25.11.2015 / 18:59 xeber –
Azərbaycanın Argentina, Paraqvay, Boliviya, Çili və Uruqvaydakı fövqəladə və səlahiyyətli səfiri geri çağırılıb.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
mənbə :
lent.az