Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
14/04/2021

Herbi Qenimetler Parkindan REPORTAJ – FOTOSESSİYA

Hərbi Qənimətlər Parkından REPORTAJ - FOTOSESSİYA



13:18 xeber –

 

“Ay oğul, kömək elə uşağı daşın üstünə qaldıraq”. – Əli əsalı, yaşlı kişidir, yanında da 5-6 yaşlarında oğlan uşağı.

Dinməzcə uşağın qoltuğundan yapışıb yeraltı keçidin daş sürahisinin üstünə qaldırıram.

Buradan mənzərə bir qədər yaxşı görünsə də, arxadakı dəmir çəpər yenə mane olur.

 
 

Deyirəm, niyə tələsirsiniz, (bu gün aprelin 13-dür – M.A.) sabahdan girişə icazə veriləcək, gəlib rahat gəzərsiniz, həm də yaxşı şəkillər çəkdirərsiniz.

“Hardan, ay bala? Qəbələdən gəlmişəm”. – Kişi yanındakı körpənin şəklini çəkə-çəkə deyir. – “Eşitdik, bura açılıb, dedik gələk dövlətimizin gücünü gözlərimizlə görək, nəvəm də istəyirdi. Deyirlər, buraxılış sabahdır. Bizsə axşam qayıdasıyıq. Eybi yox, burdan baxarıq”.

Uşaq babasına sarı dönür və əlilə “V” işarəsi tutaraq telefonun kamerasına gülümsəyir. Arxada isə hərbi qənimət kimi ələ keçirilmiş düşmən tankları, topları, silah-sursatları…

***

Bura Hərbi Qənimətlər Parkıdır. Bakı bulvarında, açıq hava altında muzey. Aprelin 12-də ölkə başçısı açılışını elədi, aprelin 14-dən isə Park ziyarətçilərin gəlişi üçün tam hazır olacaq. Buna baxmayaraq, artıq bu gündən – necə deyərlər  – şəhərimizin sakinləri və qonaqları (bayaqkı baba və nəvə kimi) axın-axın Parkı ziyarətə gəlirlər.

Hərbi Qənimətlər Parkının – mən deyərdim muzeyin – ərazisinə daxil oldunuzmu, ilk növbədə informasiya guşəsi və onunla üzbəüz qoyulmuş suvenirlər pavilyonu ilə qarşılaşırsınız. Burada Qarabağa, Vətən Müharibəsinə həsr olunmuş, üzərində “Noldupaşinyan”, “Zəfərbizimdir”, “QarabağAzərbaycandır” yazılmış maykalardan, kepkalardan tutmuş, kəlağayılara, tirmələrə qədər müxtəlif geyim əşyaları ilə yanaşı, qızıldan Xarıbülbül, Qarabağın ərazisi həkk olunmuş klonlu boyunbağılar, hətta “Qarabağ atı”, “Pənahəli xan”, “Xurşudbani Natəvan” adlı ətirlər görə bilərsiniz. Özümü saxlaya bilməyib, göy flakonlu “Xurşudbani Natəvan” ətrinin spreyini sıxıram.

Şirin bir qoxu pavilyona yayılır.

“Hansı ətirdir?” – bizimlə povilyona baxan xanım həmkarlarımdan biri dərhal soruşur.

“Xurşidbanu Natəvan” ətridir”, deyirəm və flakonun yerini göstərirəm.

“Nə qəşəng ətri var!” – Xanım həmkarım heyrətini gizləyə bilmir.   

Bir-birindən maraqlı suvenirlərlə zəngin pavilyondan çıxıb gəzintimizə davam edirik. Girişlə üzbəüz meydanda Azərbaycan bayrağı dalğalanır, arxada isə Ermənistan maşınlarının nömrə nişanlarından yer aldığı, üzərinə “Qarabağ Azərbaycandır” şüarı yazılmış lövhə. Yadınızdadırsa, Zəfər paradı zamanı bu lövhə də nümayiş olunmuşdu, hazırda Parkda öz yerini tutub.

Onunla yanaşı isə 44 günlük Vətən Müharibəsi zamanı baş verənlərin xronoloji ardıcıllıqla qeyd olunduğu başqa bir iri lövhə – infoqrafika yerləşir. Bu infoqrafikada 27 sentyabrdan 10 noyabra qədər təkcə ordumuzun əldə etdiyi uğurlar deyil, eləcə də ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı törətdikləri hərbi cinayətlər haqda məlumatlar da yer alıb. Qısacası müharibədən xəbəri olmayan, ələlxüsus da xarici turistlər bura baxaraq, hərbi əməliyyatların gedişatı ilə günbəgün tanış ola bilərlər.

Meydançada daha üç pavilyon yer alır ki, bu pavilyonlardan ikisində Ermənistan Silahlı Qüvvələrinin istifadə etdiyi, çoxu işlək vəziyyətdə olan silahlar və hərbi sursatlar nümayiş etdirilir. Bunlardan avtomatları, minaatanları, pulemyotları, qumbaraatanları qeyd etmək olar. Deyim ki, ekspozisiya yüksək zövqlə tərtib olunub, işıqlandırılması da öz yerində…

Digər pavilyonda Şuşaya atılmış “İskəndər M” raketlərinin qalıqları nümayiş olunur. 

Bir az aralıda, açıq hava altında isə “Smerç” və “Toçka U” raketlərinin hissələri sərgilənir. Bu silahlar Ermənistanın hərbi təcavüzünün miqyasını anlamaq üçün bəs edir. Raketlərə tamaşa etmək, hətta yaxınlaşıb üzərindəki yazıları, detallarını diqqətlə nəzərdən keçirmək mümkündür. Bəlkə də bura dünyada yeganə yerdir ki, adını çəkdiyimiz raketləri mülki insanlar belə yaxından görə bilərlər.

Ümumilikdə, 300-dən çox hərbi eksponatın nümayiş olunduğu Parkın ərazisi beş hektardır. Haqqında bəhs etdiyimiz  ekspozisiyalardan savayı, burada düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası – tanklar, toplar, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa”, KUB zenit-raket kompleksləri və digər eksponatlar sərgilənir. Çoxu Vətən Müharibəsi dövründə vurulma anlarının videolarını gördüyümüz texnikalar olsa da, bəziləri saz vəziyyətdədir. Bu vurulmuş, üzərində müharibənin izlərini daşıyan hərbi texnikalara baxdıqca, müharibə vaxtı gördüyümüz həmin videolar gözümün qabağında yenidən canlanır. Bəli, 44 günlük Vətən Müharibəsi dünya üçün də müasir silahlar və döyüş strategiyası ilə yeni və çağdaş bir müharibə oldu. O baxımdan Hərbi Qənimətlər Parkı təkcə düşmənin ağır hərbi texnikalarının nümayiş edildiyi ərazi yox, həm də XX əsrdə qalmış, köhnəlmiş hərb taktikasının da qəbiristanlığı, məzarlığı sayılmalıdır. Azərbaycan ordusu özünün rəşadəti ilə köhnəlmiş hərb taktikasını tarixin qaranlıqlarında basdırıb üstündə bu əzəmətli Parkı ucaltdı. 

Hə, unutmadan onu deyim ki, Parkda hərbi texnikalar necə gəldi nümayiş olunmayıb, ekspozisiyaların tərtibatına olduqca yaradıcı yanaşılıb.

Məsələn, işıq dirəkləri boş mərmi gilizlərindən, skamyalar mərmi yeşiklərindən düzəldilib. Zibil qabları isə tank mərmisinin barıtatıcılarının futlyarından hazırlanıb. Düşmən dəbilqələrindən hazırlanmış ekspozisiya isə tamam ayrı aləm, əsl instalyasiya nümunəsidir.

Təxminən beş metr uzunluğunda keçid boyu hər iki tərəfdən sallanan zəncirlərdən dəbilqələr asılıb. Bu tunel kim yerdən keçib getdikdə sanki düşmən ordusunun içindən adlayırsan, istər-istəməz vahimə basır: çox yox, cəmi beşcə ay əvvəl bu dəbilqələr boş deyildi, onlardan bizə qəzəbli düşmən baxışları sancılmışdı. İndi isə dəlisov Bakı küləyinin şapalağı ilə bir-birinə toxunan dəbilqələrdən yayılan zəng səsi ekspozisiyanın yaratdığı ovqatı ikiqat artırır, bu paslı dəbilqələrin çırpınışı əcəl zənginə çevrilərək özü uzaqlarda olsa da, qulağı hər zaman bizdə olan düşmən üçün rekviyem kimi cingildəyir.

Ekspozisiyalar bununla bitmir. Otuz illik işğal dövründə düşmənin haqqında hər dəfə fəxrlə bəhs etdiyi on elementdən ibarət mühəndis-maneə sisteminin birəbir əksi də burada nümayiş olunur.

Qarabağa səfərlər zamanı Füzulidə, Cəbrayılda, Zəngilanda bu cür mühəndis-maneə sistemlərindən çox görmüşdük, indisə bu sədlərin eynisi Bakının mərkəzində quraşdırılıb, Qarabağa gedə, o maneələri canlı görə bilməyənlər düşmənin necə müdafiə mövqeyi yaratdığını, Azərbaycan əsgərinin hansı sədləri yardığını görə bilər.

Bu ekspozisiya sayəsində müharibənin gedişatını əyani şəkildə təsəvvür etmək mümkündür.

Mühəndis-maneə sistemlərinin elementləri aşağıdakılardır:

1. beş metr enində, 3-4 metr dərinlikdə tank əleyhinə xəndək;

2. mina sahəsi;

3. tank əleyhinə beton dirəklər;

4. tank əleyhinə metal kirpilər;

5. alçaq dirəklər üzərində tikanlı məftildən tor;

6. hündür dirəklərdə məftilli tor;

7. piyada əleyhinə mina sahəsi;

8. az nəzərə çarpan məftil maneəsi;

9. üçcərgəli lent tipli məftil maneəsi;

10. səngər üzərində lent tipli məftil maneəsi.

Bir anlıq da olsa bu maneələri keçən tanklarımızı və ya əli-ayağı tikanlı məftillərə ilişən, qarşıdakı səngərdən isə güllə yağışına tutulan əsgərlərimizi düşünün. Onlar necə böyük maneələri aşaraq bizə zəfəri dadızdırıblar. Fikirləşəndə ki, elə müharibə başlanan gün, sentyabrın 27-dəcə ordumuz bir neçə saat ərzində bu aşılması namümkün maneələri keçərək düşmənə sarsıdıcı zərbələr endirib heyrətlənməyə bilmirsən.

O baxımdan şəhərin mərkəzində salınan Park ordumuzun rəşadətini nümayiş etdirməyə bəs edir. Dediyim kimi, bunu biz bilirik, bundan sonra Parka baş çəkən turistlər də qələbəni hansı çətinlik və mərdlik hesabına əldə etdiyimizi görəcəklər. 

Gerçəkdə bu maneələrdən sonra düşmənin səngərləri gəlir ki, parkın ərazisində onların da maketi hazırlanıb.

Beton dirəklər, maşın şinləri ilə möhkəmləndirilmiş torpaqda qazılan istehkamları gəzərkən özünü düşmən səngərində hiss edirsən. Burada istifadə olunan hər bir eksponat həqiqidir. Odun sobasının üstündəki çaydan da, yanındakı odun qalağı da, stolun üzərindəki dəmir qab-qacaq da, rabitə qurğuları da, lap elə düşmən “anbar”ındakı kiflənmiş qarabaşaq, un, lobya kisələri də bu yaxınlara qədər düşmən tərəfindən istifadə olunub. Hələ də üzərində düşmənin əl izləri var.

Düşmən əsgərlərinin mulyajları isə bu tabloya realistik rəng qatır. Elə bil həqiqətən düşmən ordusunun içindəsən. Yoxsa fotoqrafımız İlkin səngərlərdən birində qəfil qabağına çıxan, bizə “güllə” atan əsgəri görüb diksinməzdi.

Səngəri gəzdikcə düşmən əsgərlərinin həyat tərzi ilə lap yaxından tanış olmaq mümkündür. Divarlardakı ermənicə lövhələrə qədər hər şey “əsli ilə düzdür” deyir. Sifətlərinə miskinliklə yanaşı, qorxu və çarəsizlik də həkk olunmuş bu şarj-mulyajlar isə mənzərəyə bir az da teatral ovqat bəxş edir və bu zaman istər-istəməz tamaşaçının çöhrəsinə yüngül gülüş də qonur ki, mən elə bilirəm hər bir qalib azərbaycanlının bu gülüşə haqqı çatır. Bu saqqallı, üzündən çarəsizlik yağan, sığınacaqda gizlənmiş əsgərləri gördükcə mənim yadıma müharibənin qızğın vaxtı müsahibə verib PUA-larımızın səsini eşitcək qaçıb gizlənən, başını səngərdən çıxarmağa qorxduqlarını etiraf edən erməni zabit düşür. Bir də o məşhur şəkil… Cındırından cin hürkən, yaşlı ermənilərdən ibarət o şəkil. Guya Qarabağa döyüşməyə gəlirdilər. İndi qarşımda dayanmış bu mulyajlar həmin o gerçək “mumya”lara necə də bənzəyir.

Hərbi Qənimətlər Parkındakı ekspozisiyalar bunlarla bitmir. Haqqında danışa bilmədiyimiz hələ nə qədər eksponat qaldı. Onlar barəsində daha çox yazmaq, daha ətraflı məlumat vermək olar. Ancaq nə hacət… Ən yaxşısı gəlib öz gözün görməkdir. Mənə isə ümid etmək qalır. Ümid edək ki, gələcəkdə parkın ekspozisiyası daha da zənginləşəcək. Eləcə də indi sərgilənən kreativlik bir qədər də təkmilləşdiriləcək və Hərbi Qənimətlər Parkı təkcə Vətən Müharibəsi uğurlarımızı özündə əks etdirən bir ərazi kimi deyil, həm də muzey kimi incəsənət sahəsində əhəmiyyətli yer tapacaq.

Çünki buna layiqdir…

Mirmehdi Ağaoğlu


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir