ona görə ki, Azərbaycan ədəbiyyatının böyük simalarından biri, özünün xeyirxah əməlləri ilə qarabağlıların qəlbində əbədi ehtiram qazanmış Xan qızı Xurşudbanu Natəvan da burada uyuyur.

Elə buna görə də ermənilər İmarəti dağıtmadılar, İmarəti xərabətə çevirdilər.

Bu əməlləri ilə də bizə 30 il müddətində təkcə maddi yox, həm də mənəvi-psixoloji işgəncə verməklə məşğul oldular. 

***

İmarət Pənahəli xan sarayı və Pənah xanın imarəti adları ilə də tanınır. Dediyimiz kimi, Qarabağ xanı Pənahəli xanın qış mülkü kimi tikilib.

Bura xan nəslinin ən birinci mülklərindən sayılır və iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında kompleksə daha çox bina daxil olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli XVIII əsrə aid sarayın 1738-ci ildə inşa edildiyini söyləyir: “Saray xanlığın qurucusu Pənahəli xanın özü tərəfindən, xanlığı yaradana qədər tikdirdiyi binadır. Pənahəli xanın Qarabağa qayıdışı barədə “Qarabağnamə” müəlliflərinin təzadlı fikirləri var. Bəziləri deyir ki, Nadir şah 1736-cı ildə Muğanda tac qoyandan sonra Pənahəli xanı gözləri götürmədi. Onu Nadirə çuğulladılar və Pənahəli xan qaçdı. Əslində, elə deyil. Digər mənbələr göstərir ki, Pənahəli xan Nadirin yanında 1741-cil ilə qədər, hətta bəzi mənbələrə görə, 1745-ci ilə qədər qulluq edib. Çünki Osmanlı-Əfşar müharibələrində Pənahəli xan igidlik göstərib. Onun yaxşı məvacibi və Nadirin yanında nüfuzu olub deyə, məhz belə bir imarət tikdirə bilib. Onun haqqında deyirlər ki, Zəngəzur, Şəki dağlarında gizlənib, qaçaqlıq edib. Qaçaq adam heç vaxt belə bir imarət saldıra bilməzdi. “Qarabağnamə”lərin də Çar Rusiyası tərəfindən yazdırıldığı məlumdur. Onlar Nadiri pis qələmə vermək üçün hadisəni təhrif edə bilərdilər. Əslində, Pənahəli xan Nadirin dövründə xeyli müddət qulluq edib, orduda ad-san qazanıb. Ona görə də buranı tikdirib və yaxınlıqda mavzoley salınıb”.

Kompleks çox vaxt saray adlandırılsa da, elə də böyük tikili deyil. G.Nəcəflinin fikrincə, üslubuna görə XVIII əsr varlılarının mülkü formasında inşa edilib: “Ona görə də saray yerinə daha çox imarət adlandırılırdı. Sarayın xarici görkəmi də Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik deyil. Pənahəli xan çox zaman orada qalırdı. Çünki xanın Qarabağda ilk məskəni ora olmuşdu. Adətən, bu imarəti Pənahəli xanın yay evi kimi dəyərləndirirlər. Amma bu düz deyil. Çünki yaylaq kimi Şuşa daha münasib idi, nəinki Ağdam. Bu saray qışda yaşamaq üçün yaxşı idi. Amma onun Qarabağda ilk tikdirdiyi ev olduğu üçün Pənahəli xan İmarətdə yaşamağı sevər, tez-tez gələr, qonaqlarını qəbul edərdi”. 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov isə Pənahəli xanın Qarabağa qayıdandan sonra buranı seçməsinin təsadüf olmadığını, hələ atası İbrahimxəlil ağanın vaxtilə burada Barlıbağ adlı bağ saldırdığını bildirir: “Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” adlı əsərində yazdığına görə, İmarət Pənah xanın və atası İbrahimxəlil ağanın qədim ocağı olub. Həmçinin, Qarabağ xan nəslinin ailəvi qəbiristanlığı idi. İmarətdən başqa, bu ərazidə böyük üstüörtülü bazar da tikilmişdi. İmarətin ətrafında isə böyük bağlar salınmış və ətrafına daş hasar çəkilmişdi”.

S.Hüseynov İmarətin ərazisində ilk inşaatın Pənahəli xanın atası tərəfindən aparıldığını istisna etmir: “Görünür, ilk inşa işlərini də elə İbrahimxəlil ağa həyata keçirib, günümüzə gəlib çıxan hazırkı tikililəri isə Pənahəli xan özü tikdirib. Hətta Pənahəli xanın vəsiyyətinə görə, burada yerlər nə icarəyə verilə, nə də satıla bilərdi. Bağlardan toplanan meyvə isə satışa çıxarılmır, Qarabağın kasıbları və din xadimlərinə ehsan kimi verilirdi”.

Saray bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Sarayın eyvanı üç aşırımlı arkada kimi həll edilib. Oxvari tağlar bütöv ağ daşlardan yonulmuş iri sütunlar üzərində dayanır. Ümumilikdə eyvan binanın girişi rolunu yerinə yetirməklə portik xüsusiyyəti daşıyır.

Sarayın nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur. İç divarlarında çoxlu dərin tağçaları olan mərkəzi salonun 50 kvadrat metrə yaxın olan sahəsi səkkiztinli günbəzlə örtülüb.

Dözümlü tromplar üzərində qurulan günbəzin yuxarısında, fənər şəklində işlənmiş işıq və hava bacası qoyulub. Bu da zala daim işıq düşməsinə şərait yaradırdı, çox vaxt lampa yandırmağa da gərək olmurdu.

İstər eyvan, istərsə də divan funksiyası daşıyan mərkəzi zal işğal illərində tövlə kimi istifadə edilirdi. Halbuki bu zalda vaxtilə Allah bilir Azərbaycan tarixində böyük əhəmiyyət daşıyan hansı qərarlar müzakirə edilib, hansı dövlət sirləri bu zalın divarlarının şahidliyi ilə səsləndirilib, hansı hörmətli qonaqlarla görüş keçirilib, kimlərin ölüm fərmanı verilib, kimlərə ömür bağışlanıb…

Sarayın əsas binasının digər otaqları isə daha çox saman saxlamaq üçün istifadə edilib.

Kompleksin ikinci binasını da ermənilər həm tövlə, həm anbar, həm də yaşayış yeri kimi istifadə ediblər. Tikilinin fasad divarına vurulmuş mıxçalardan müxtəlif əşyalar asılıb. Otaqlardakı pintilik adamın ürəyini bulandırır, iydən-üfunətdən içəri keçmək olmur.

İmarəti görənlərdən, bəlkə də orada gecələyənlərdən biri də Ağa Məhəmməd şah Qacar olub. Xacə şah Tiflis yürüşü zamanı ordusunu İmarətin ərazisində saxlayır və Tiflis üzərinə gedərkən həm İmarəti, həm də günbəzləri dağıdır. S. Hüseynov bildirir ki, İbrahimxəlil xanın oğlu Mehdiqulu xan sonralar həm İmarəti, həm günbəzləri, həm də ətrafına çəkilən hasarı təmir etdirib: “Çar Rusiyası dövründə bu yerlərin Mehdiqulu xana aid olması haqqında sənəd tələb olunan zaman Mehdiqulu xan İbrahim Sultan Budaq Sultan oğlu Cavanşirin adına Şah Abbas tərəfindən verilmiş sənəd təqdim edir. Sənədə görə, Mehdiqulu xanın ulu babası həmin Ağdam mülkü də daxil olmaqla, Cavanşir eli və Otuzikilər tayfa ittifaqının rəhbəri olmuş və yeddi yüz otuz nəfərlik süvari hərbi hissəsinə rəhbərlik etmişdi”.

Pənahəli xanın sarayının qarşısındakı açıqlıq ərazidə sənduqə formasında, üzəri ərəbcə yazı və ornamentlərlə bəzədilmiş qəbir daşları, daşdan qoç və at fiqurları var. Hazırda onların sayı xeyli azalsa da, vaxtilə çox imiş. Lakin ermənilər onların əksəriyyətini ya məhv edib, ya da oğurlayıblar.

Sarayın yaxınlığında, daha doğrusu kompleksin ikinci binasının arxa həyətində xan nəslinə mənsub şəxslərin dəfn olunduğu kiçik məzarlıq yerləşir. Bu məzarlıqda ilk olaraq Pənahəli xan dəfn edilib. Bəlkə də ondan əvvəl də kimlərsə dəfn olunub, lakin hazırda əlimizdə olan məlumatlar belə deyir. Görünür, xanın bu yerləri çox sevdiyini bildikləri üçün varisləri onun Şirazdan gətirilən cənazəsini İmarətdə dəfn etmək qərarına gəliblər. Ya da başqa səbəb olub.

Məzarın üzərində çoxbucaqlı konusvari plan quruluşuna malik türbə ucalır. Türbənin tağvari quruluşa malik bir giriş qapısı var. İçəridə qəbir daşı yoxdur, oranın da yeri sarayın döşəməsi kimi peyinlə örtülüb, görünür burada da heyvan saxlanılıb. G.Nəcəflinin sözlərinə görə, Pənahəli xanın məzarı üzərindəki qəbir daşı hələ işğaldan əvvəl Milli Tarix Muzeyinə gətirilib və hazırda orada mühafizə olunur.

Pənahəli xanın türbəsinin qonşuluğunda oğlu İbrahimxəlil xanın dəfn olunduğu türbə yerləşir. Hər iki türbə görkəmcə bir-birlərinə bənzəsə də, İbrahimxəlil türbəsinin konusvari damı və divarlarının çox hissəsi dağılıb.

Qəribədir ki, türbələri kimi, onların talelərində də müəyyən oxşarlıqlar var. Heç biri öz əcəli ilə ölməyib. Ata fars hakimi Kərim Xan Zəndin qəddarlığının, oğul isə Çar Rusiyasının zabiti Lisaneçivin, dolayısı ilə Çar I Aleksandrın fərmanının qurbanı olub.

Məzarlıqdakı üçüncü türbə isə ehtimal ki, xanlığın sonuncu hakimi, İbrahimxəlil xanın oğlu Mehdiqulu xanındır. Mina təhlükəsinə görə yaxınlığına getməyə risk etməsək də, bu türbənin İbrahimxəlil xanın türbəsi qədər zərər görmədiyini söyləmək olar.

İbrahimxəlil xanın türbəsi ilə Mehdiqulu xan Cavanşirin türbəsi arasında isə hardasa bir metr hündürlüyündə dairəvi bir tikili də var ki, onun da yarımçıq qalmış, yoxsa dağıdılmış türbə olduğunu müəyyənləşdirə bilmədik.

Ümumiyyətlə, İmarət qəbiristanlığında yuxarıda adlarını sadaladığımız şəxslərlə yanaşı, Cəfərqulu xan Nəvanın, Gövhər ağanın, Xurşidbanu Natəvanın və qızı Xanbikə xanımın da məzarı yerləşir. Lakin nabələd olduğumuz üçün Xurşudbanu Natəvandan başqa digərlərinin məzarının yerini öyrənə bilmədik.

Natəvanın məzarı isə Pənahəli xanla İbrahimxəlil xanın türbəsinin yaxınlığında yerləşir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqovun bildirdiyinə görə 1982-ci ildə məzarın üzərində qəbirüstü memorial xatirə abidəsi ucaldılıb: “Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Elcan Şamilov olub. Mərmərdən yonulan heykəl Misir stellalarını xatırladır, qabartma xarakterli idi”.

Təəssüf ki, abidə tamamilə dağılıb, heykəlin Natəvanın əksi olan hissəsi yox olub, digər parçaları isə ətrafa səpələnib. Məzarın türbələr tərəfində yox, tamamilə əks tərəfində beton örtüyün kənarında çala qazılıb. Çalanın üzərinə dəmir lövhə qoyulub. Lövhəni qaldırırıq. Çala betonun altına, məzara doğru uzanır, sanki betonun armaturları daha dərinə qazmağa imkan verməyib. Görünür goreşən xislətli ermənilər hansısa qiymətli əşya tapmaq və ya sadəcə təhqir məqsədilə Xan qızının məzarını qazıb sümüklərini çıxarmaq istəyib. Ancaq istəklərinə tam çata bilməyiblər.

Bütün bunlar erməni vandalizminin növbəti sübutu və nümunəsidir. Bunu bir az kənarda, divarın dibində salınmış tövlənin yerinə plitə əvəzi döşənən qəbir daşları bir daha təsdiqləyir.

İçimizdə Pənahəli xanın sarayının, İbrahimxəlil xanın türbəsinin, Xurşudbanu Natəvanın qəbrinin acınacaqlı vəziyyətinin yaratdığı sarsıntı İmarəti tərk edirik.

İçimizdə ağrı, içimizdə qəzəb, içimizdə kin.

Və bir də şükranlıq duyğusu ki, nə yaxşı bu torpaqlara qayıtdıq.

Nə yaxşı canımız mənəvi əzabdan, özümüz töhmətdən qurtulduq.

Lakin İmarətə ayaq basandan beynimi işğal eləmiş bir fikir hələ də məni rahat buraxmayıb: Həqiqətən, Pənahəli xan bilsəydi ki, ermənilər onun imarətini bu kökə salacaqlar, neyləyərdi?..

Foto – İlkin Nəbiyev © APA GROUP

Mirmehdi Ağaoğlu

 


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir