20:00 xeber – Ukrayna paytaxtında gözəl qızlarla hər yerdə qarşılaşmaq olar. Kiyevdə kafedə, mağazada, metro və hətta polis bölmələrində cazibədar qızlara rast gəlinir.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yerli portallardan bıri oxucular üçün paytaxt gözəllərinin şəkillərini dərc edib.
Cazibədar gözəllər arasına yalnız məşhur aktrisalar düşməyib. Gözəl qızların arasında siyasətçilər, tələbələr, hətta polislər də var.
Nastya Kamenskaya
Müğənni Nastya Kamenskaya yalnız “Potap və Nastya” duetində iştirakıyla məşhur deyil, o həm də televiziyada işləyir. Gözəl formalara malik qız bir neçə dəfə kişi jurnalları üçün çəkilib.
Santa Dimopulos
Yunan – Assuriya- Ukrayna əsilli müğənni Kiyevdə doğulub. “VİA Qra” qrupunda iştirak ona məşhurluq gətirib. Kollektivdən ayrılandan sonra Dimopulos idmanla maraqlanıb və hətta bodibildinq üzrə Dünya çempionatında qızıl medal qazanıb.
Anna Sedokova
Müğənni Anna Sedokova şəhər kənarı Voskresenka yaşayış massivində doğulub və böyüyüb. İndi yerli kiyevli ABŞ-da yaşayır. Lakin aktrisa Ukrayna paytaxtına kifayət qədər tez-tez baş çəkir, axı burada onun anası, həmçinin öz biznesi – LA Story geyim mağazası var.
İrina Juravskaya
1990-cı ildə Kiyevdə doğulan model Los-Ancelesdə aktyor bacarığı məktəbini qurtarıb. 2008-ci ildə İrina “The Sexiest Woman Alive” müsabiqəsində birinci yeri tutaraq planetin ən seksual qızı olub.
Anna Andres
Model Anna Andres “Miss Ukrayna 2014” gözəllik müsabiqəsinin qalibidir. Qız yalnız cəzbedici görünüşə deyil, həm də intellektə malikdir. Gözəl qız keçən il Kembricə daxil olub. Buna görə o hətta “Dünya gözəli” müsabiqəsində iştirakdan imtina edib.
Lyudmila Mileviç
Lyudmila Mileviçi bir çoxları Ukraynanın ən gözəl polisi hesab edir. Bu yaxınlarda o idman zalında öz məşqlərini göstərən videobloqu yayıb. Sosial şəbəkələrdə cazibədar polisin səhifələrinə minlərlə pərəstişkar daxildır. “Gözəllik dünyanı xilas edəcək” – frazası məhz bu qız haqqındadır!
Nadya Dorofeyeva
25 yaşlı müğənni Simferopolda doğulub, amma artıq çoxdan Kiyevdə yaşayır. “Vremya i Steklo” qrupunun solisti parlaq görünüşə malikdir. Bu səbəbdən o vaxtında XXL, Playboy və MAXIM kimi top nəşrlərinin səhifələrinə düşüb.
Alyona Boqdanova
20 iyaşlı kiyevli modelin “Instagram” səhifəsinə 384 mindən çox insan abunə olub. Hər gün Alyonanın pərəstişkarlarının sayı artır.
Alyona Koşeleva
Gözəl ukraynalıları yalnız podiumda deyil, həm də parlament iclaslarında da görmək olar. Xalq deputatı Alyona Koşeleva model işləyə bilərdi, amma o özü üçün siyasəti seçdi. Hərçənd Alyona kameralar qarşısında poza verməyi sevir, həm də o, bunu çox maraqlı edir. Həyatının çox hissəsini Xarkovda keçirirdi, amma indi parlament üzvü artıq daha çox iş yeri yaxınlığında Kiyev mərkəzində yaşayır.
Tatyana Parfileva
Kiyevdən olan 21 yaşlı model T.Q.Şevçenko. adına universitetdə iqtisadiyyat fakulətisini oxuyur. Tatyana daim fotoçəkilişlərdə iştirak edir. Bu səbəbdən “Instagram” hesabında onu təqib edən 200 min abunəçi çox şaddır.
mənbə :
anspress