12:20 xeber – Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclasda təşkilati məsələlərə baxılacaq, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək.
İlk iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.
İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Fəttah Heydərov dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.
Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Xatırladaq ki, parlament seçkisi noyabrın 1-də keçirilib. 125 deputat yeri uğrunda 700-dən çox namizəd mübarizə aparıb.
mənbə :
anspress