02:14 xeber –
Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz çayının üzərində yerləşən körpünün üstündə qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "Toyota" markalı avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsaət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Avtoqəzanın yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
www.ona.az