17:01 xeber – İŞİD qruplaşması növbəti video müraciətində Gürcüstanı hədələyib.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, video müraciəti İŞİD-ə qoşulan bir neçə Gürcüstan vətəndaşları yayıb. Onlar öz ana dilində Gürcüstana səsləniblər.
YouTube yerləşdirilən video 12 dəqiqə davam edir. Videoda İŞİD-çı Gürcüstanın uzun zamandır İslama qarşı mübarizə aparan qeyri-müsəlman kəslərinə səslənib:
“Ayılın və müsəlmanları təqib etməyi dayandırın. Allaha and içirəm ki, siz İslama qarşı törətdiyiniz bütün əməllərə görə, cavab verəcəksiz. Xilafət sizə elə qısa zamanda cavab verəcək ki, siz bunu təsəvvür belə edə bilməzsiz. Biz sizi Allahın qaydalarına uyğun cəzalandıracağıq”.
VİDEO müraciəti yayan İŞİD-çilər
Videoda həmçinin Gürcüstanın Acarıstan bölgəsindəki yerli müsəlman din xadimlərinin də İslamdan xəbərsiz olduqları və müsəlmanlarıda arxalarınca yalnış yola apardıqları deyilir.
Video müraciətlə bağlı Gürcüstanın dövlət təhlükəsizlik xidmətindən reaksiya gəlib. Onlar artıq video müraciət əsasında araşdırmalara başlayıblar.
mənbə :
anspress