01:25 xeber – Paytaxtda yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb. Məlum olub ki, sürücü sərxoş vəziyyətdə avtomobili idarə edir. Üstəlik yanındakı qadın sərnişin də sərxoş vəziyyətdədir.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məluamtına görə, şər vaxtı paytaxtın Xətai rayonu, Babək prospektində yol hərəkəti qaydalarına əməl etməyən qadın sürücü saxlanılıb.
Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və yanında olan sərnişin sərxoş vəziyyətdədir.
Bunu özünü Vəfa kimi təqdim edən sərnişin də təsdiq elədi. Kefi kök olan Vəfa xanım polis əməkdaşlarına və media nümayəndələrini hədələyib.
Sürücü avtomobildən düşmədiyi üçün əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Polisin qanuni əmrinə tabe olmayan sürücü və onların işinə mane olan sərnişin polis bölməsinə, avtomobil də cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
anspress