01.03.2015 03:45 xeber –
Ölkənin şərqində hökumət əsgərlərilə rusiyapərəst üsyançılar arasında atəşkəs qüvvədə qalsa da “şərqdən gələn hərbi təhlükə” qalır.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko deyib.
Çoxları hesab edir ki, Poroşenkonun xəbərdarlığı Rusiyadan gələ biləcək təhlükəyə aiddir.
Ukrayna və Qərb deyirlər ki, Rusiya üsyançıları silah və əsgərlərlə təmin edir. Moskva bu ittihamları rədd edir.
Hər iki tərəf deyir ki, atəşkəs sazişinə riayət edərək hazırda cəhbə xəttindən ağır silahları geri çəkirlər.
Bu prosesin getməsi hələ ki, ATƏT-in beynəlxalq monitorinqçiləri tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, Belarus paytaxtı Minskdə əldə olunan atəşkəs razılığı fevralın 15-də qüvvəyə minib, amma bundan cəmi bir neçə gün keçmiş üsyançılar Debaltseve şəhərini ələ keçiriblər.
BMT təhmin edir ki, şərqi Ukraynada başlayan döyüşlər nəticəsində apreldən bəri 5800-ə yaxın adam öldürülüb.
Mənbə : Anspress.com