13:04 xeber – Xalq artisti Yalçın Rzazadə səhhəti haqqında danışıb.
Sənətçi ANS PRESS-ə danışaraq səhhəti haqqında məlumat verib. Onun sözlərinə görə, ötən gün təzyiqi qalxdığı üçün özünü narahat hiss edib. İfaçı evdə müalicə aldığını qeyd edib.
Xalq artistinin 4 il əvvəl ürəyindən əməliyyat edildiyini, hər il müayinədən keçdiyini deyib. Lakin o bəzəm bu müayinələrə fikir vermədiyini deyib. Müğənni hazırda səhhətinin yaxşı olduğunu, hətta bu gün bir neçə görüşlərə gedəcəyini də bildirib.
“Ölüm haqdır. Amma yaşamağa dəyər. Mən ömrümdə pafoslu olmamışam. Ömrümü mədəniyyətimizə, incəsənətimizə həsr etmişəm. Buna görə çox xöşbəxtəm”.
Yalçın Rzazadə – Sevgi mahnısı
Yalçın Rzazadə 1946-cı ildə Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə əməkdar artist, 1999-cu ildə xalq artisti adına layiq görülüb. Xalq artisiti 2 dəfə karate üzre çempionu olub.
Evlidir, üç övladı var. İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Eldar Mansurov və digərləri kimi bəstəkarlar ifaçıya mahnı yazıblar.
mənbə :
anspress