15:50 xeber – FİFA-nın Etika Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini ilə bağlı araşdırmalarını bitirib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, artıq işlə bağlı yekun hesabat Hans Yoakim Ekkertin başçılıq etdiyi FİFA Arbitraj Palatasına göndərilib .
FİFA-nın mətbuat üçün açıqlamasında bildirilir ki, məlumatların məxfi saxlanıldığına görə, Arbitraj Palatası hesabatın detalları və Blatterlə Platiniyə qarşı təklif olunan sanksiyalar barədə ətraflı informasiya verilməyəcək.
Hans Yoakim Ekkert -FİFA Arbitraj Palatasının sədri
FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazında ABŞ-ın sorğusuna görə bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.
2018 və 2022 DÇ-na ev sahibliyi edəcək ölkələrin korrupsiya müqabilində seçilməsinə dair işi Federal Tətqiqatlar Bürosu (FTB) və ABŞ prokurorluğu tərəfindən araşdırılır.
Oktyabrın əvvəlində FİFA-nın etika komitəsinin qərarına görə, Yozef Blatter futbol sahəsində işdən 90 gün müddətinə kənarlaşdırılıb. Eyni xarakterli sanksiyalar qurumun baş katibi Jerom Valke və UEFA-nın Prezidenti Mişel Platiniyə qarşı da tətbiq olunub.
FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnun gizli razılaşma nəticəsində Rusiyaya verildiyini etiraf edib.
mənbə :
anspress