16:52 xeber – Latın Amerika ulduzu Mark Entoni sabiq həyat yoldaşı Cenifer Lopeslə yaşadığı evi satır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Mark Entoni keçmişi ilə əlaqaləri tamam kəsmək istəyir. İfaçı Lonq Aylenddəki evini satır. O, həmin evdə keçmiş həyat yoldaşı Cenifer Lopeslə birgə yaşayıb.
Bu evdə 10 yataq otağı, səsyazma studiyası, tennis kortu var. Evin 9 milyon dollara satılması planlaşdırılır. Keçmiş sevgililər bu evdə əkiz övladlarını, Emma və Maksı böyütmək istəyirdilər. Mark Entoni hal hazırda venesuellalı model Şenon de Lima ilə ailəlidir. Buna görə də artıq lazımsız kimi görünən evi satmaq istəyir.
Mark Entonin evi
Cenifer Lopesdə Kaliforniyadaki evini satmaq istəyir, hansı ki, Markla ailəli olduğu zaman alıb. C.Lopes evi 17 milyon dollara satmaq istəyir.
Mark Antoni Nyu Yorkda puertorikalı ailədə böyüyüb. Markla Cenifer Lopes 2004-ci ildə evləniblər. 2011-ci ildə cütlük ayrılıblar.
Mark Entoni və Şenon de Lima
mənbə :
anspress