10:50 xeber – Rusiya İrana 5 milyard dollar kredit ayırır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə Tehranda keçirdiyi görüşdən sonra bildirib.
Vladimir Putinin sözlərinə görə, iki ölkə arasındaki ticarət dövriyyəsində əsasən milli valyutadan istifadə olunacaq.
Həmçinin, Avrasiya İqtisadi İttifaqı ölkələri də İranla azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar aparacaq. Rusiya baş nazirinin müavini İqor Şuvalov bildirib ki, Vladimir Putin və Həsən Ruhani kredit ayrılması ilə bağlı layihə sənədini artıq imzalayıblar.
Sənədlərə Qaz İxrac Edən ölkələrin forumunda imza atılıb. Nazir müavini ayrılan kreditin dəmir yollarının elektrikləşdirilməsinə və İranda istilik-elektrik stansiyalarının tikintisinə xərclənəcəyini deyib.
Qaz İxrac Edən ölkələr forumu
İranla “Altılıq” dövlətləri ilə razılaşmadan sonra Rusiya bu ölkəyə sərmayələr yatırılmasının həcmini artırıb. Artıq Rusiya S-300 Hava Hücumundan Müdafiə sistemlərinin İrana göndərilməsinə başlayıb.
Həmçinin hərbi qulluqçular Rusiyada S-300-lərin istismarı üçün təlim kursları keçirlər. Bundan başqa Rusiya İranda sərnişin təyyarələri zavodu tikməyi planlaşdırır.
Artıq Rusiya və İran arasında əməkdaşlığın genişlənməsinə dünya dövlətlərindən reaksiyalar gəlməyə başlayır.
ABŞ Rusiyanın İrana S-300 raket kompleksinin satışına görə rəsmi Moskvaya etiraz edib. İki ölkə arasında əməkdaşlığı şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toneri bildirib ki, Rusiyanın İrana S-300 komplekslərini satmasına əvvəl olduğu kimi indi də qarşı çıxırıq.
Həsən Ruhani Azərbaycanı təbrik etdi (VİDEO)
Dünyanın qaza olan tələbatı 5 trilyon kubmetrə çatacaq
Putin İrana özü ilə S-300 apardı
Putin Xəzərdən atılan raketlərdən danışdı, söz verdi (VİDEO, FOTO)
mənbə :
anspress