Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
23/03/2021

Mehmet Perincek: "Ermenilerin revansist ideyasinin gercekle hec bir elaqesi yoxdur"

Mehmet Perinçek: "Ermənilərin revanşist ideyasının gerçəklə heç bir əlaqəsi yoxdur"



16:17 xeber –

Türkiyəli tarixçi alim, “Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının müəllifi Mehmet Perinçekin APA-nın Moskva müxbirinə müsahibəsi

“100 il əvvəl olduğu kimi Türkiyə, Azərbaycan və Rusiya yenə də oxşar təhlükələrlə üz-üzədir”

– Mehmet bəy, Sovet Rusiyası ilə Türkiyə arasında Moskva müqaviləsinin imzalanmasından 100 il ötdü. XX əsrin əvvəllərində regiona sülh gətirən Moskva müqaviləsinin bu gün üçün tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Rus-türk münasibətləri tarixinə nəzər saldıqda, əslində tunc qanunu ilə qarşılaşırıq. Əgər qısa desək, Türkiyə və Rusiya istər Osmanlı, istər çarlıq dönəmində olsun, istərsə də Sovet vaxtı və “Soyuq müharibə” dövründə, ya da bu gün, nə vaxt ki, bu iki ölkə savaşsa, bu savaşın, bu rəqabətin qalibi nə Türkiyə, nə də Rusiya olur. Hər iki tərəf bu savaşdan zərərli çıxır. Rus-türk münaqişəsinin hər zaman tək qalibi olur, bu da Qərb dövlətləridir. Bu baxımdan Qərb dövlətləri öz planlarını rus-türk münaqişəsi üzərində qurur. Çünki Rusiya və Türkiyənin regionda potensial ittifaqı Qərbin planlarını həyata keçirmək yolunda ən böyük maneədir. Bununla yanaşı, Qərb Rusiya və Türkiyəni bir-biri ilə savaşdıraraq onları zəiflədir. Bu da təbii ki, Qərbin strategiyasının gerçəkləşdirilməsi üçün zəmin yaradır. Tunc qanunun əks tərəfi də var. Rusiya və Türkiyə nə vaxt işbirliyində olsalar, həm milli maraqlarını daha rahat təmin edə bilirlər, həm də regiona rifah, sülh və inkişaf gətirirlər. Bu baxımdan, Türkiyə ilə Rusiya arasında Türkiyənin Qurtuluş savaşı dönəmində işbirliyi çox böyük önəm daşıyır. İki ölkə arasında çox ciddi bir tale birliyinin olduğunu görürük. Türkiyənin Çanaqqala savaşında dirənməsi, müttəfiq dövlətlərin İstanbulu almasına və əslində Çar Rusiyasına da yardım etməsinə maneə oldu. Bu, bir növ bolşeviklərin iqtidara gəlməsinin beynəlxalq zəminini hazırlamış oldu. Çar rejiminin devrilməsi, bolşeviklərin hakimiyyətə gəlməsi Rusiyada Türkiyəyə düşmən hakimiyyətin getməsi, dost hakimiyyətin gəlməsinə yol açmış oldu. Bu da öz növbəsində Türkiyənin Qurtuluş savaşında qələbəsinin beynəlxalq zəminini yaratmış oldu. Bu işbirliyinin ən böyük hissəsi Cənubi Qafqazda cərəyan etdi. Qarabəkir paşanın ordusu ilə XI Qızıl Ordu daşnak Ermənistanının ortadan qaldırılmasında bir işbirliyi həyata keçirdilər. O zaman daşnak erməniləri Qərb imperialist dövlətlərin regionda ən önəmli aləti idi. Daşnak erməniləri Qərbin regiondakı planlarına xidmət edirdilər. Bu isə, həm Moskvanın, həm də Ankaranın milli maraqlarına zidd idi. Mustafa Kamal Paşa 1920-ci ilin yanvar ayında Cənubi Qafqazı təhlili edərək, söyləmişdi: “Qərbyönümlü erməni daşnak hökuməti yıxılmadıqca, bizim Qurtuluş savaşını qələbəyə çatdırmağımız mümkün deyil. Həmin ilin 26 aprel tarixində Mustafa Kamal Paşa Leninə bir məktub göndərib. Bilirsiniz ki, 23 aprel tarixində Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı. Üç gün sonra isə Mustafa Kamal Paşa Leninə məktub göndərib. Bu, TBMM-in ilk xarici siyasət fəaliyyəti idi. Məktubda Mustafa Kamal Paşa erməni daşnak hakimiyyətinin türk-rus orduları tərəfindən birlikdə yıxılmasını təklif etmişdi. Bu təklif Sovet İttifaqı tərəfindən qəbul edilmişdi. Nəticədə daşnak iqtidarı ortadan qaldırılaraq, Cənubi Qafqazda böyük bir problem həll olunmuş oldu. Ermənistanda daşnak hakimiyyətinin ortadan qaldırılması ilə regiona sülh və barışın gəlməsi təmin olunmuşdu. Əgər bu tarixi bu günlə müqayisə etsək, çox maraqlı bir bənzərlik ortaya çıxır. Türkiyənin Kazım Qarabəkir Paşanın rəhbərliyi altında Ermənistana hücuma keçməsi 1920-ci ilin 28 sentyabrında başlamışdı. Azərbaycan isə Vətən müharibəsinə 2020-ci ilin 27 sentyabrında başladı. Düz 100 il sonra oxşar hadisələr cərəyan etmiş oldu. Azərbaycanın Vətən müharibəsi 2020-ci il 10 noyabrda atəşkəsin imzalanması ilə nəticələnmişdi. 1920-ci ilin 24 noyabrında isə Türkiyənin hərəkatı tamamlanmışdı, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdu. Düz 100 il sonra, yenə Ankara, Moskva və Bakı üçlüyü Cənubi Qafqazdakı problemləri birlikdə həll etmiş oldu. Moskva müqaviləsi Kremldə imzalanmasına baxmayaraq, əslində məhz türk-sovet ordularının, Ankara, Bakı-Moskva işbirliyinin daşnak ermənilərinə qarşı savaşında yazılmışdı. Bu baxımdan, bu gün də Ankara, Bakı və Moskvanın 100 il bundan öncəki kimi strateji işbirliyinə ehtiyacı var. Çünki Türkiyə, Azərbaycan və Rusiya yenə də oxşar təhlükələrlə qarşı-qarşıyadırlar. Bir tərəfdən Suriyada PKK-PYD imperialist bölücü güclər tərəfindən dəstəklənir, necə ki, 100 il bundan öncə erməni daşnaklarını dəstəkləyirdilərsə, bu gün də PKK-PYD-ni dəstəkləyirlər. Eyni şəkildə İŞİD kimi terrorçu təşkilatların da arxasında Qərb imperialist dövlətlərinin dayandığını görürük. Hesab edirəm ki, bu güclərə qarşı Ankara, Bakı və Moskva işbirliyi həyata keçirməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi, Rəcəb Tayyib Ərdoğanın dəstəklədiyi “3+3” əməkdaşlıq formatı da Moskva müqaviləsindən sonrakı dövrə də bir növ bənzəyir. Bunun həyata keçirilməsi, Ermənistanın Qərbin və regiondan kənar oyunçuların əlində bir alət olmaqdan çıxıb bölgəyə uyğunlaşması, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə hörmətlə yanaşması, 10 noyabr üçtərəfli bəyanatındakı öhdəlikləri tam yerinə yetirməsi çox önəmlidir. Əminəm ki, bütün bunlar tam həyata keçirildiyi təqdirdə, regionda sülh və təhlükəsizlik bərqərar olacaq və inkişaf təmin ediləcək, necə ki, 100 il bundan öncə Moskva müqaviləsinin imzalanmasından sonra bütün bunlar baş vermişdi. Bu baxımdan, Moskva müqaviləsi tarixdə qalmış bir saziş deyil, bu müqavilənin tarixi əhəmiyyəti bu gün də çox böyük önəm daşıyır. 100 il bundan öncə Türkiyə, Azərbaycan və Rusiyanın Cənubi Qafqazda işbirliyində olması bu gün üçün bizə tarixdən dərs çıxarmağa imkan verir, bu günə dair önəmli ip ucları verir. Bir sözlə, Moskva müqaviləsi regionun rifahı və ölkələrimizin maraqları naminə böyük fürsət idi.

“Ermənistan üçün böhrandan çıxış ancaq və ancaq Azərbaycan və Türkiyə ilə dost olmaqla mümkündür”

– Ermənistan dövləti, Rusiyadakı erməni diasporu və ermənipərəst rusiyalı siyasətçilər vaxtaşırı Moskva və Qars müqavilələrinin deanonsasiya olunması tələbi ilə çıxış edirlər. Hətta Rusiyadakı erməni lobbisi Dövlət Dumasına müraciət edərək Moskva və Qars anlaşmalarının ləğv olunmasını tələb etmişdi.

– Moskva müqaviləsinin ləğv edilməsi fikir, əslində yeni deyil. 100 il bundan öncə də bu fikir mövcud idi. Bu müqavilənin imzalanmasına maneə olmaq üçün Qərb imperialist dövlətləri o zaman əllərindən gələni etmişdilər. Hətta Türkiyə ilə Rusiyanı bir-birinə qarşı qoymağa çalışdılar. Mətbuat üzərindən yalan xəbərlər yaydılar. Həm Türkiyə, həm də Rusiya daxilindəki bəzi Qərbyönümlü qüvvələrdən istifadə edərək iki ölkəni arasını vurmağa çalışdılar. Bayaq da qeyd etdiyim kimi, 100 il bundan öncə Türkiyə-Rusiya ittifaqı Qərb dövlətlərinin planlarının qarşısında necə əngəl idisə, bu gün də eyni vəziyyətdir. Moskva müqaviləsinin ləğv olunması ideyası Qərb mərkəzlərində istehsal olunur və İrəvandakı Qərblə işbirliyində olanların önünə bişirilərək qoyulur. Onlar erməni xalqının deyil, Qərb imperialist güclərinin maraqlarını müdafiə edirlər. Dolayısı ilə, Moskva və Qars müqavilələrinin ləğv edilməsi erməni xalqının maraqlarına uyğun deyil. Ermənistan xalqının bugünkü marağı Türkiyə və Azərbaycanla əlaqələr qurmaq ola bilər. Ancaq bu yolla Ermənistandakı ciddi iqtisadi və siyasi böhran aradan qaldırıla bilər. Ermənistan üçün böhrandan çıxış ancaq və ancaq Azərbaycan və Türkiyə ilə dost olmaqla mümkündür. Bu baxımdan Moskva və Qars müqavilələri Rusiya, Türkiyə və Azərbaycanın olduğu kimi Ermənistanın da marağına uyğundur. Ona görə də, ermənilər bu müqavilələri göz bəbəkləri kimi qorumalıdırlar.

“Ermənilərin revanşist ideyasının gerçəklə heç bir əlaqəsi yoxdur”

– Mehmet bəy, Azərbaycan Vətən müharibəsindəki Qələbəsindən sonra regionda yeni əməkdaşlıq platformasının yaradılması gündəmdədir. Ermənistanın regiona sülh və inkişaf vəd edən əməkdaşlıq platformasına qoşulması nə qədər real görünür?

– Ermənilər keçmişdən önəmli dərs çıxarmalıdırlar. 100 il bundan öncə daşnaklar Qərb dövlətləri tərəfindən istifadə edilib bir tərəfə atıldılar. İndi də eyni oyunun şahidi olduq. Erməni xalqı bundan dərs çıxarmalıdır. Ermənistan Azərbaycan tərəfindən təklif olunan regionda “3+3” formatındakı (Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistan) əməkdaşlıq təşəbbüsünə daxil olmalıdırlar. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyi və Türkiyəyə qarşı düşmən siyasətindən imtina etdiyi təqdirdə, sərhədlərin, kommunikasiyaların açılması da mümkün olacaq. Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da mümkündür. Bu, Ermənistan üçün çox böyük bir fürsətdir. Bu fürsət qaçırılmamalı, yaxşı dəyərləndirilməlidir. Ankara, Bakı və Moskva tərəfindən regionda meydana çıxan bu təşəbbüs İrəvan tərəfindən də dəstəklənməlidir. Ermənistan revanşist ideyadan əl çəkməlidir. Çünki ermənilərin revanşist ideyasının gerçəklə heç bir əlaqəsi yoxdur, ermənilərin revanşı həyata keçirmələri mümkün də deyil. Azərbaycan Ordusu ilə mübarizə apara bilməyəcəklərini zatən İkinci Qarabağ müharibəsində gördük. Amma Ermənistanın macərapərəst siyasəti bölgədəki sülh prosesini baltalamağa yönəlib. Bu gün Ermənistan daxilindəki qarışıqlıq dövründə erməni xalqı çox diqqətli olmalıdır, bu cür revanşist siyasətə əsla yer verməməlidir və sülh prosesini dəstəkləməlidir. 

 


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir