00:48 xeber – İtkin düşmüş yeniyetmə qız ailəsinə qovuşdu.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, nitqində və psixi durumunda problem olan qız öz adını və atasının adını desə də, evlərinin yerini deməkdə çətinlik çəkib.
Anasını səsləyən Xədicənin intizarı çox çəkməyib. Yayımdan dərhal sonra Xədicəni tanıyan qohumları və qonşuları ANS televiziyasına gəliblər.
“Bir həyətdə qalırıq. “İç xəbər”də yayımlanan sujetdən sonra bildik ki, artıq uşaq tapılıb. Qonşu-qohum toparlanıb ANS-ə gəldik. Gəldik ki, onu burdan götürüb evlərinə aparaq. Uşaq xəstədir. Bu səbəbdən də uşaq evdən çıxıb və sonradan evə qayıda bilməyib”, – deyə itən qızın qonşusu Sahib Quluzadə bildirib.
Qonşularının dediyinə görə, atası Xədicəni təhvil almaq üçün Səbail rayonu 39-cu polis bölməsinə gedib.
mənbə :
anspress