14:15 xeber – Ramin Quluzadə Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.
Bu barədə Azərbayacan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.
Ondan öncə nazirlikdə nazir vəzifələrini birinci müavin olan İltimas Məmmədov icra edib.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb.
Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.
Ramin Quluzadə – rabitə və yüksək texnologiyalar nazirinin müavini
Müstəqil Azərbaycanın ilk rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
mənbə :
anspress