26.11.2015 / 12:41 xeber –
“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin analitiki, Nazim Cəfərsoy
Mövzu: Türkiyə-Rusiya gərginliyi
"Hadisənin o saatda, o yerdə baş verməsi planlaşdırılmış hadisə deyildi, amma gözlənilən idi"
"Hadisələr göstərirdi ki, Suriya məsələsində Rusiya və Türkiyə hansısa nöqtədə toqquşacaqlar"
"Bölgədə rəqabət dozası artdıqca, gərginləşmə ehtimalı da artırdı"
"Bu cür ssenarilərin inkişaf etməsinə yönələcək fikir gimnastikası əvvəlcədən mütləq olur"
"Hadisələrin bu cür inkişafı ilə bağlı müxtəlif dövlətlər müxtəlif ssenariləri nəzərdən keçirirlər"
"Heç kim gözləmirdi ki, son 50 ildə olmayan hadisə olacaq"
"Türkiyənin xarici siyasəti, yumşaq güc siyasəti idi, amma hadisələrin inkişafı Türkiyəni də bu məqamlara dönməyə təşviq etdi"
"Türkiyə-Rusiya arasında Suriya məsələsində fikir ayrılığının artması hadisəyə rəvac verdi"
"Bu hadisə Türkiyə-Rusiya münasibətlərində son 20 ilin ən böyük gərginliyi yaratdı"
"Suriya məsələsi geosiyasi maraqların əngəlləyəcəyi faktora çevrildi"
"Hər iki ölkənin bir-birindən çox ciddi qarşılıqlı asılılıqları var"
"Bu prosesin nəzarətdə saxlanan gərginlik olacağını, hər iki tərəfin daha diqqətli davranacağını düşünürəm"
"Türkiyə tərəfində olduğu kimi, Rusiya tərəfində də münasibətlərin gərginləşməsini istəyən maraqlı qüvvələr var"
"Açıq şəkildə bildirilməsə də, Qərbdə Rusiya və Türkiyə məsələsinin gərginləşməsindən rahatlaşan, məmnun olanlar var"
"Bayır-Bucaq türkmənlərinə hərbi müdaxilə olunması Türkiyəni ciddi mənada narahat edirdi"
"PKK kartından Rusiyanın əvvəllər də istifadə etdiyini nəzərə alsaq, bu kart Rusiya üçün əhəmiyyətlidir"
"Suriyada hərbi vəziyyəti zəruri edən proseslər üçün bütün dövlətlərin öz kartları var"
mənbə :
lent.az