03:20 xeber – Çin iqtisadi artımının gələcək aqibəti ilə bağlı qeyri-müəyyənlik, dünya bazarlarında metal qiymətlərinin ucuzlaşmasına səbəb olub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, London birjasında misin bir kub tonu son 6 ildə ilk dəfə olaraq 4 500 dollarlıq baryeri aşıb. Nikelin qiyməti 5 faiz ucuzlaşaraq 2003-cü ilin həddinə 8 235 dollara düşüb.
Ekspertlərə görə, bazar ilk növbədə dünyanın əsas xammal alıcısı olan Çinin bazar tələbinin azalmasına reaksiya göstərir. Bundan başqa xammal məhsullarının nominallaşdırıldığı valyuta – dolların kursu son 7 ay ərzində ən yüksək səviyyədə güclənib.
Digər tərəfdən yanacaq qiymətlərinin ucuzlaşması tendensiyası dünən də davam edib. Brent markalı neft 2 faiz ucuzlaşaraq 1 barelinin qiyməti 44 dollardan da aşağı düşüb, Amerikanın WTI nefti isə 40 dollardan bir qədər çox yuxarı qiymətə satılır. Ucuzlaşma Səudiyyə Ərəbstanının neft qiymətlərini sabit saxlamaq məqsədilə qeyri-OPEC dövlətləri ilə də əməkdaşlığa hazır olduğunu elan etməsindən sonra sürətlənib.
Hazırda dünyanın ən iri neft istehsalçıları OPEC-in dünya bazarındakı seqmentini qorumaq məqsədilə misli görülməmiş miqdarda neft hasil edir.
mənbə :
anspress