01:42 xeber – İŞİD terror təşkilatı yeni video-müraciət yayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qruplaşma özünə düşmən olan ölkələrin adlarını açıqlayıb. İŞİD terror qruplaşmasının düşmənləri sırasında 60 ölkənin adı yer alır. İŞİD terrorçuluğa qarşı koalisiyada yer almayan həmçinin Suriyada münaqişəylə əlaqədə olmayan bir sıra ölkələrin adını da siyahıya salıb.
Terror qruplaşması öz düşmənləri arasına münaqişəyə heç bir aidiyyəti olmayan Polşa, Litva, Moldova və Ukraynanın adını da əlavə edib. İŞİD terrorçu qruplaşması yaydığı yeni video-müraciətdə Suriyada terrorçularla mübarizədə iştirak edən ölkələri növbəti terror aktları ilə hədələyib.
Qeyd edək ki, videoyazı artıq YouTube və Vimeodan silinib. Bir müddət əvvəl Rusiya KİV-də terrorçuların beynəlxalq cinayətkar qruplaşma vasitəsilə Ukraynadan silah aldığı barədə informasiya yayılmışdı. Yayılan məlumata görə, tutulan İŞİD rəhbərlərindən biri İŞİD üçün Türkiyə ərazisi vasitəsilə FN6 Çin zenit-raket komplekslərini keçiriblər.
Fransada terror aktı törədən İŞİD bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarını təhdid edən videoçarx yayımlayıb. Videoçarxda təşkilat bu dəfə paytaxt Nyu-Yorkda “Times Meydanı”nda terror törədəcəyini bildirib. Yayılan görüntülərdə bir İŞİD silahlısının hazırladığı bombaları qurşaq şəklində öz belinə bağladığı və jaketinin altında gizlətdiyi görünür.
“Times Meydanı”ndan görüntülərlə birləşdirilərək verilən kadrlarda İŞİD silahlısının həmin meydana gedərək bombanı partlatdığı mənası verilir. Yayımlanan videonun bir kamikadzenin necə hazırlandığına dair daha əvvəl çəkilən görüntülərin yenidən quraşdırılmış halı olduğu bildirilib.
IŞİD-in nəzarətində olan ölkələr xəritədə
mənbə :
anspress