00:58 xeber – Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında yaxın günlərdə görüşməyə qərar verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə xarici işlər nazirinin sözcüsü Tanju Bilgiç xəbər verib.
Bilgiç məsələ ilə bağlı suala cavabında Çavuşoğlunun Rusiya xarici işlər naziri Lavrovla telefon danışığını təsdiq edərək bunları bildirib: “Hörmətli nazir telefon danışığında Türk hava sahəsini pozduğuna görə vurulan Rusiya döyüş təyyarəsi hadisəsi ilə bağlı həmkarına məlumat verib. Danışıqda mövzuyla bağlı detalların diplomatik və hərbi kanallardan paylaşılması barəsində razılığa gəliblər. Hər iki nazirin önümüzdəki günlərdə görüşü planlaşdırılıb”.
Sergey Lavrov – Rusiya xarici işlər naziri
Bu gün Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə telefon danışığı barədə xəbər verib. “Türkiyənin yeni təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. Onunla “Su-24” təyyarəsinin vurulması ilə bağlı danışdıq”, – deyə Lavrov qeyd edib.
Ötən gün Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24” bunlara məhəl verməyib. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Təyyarə vurulan ərazi
Bir müddət əvvəl oktyabr ayında da Rusiya döyüş təyyarələri Türk hava sahəsini pozmuşdu. Həmin vaxt Rusiya rəsmiləri üzr istəyərək bir daha belə halların təkrarlanmayacağını bildirmişdi. Rusiya tərəfi pilotlardan birinin paraşütlə atılan zaman güllələndiyini təsdiq edib. İkinçi pilot isə artıq ruslar tərəfindən tapılaraq hərbi bazaya gətirilib.
Həmçinin oxuyun:
Türkiyə rus təyyarəsini vurdu (VİDEO, FOTO,YENİLƏNİB)
Rusiyaya daha bir zərbə, helikopter vuruldu (FOTO, VİDEO)
Putin: “Bu arxadan vurulan zərbədir”
Rusların vurulan təyyarəsi ilə bağlı Kremldən ilk reaksiya
Vurulan Rusiya təyyarəsi ilə bağlı ən son xəbər (VİDEO)
mənbə :
anspress