01.03.2015 19:13 xeber –
Türkiyə-Ermənistan sərhədində bir nəfər saxlanılıb.
ANS PRESS-in məlumatına görə, Rusiya sərhədçiləri Türkiyədən Ermənistana keçmək isətəyən bir nəfəri tutublar.
Xəbəri Eusiyanın Ermənistanda fəaliyyət göstərən Federal Təhlükəsizlik Xidməti təsdiqləyib.
FTX-nin açıqlamasında bildirilir ki, saxlanılan şəxsin Çexiyaya getmək hüququ barədə sənədi olub. O həm rus, həm də erməni dilində danışa bilir.
Rusiya sərhədçiləri saxlanılan şəxsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər.
Qeytd edək ki, son vaxtlar Türkiyə-Ermənistan sərhədində gərginlik artıb. Belə ki, sərhəddə son aylar bir neçə nəfər saxlanılıb.
Mənbə : Anspress.com