14:57 xeber – Ötən gün Türkriyənin Suriya ilə sərhəddə hərbi təyyarəni vurmasindan sonra Rusiya ilə münasibətlər gərginləşib. Bir-birini hədələyən çıxışlardan sonra bu gün Rusiya S-400 raket kompleksini Suriyaya göndərmək haqqında qərar verib. Hava müdafiə sistemi Lazkiyeyə göndərilir.
Rusiyanın müdafiə naziri Serqey Şoyqu bu barədə açıqlama verib. Onun sözlərinə görə, hava hücumndan müdafiə sistemləri Hmeymim hərbi hava bazasına göndəriləcək.
Rusiya prezidenti S-400 zenit-raket sistemləri ilə yanaşı S-300 raketlərinin Suriyaya göndəriləcəyini açıqlayıb.
Bu açıqlamadan qısa müddət sonra isə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türkiyənin sərhəddindəki Suriyada hərbi əməliyyatları davam etdirəcəyini açıqlayıb.
S-400 480 kilometredən hədəfə zərbə vura bilir.
S-400 zenit-raket sistemləri
Türkiyə isə Rusiya hərbi təyyarəsinin vurulmasından sonra sərhəddə təhlükəsizlik tədbirləri daha da gücləndirib. Suriya sərhəddində nəzarət aparan “F-16″ların sayı 18-ə çıxarılıb.
Daha öncə təyyarələrin sayı 14 idi.
“F-16” qırıcısı
mənbə :
anspress