13:58 xeber – “Biz ayrılmışıq. Amma bu o demək deyil ki, Leyla ilə yad adamlar olmuşuq. Bizim çox gözəl münasibətlərimiz var və bunları heç zaman qoparmaq mümkün deyil”. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu 7days.ru saytına açıqlamasında rusiyada yaşayan azərbayacanlı iş adamı, müğənni-bəstəkar, Azərbayacan przidenti İlham Əliyevin böyük qızı leyla Əliyevanın keçmiş həyat yoldaşı olan Emin Ağalarov deyib.
O, ilk növbədə valideyn olduqlarını xatırladıb. “Oğlanlarımız Əli və Mikayıl hər zaman öndədir. Statusa görə biz azadıq. Amma Leyla ilə bizim, uşaqlarla, nənə, babalarla böyük ailəmiz var”.
Müğənni L.Əliyevanın bir müddət öncə övladlığa götürdüyü 1,5 yaşlı Əminə ilə münasibətidən də danışıb. O, deyib ki, Əminə hələ çox balacadır. Lakin buna baxmayaraq o Leyla, hər iki tərəfdən olan nənə, babaları, 7 yaşlı oğlanları və onun üçün böyük xoşbəxtlikdir.
“O dəcəldir. Oğlanları qovur, onların konstruksiyalarını qırır, onlar onunla bacaramırlar, xətrinə dəyməkdən çəkinirlər. Böyüklər onu müdafiə edirlər: Oğlanlar inciyirlər. “Ata biz buna son qoymalıyıq. O bizim bütün oyuncaqlarımızı sındırdı, o utanmır!?”. Mən isə onlara izah edirəm ki, siz də balaca olanda mənim oyuncalarımı sındırırdınız. Amma mən sizə hislənmirdim, dözürdüm. Siz onun balaca aolduğunu anlamalısınız”.
Gərgin iş qrafikinə baxmayaraq Emin hər gün uşaqları ilə daha çox vaxt keçirməyə çalışır. Onun sözlərinə görə, hər 7-10 gündən bir onların yanına Bakıya uçur. Növbəti həftə isə onlar Eminin yanaına gedirlər.
Əminə hələ gəlmir. Çünki o belə ciddi uçuşlar üçün çox kişikdir. “ir azda böyüməlidir. Ondan sonra Əlişka və Mika ilə mənim yanıma gələcək. Oğlanları isə mən özümlə işə, məşqə, görüşlərə aparıram ki, daima yanımda olsunlar”.
mənbə :
anspress