18:07 xeber – İsrailin paytaxtı Təl-Əvivdə Rusiyanın “Russia Today” televiziyasına hücum edilib.
Azadlıq.az xəbər verir ki, anspress-in xarici KİV-lərə istinadla verdiyi məlumata görə, hücum edən şəxslər bıçaqla silahlanıblar.
“Russia Today” saytının xəbərinə görə, 20 yaşlı Pol Slier hücum nəticəsində həyatını itirib. Üç nəfərin isə yaralandığı bildirilir. “Associated Press” agentliyinin xəbərində bildirilir ki, İsrail vətəndandaşının həyatına son qoyan fələstinli həbs edilib.
“Russia Today” televiziyasının yaxın şərq bürosunun rəhbəri Pol Slierin “Twitter”də yazdığı məlumata görə, hücum nəticəsində həyatını itirən şəxs televiziyanın əməkdaşıdır.
Hücumdan sonra hadisə yeri
Stabbing in #RT tel aviv office building. All staff safe but one person killed and three wounded downstairs. Killer on the loose— Paula Slier (@PaulaSlier_RT) 19 ноября 2015
Pol Slier “Twitter”də hadisə barəsində məlumatı
Məlumata görə, televiziya əməkdaşları böyük təşviş keçiriblər.
pic.twitter.com/4nSJ3SFGot— Paula Slier (@PaulaSlier_RT) 19 ноября 2015
Paulanin yerləşdirdiyi foto
Bu gün həmçinin Brüsseldə Rusiyanın NTV telekanalının çəkiliş qrupuna hücum olub. Bu barədə telekanalın saytında məlumat verilib.
İnsident şəhərin şimalında mühacirlərin yaşadığı rayonda baş verib. Çəkiliş qrupu “Stad de Frans” stadionunda partlayış törətmiş terrorçunun qohumları və dostlarını axtarırmış.
Jurnalist Konstantin Panyuşkinin sözlərinə görə, onlar yeniyetmələrdən ibarət bir qrupla söhbət edərkən həmin şəxslərdən biri operatora hücum edib və kameranı almağa cəhd edib.
“Yeniyetmələr bizi yerə yıxıb döyməyə başladılar. Axırda sənədlər və pul olan çantanı, noutbuku aldılar və aralaşdılar”, — deyə Panyuşkin bildirib.
mənbə :
anspress