Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
14/09/2021

Vidadi Babanli: "Hele de kitab magazasinda bu eseri tapmayib mene zeng edenler var" – MUSAHİBE

Vidadi Babanlı: "Hələ də kitab mağazasında bu əsəri tapmayıb mənə zəng edənlər var" - MÜSAHİBƏ



18:15 xeber –

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı Vidadi Babanlının APA-ya müsahibəsi

– Artıq 94 yaşı haqlamısınız. Bu gün həyatla necə yola gedirsiniz? Necəsiniz?

– Qocalıqdır da. Qulağım ağır eşidir, gözüm zəif görür, ayaqlarım sözümə baxmır. Ancaq belə ağrıyan yerim yoxdur. Yaxşıyam.

– Nəsə yazırsınızmı?

– Bu yaxınlarda “Sabaha ismarıc” adlı bir əsər yazmışam. Onu da diktə ilə yazdırmışam. Gözüm görmür hərfləri. Diktə ilə yazdırmaq da çox çətindir.

– Sabaha ismarıcınız nədir?

– Milli təəssübkeşliyi qorumaq.

– Sizi gəlib yoluxan, axtaran varmı?

– Alim Rafiq Əliyev tez-tez məni yoluxur. Nizami Cəfərov tez-tez əlaqə saxlayır. Qohumlar gəlir. Ancaq yazıçılardan, vəzifəli adamlardan maraqlanan yoxdur.

– Bu laqeydlik Sizi incitmir?

– Əlbəttə, incidir. Mənim bu qədər xidmətlərim var, axı. Altı romanım, şeirlərim, dörd povestim, neçə tərcüməm var.

– Tərcümələrinizdən biri də Rasputinin “Mariyaya pul lazımdır” əsəridir. Bu gün Vidadi Babanlıya pul lazımdırmı?

– Şükür, pis dolanmıram. Prezident təqaüdü alıram. Heydər Əliyev o vaxt məni təqaüd siyahısına saldırmışdı. O təqaüd məni dolandırır. Amma mənim elə günlərim olub ki, çörək almağa belə pul tapmamışam. O vaxt “Vicdan susanda” əsərinə görə məni partiyadan çıxarırdılar. Dörd il məni işsiz qoydular. Əsər Moskvada çap olunandan sonra məndən əl çəkdilər. Roman 1979-1980 il iki dalbadal 100 min tirajla çap olunub. Azərbaycan dilində də dəfələrlə nəşr edilib. Bu, hər yazıçıya qismət olan xoşbəxtlik deyil. Amma o roman şöhrətlə bərabər xeyli çətinliklər də gətirdi. O əsər üstündə məni tuturdular. Romanı Sovet hökuməti əleyhinə yazılan əsər kimi qiymətləndirirdilər. O vaxt Yazıçılar Birliyinin sədri Mirzə İbrahimov məsələmi partiya iclasına qoyub israr edirdi ki, məni partiyadan çıxarsınlar.

– Mirzə İbrahimovun Sizə qarşı nəsə qərəzi vardı?

– Vardı. Bu məsələyə qədər Mirzə ilə bizim aramızı vurmuşdular. Cəlal Məmmədov adında bir adam vardı, Azərbaycan jurnalının baş redaktoru idi. O bizim aramızı vurmuşdu. Deməli, o vaxt biz jurnalda çap olunacaq əsərlərin siyahısını iki ay əvvəldən tuturduq. Bir dəfə bu planlamanı edəndə Cəlal Məmmədov dedi ki, Mirzə İbrahimov Krımdadır. Ordan məktub yazıb ki, bir povest var qurtarmaq üzrədir, əsəri onuncu nömrəyə nəzərdə tutun. Mən də dedim ki, bəlkə çapa qədər Mirzə əsəri bitirə bilmədi. Əkrəm Əylislinin bir povesti var, gəlin, onu çap edək. Əkrəm, indi tələbədir, qonorara ehtiyacı var. Bu sözümü ona necə çatdırmışdılarsa, qayıdandan sonra Mirzə məni çağırıb dedi ki, sən mənə yazmaq öyrədəcəksən?

– Bilirik ki, Əkrəmlə İsa Muğannanın yaxşı münasibəti olmayıb. İsa da sizin dayınız oğlu. Muğanna Əkrəmlə olan münasibətinizə heç nə demirdi ki?

– Birincisi, İsa çox obyektiv adam idi, heç vaxt mənə Əkrəmlə əlaqəni kəs deməzdi. İkincisi də, onda hələ onların arasında heç nə yox idi. Sonradan başladı davaları.

– Muğanna ün eşitdiyini deyirdi. Onun bu fikirlərinə münasibətiniz necə idi?

– Mən ona inanırdım. O heç nəyi elə-belə demirdi.

– Bəlkə “Vicdan susanda”dakı Vüqarla İsmət elə İsa ilə Vidadidir. İki qohum, sizin kimi. İki Bakıda kirayə qalan tələbə sizin kimi.

– Vüqar demək olar ki, 60 faiz mənəm, bunda haqlısan. Ancaq İsa İsmət deyil. “Həyat bizi sınayır”dakı Həsrətin taleyində uşaqlığımı, yetimliyimi vermişəm. Ancaq Vüqardakı kimi çox yox.

– Həsrət bir az qorxaqdır amma.

– Hə, o qorxaqdır.

– Sizin də əsərdə dediyiniz kimi, hamı qəhrəman ola bilməz ki…

– Bir dəfə Daşkənddə olanda bir nəfər mənə yaxınlaşıb dedi ki, Həsrət mənə oxşayır. Mən həyatdakı Həsrəti tapmaq istəyirəm. Mən də o əsəri yazanda Sumqayıtda yataqxanalardan birində tərbiyəçi-müəllim işləyirdim ki, yataqxanada baş verənləri daha təbii yaza bilim. Daşkəndli oğlanı həmin dövrdə yataqxanadan tanıdığım oğlanlardan birinə yönəltdim ki, Həsrət odur, mən Həsrəti ona baxıb yazmışam. Aradan bir ay keçəndən sonra həmin o daşkəndli oğlan məktub yazdı ki, mən Sumqayıta gəlib Həsrəti tapdım, onunla dostlaşdım, çox sağ olun. Təbii ki, Həsrət o deyildi. Mən oğlanın xətrinə dəyməmək üçün elə demişdim.

– Dediniz ki, “Vicdan susanda” romanına görə çox bəlalar çəkmisiniz. İşsiz qaldığınız o dörd ildə “kaş bu əsəri yazmazdım” dediyiniz oldumu?

– Yox, deməmişəm. Bircə dəfə ağlımdan belə keçməyib. Mən indi oxuya bilmirəm. Bu yaxınlarda internetdə romanın səsli variantına qulaq asdım. İllər sonra əsərini yenidən oxuyan yazıçılar bəzən deyir ki, kaş bu məsələni elə yox, belə yazardım. Ancaq mən o əsəri bu gün də eşidəndə düşündüm ki, eyni şeyi yazardım, heç nəyi dəyişdirmədən. Bu əsər mənim ürəyimə o qədər yatır ki… Hər şey yerli yerindədir-epizodlar, obrazlar, hadisələr. Əlli ildən sonra da öz yazdığım öz xoşuma gəlir. Mən “Vicdan susanda”nı yazanda şəhərlərin havasının qorunması məsələsi bugünkü kimi aktual deyildi. Siz təsəvvür edin ki, mən bu məsələni altmış il əvvəl yazmışam. Bu gün də roman aktuallığını itirməyib, oxunur. Hələ də kitab mağazasında bu əsəri tapmayıb mənə zəng edənlər var.

– Əsəri yazanda bu uğuru gözləyirdiniz?

– Yox, gözləmirdim. Düşünürdüm ki, o biri əsərlərim kimi seviləcək, ancaq belə bir uğur gözləmirdim.

– Sizcə, əsəri oxucuya bu qədər sevdirən nə idi?

– Həqiqət. O dövrün əhvalatlarını necə varsa, o cür yazmışam. Digər tərəfdən də əsərin mövzusunun bu gün də aktual olmağı. Ədəbiyyat yüz il sonrakı prosesləri də görə bilər. Götürün Axundzadənin istənilən əsərini. Onun yazdıqları bu gün də aktualdır. Yazıçının istedadı da məhz bunda özünü göstərir. Əsl yazıçı əsərdə elə məsələ qoyur ki, həmin məsələ həmişə aktualdır. “Leyli və Məcnun” gör neçə əsr qabaq yaranıb? Amma bu gün də öz aktuallığını qoruyur. Çünki mövzu həyatdan götürülüb, çünki mövzu gerçəkdir.

– Siz Leyli-Məcnun sevgisinin həqiqətən olduğuna inanırsınız?

– Əlbəttə, inanıram. Olmaya sən inanmırsan?

– Yox, inanmıram. Düşünürəm ki, insanlar bir-birinə dözə bilmək üçün sevgi anlayışını uydurub.

– Yanılırsan, həm də çox yanılırsan. Sevgi var. Gərək, insanları bir-birinə hansısa hislər bağlasın. Bunsuz yaşamaq olmaz.

– Sevmisiniz?

– Bir dəfə sevmişəm. O da alınmayıb. O vaxt mən kasıb, yetim bir oğlan idim. Layiq bilib o qızı mənə vermədilər. Mənim onu xoşbəxt edə biləcəyimə inanmadılar.

– Qız da inanmadı?

– Qız inandı. Ancaq ailəsi verməyəndən sonra nə etməli?

– Bir yerdə qaçmalı.

– Qismət deyilmiş. Sonra o qızı başqasına verdilər. Qız da xoşbəxt ola bilmədi.

– Siz necə, xoşbəxt ola bildinizmi?

– Həqiqi məhəbbət bir dəfə olur. O da o qız idi. Həyat yoldaşımla isə bir-birimizi bəyənib evlənmişik. Eşq başqadır, bəyənmək başqa. Ancaq orasını da deyim ki, mənim həyat yoldaşı sarıdan bəxtim gətirib. O məni həmişə başa düşüb, dəstək olub. Mən əsəri yazandan sonra makinada oturub üzünü köçürürdü. Mənim pulum hardaydı, onu kiməsə yazdırım.

– Lap Dostoyevskinin arvadı kimi…

– Məhz onun kimi. Pulsuz olduğum vaxtlarda da məni başa düşürdü, çətinliklərə dözürdü. Allah ona rəhmət eləsin. “Vicdan susanda” Moskvada çap olunmasaydı, mən borcdan çıxa bilməzdim. Mən çox çətin həyat keçirmişəm. Çox çətin. Qürurlu olmağım da bir tərəfdən. Yaltaq olmamışam, heç kimə əyilməmişəm.

– Dəydi?

– Əlbəttə, dəydi. Xalqın gözü tərəzidir. Xalq məni əyilməz, düz adam kimi tanıyır.

– Xalqın sevimli yazıçısını hələ xalq yazıçısı olmamağı incitmir bəs?

– Ay qızım, axı, mən dedim ki, qürurlu adam olmuşam. Mən heç vaxt heç kimdən heç nə tələb etməmişəm. Bunu özümə sığışdırmamışam. Xalq bilir kim kimdir. Bu gün “Xalq yazıçısı” adını daşıyanların əksəriyyətini xalq tanımır. Mən əsərlərimi necə yazmışam bəllidir. Təsəvvür edin ki, “Vicdan susanda”nı yazmaq üçün bir il kimyaçıların yanında işləmişəm. O vaxt Milli Elmlər Akademiyasında vitse-prezident Məmməd Arif Dadaşzadənin yanına gedib dedim ki, kimyaçıların həyatından əsər yazmaq istəyirəm, ancaq onların həyatını bilmirəm. Məni onların yanında bir işə düzəldin. O da dedi ki, sən filoloqsan, mən səni ora yalnız kitabxanaçı kimi götürə bilərəm. Mən də razılaşdım ki, əsas odur onların arasında ola bilim. Beləcə, mən orda kitabxana müdiri kimi işləməyə başladım. Ancaq işə girməmişdən öncə Məmməd Arif müəllimdən xahiş etdim ki, mənim yazıçı olduğumu kollektivə deməsin. Çünki onlar mənim yazıçı olduğumu bilsə, məndən çox şeyi gizlədə bilərdilər. Xahişimi yerə salmadı.

– Bəs, kimyaçılar özləri də bunu hiss etmədi?

– Təxminən bir il sonra direktor məni çağırıb dedi ki, səndən Mərkəzi Komitəyə ərizə yazıblar. Ərizədə qeyd olunub ki, “Vidadi kitabxanada az-az görünür. Yəqin bu direktorun adamıdır. Müftə maaş alır”. Biz indi neynəyək? Mən də dedim ki, indiyə qədər öyrəndiklərim mənə bəs edər. İndi adamları çağırıb mənim yazıçı olduğumu deyə bilərsiniz. Bunu deyəndən sonra o katibəsinə zəng edib işçiləri yanına çağırmasını tapşırdı. İclasda məsələni açıb danışanda iki nəfər qıpqırmızı qızardı. Mən onda bildim ki, ərizə bunların işidir.

– Ədəbiyyata nəsrlə gəlmisiniz?

– Əslində, mən ədəbiyyata şeirlə gəlmişəm. Şeirlərim də yaxşı qarşılanıb. İlk şeirlərimi Səməd Vurğun oxuyub, bəyənmişdi. Hətta sonra çap da elətdirmişdi.

– Bəlkə bu dəstəyə görə “Gizlinlər” kitabınızda Vurğun haqqında xoş sözlər yazmısınız. Bəlkə bu cümlələri vəfa borcu yazdırıb Sizə.

– Əsla. Onun şairliyi kimi də böyük insanlığı var idi. “Gizlinlər”də yazdıqlarım şəxsən onun öz dilindən eşitdiklərim idi. Onun çox böyük ürəyi vardı. Onun ilk məhəbbəti olan qadın var ha, 1943-cü ildə müharibənin ən qızğın vaxtında Səməd Vurğundan zəng edib xahiş edir ki, “Uşaqlarım xəstədir, ailəm çox pis vəziyyətdədir. Bir tərəfdən də ərimi müharibəyə aparırlar. Səni tanıyırlar, sənin sözünü yerə salmazlar. Ərimi müharibədən saxlatmağa mənə kömək elə”. Səməd Vurğun danışırdı ki, o məndən zəng edib bunu istəyəndə bilməyib nə etsin. Qardaşı Mehdixana zəng edib məsələni danışıb. Mehdixan da deyib ki, “sən bu xahişi mütləq yerinə yetirməlisən. Yoxsa elə biləcəklər ki, köhnə intiqamını alırsan”.

Bundan sonra Vurğun Mircəfər Bağırovun qəbuluna gedir. Mircəfərə deyir ki, yəqin, siz mənim ilk məhəbbətim haqqında eşitmisiniz. Bağırov da gülümsünüb deyir ki, onu kim bilmir ki?.. Vurğun məsələni ona danışandan sonra Bağırov deyir ki, sənin xətrini oğlum qədər çox istəyirəm, narahat olma. Bağırov Vurğunun xahişi ilə həmin adamı bir il cəbhədən saxlatdırır. Vurğun belə adam idi.

– Ancaq şairin ikinci xahişini Bağırov yerə salır.

– İkinci xahişi Müşfiqlə bağlı olur. Vurğunla Bağırov bir dəfə Moskvadan bir vaqonda qayıdır. Yolda Vurğun Müşfiqdən söz salıb, onun taleyindən nigaran olduğunu deyir. Bağırov da Bakıya gələndən sonra bu məsələni partiya iclasında danışır və deyir ki, “bu da bizim gözümüz üstündə saxladığımız Səməd Vurğun. Görün, məndən kimi soruşur. Müşfiqi…”

– Vidadi müəllim, əsərdə yazırsınız ki, Bağırov Vurğuna “Qospadın” deyə müraciət edir. Düzü, bu məqam mənim ağlımı qarışdırır. Niyə yoldaş yox, cənab yazırsınız? Belə bir detal Sizin gözünüzdən qaça bilməzdi, axı.

– Bağırov ona sataşmaq üçün cənab deyir. Yəni onu yoldaş sözünə layiq bilmir.

– Vidadi Babanlı deyəndə bir də ağıla “Həyat bizi sınayır” gəlir. Özünüz razı qalmışdınızmı filmdən?

– Tam yox.

– Nə xoşunuza gəlməmişdi?

– Film çəkiləndə rejissorla mübahisələrimiz oldu. Çünki rejissor bəzi lazımlı şeylərin üstündən keçmişdi, obrazı tam göstərə bilməmişdi, xırda məsələlərin üstünə çox getmişdi.

– Bəs, aktyorlar?

– Amaliya Pənahova pis oynamırdı. Amma sırf mən istəyən də deyildi. Amaliyanın oğlanla dialoqlarda bir az pafos var. Eldəniz Zeynalovun oyunundan isə heç xoşum gəlməmişdi.

– Bugünkü ədəbi proseslərdən xəbəriniz varmı? Sizi nə narahat edir?

– Kitabların yayım məsələsi bizim yaralı yerimizdir. Kitabı çap edib verirlər müəllifin qoltuğuna. Nəşriyyatlar da kitabın satışı məsələsində üzərinə məsuliyyət götürməlidir. Ədəbi prosesləri təəssüf ki, izləyə bilmirəm. Gözüm görmür deyə, təzə yazanlardan heç kimi oxuya bilmirəm, ona görə heç kimdən xəbərim yoxdur.

– Telefonunuza zəng gəlsə, kimin səsini eşitmək istəyərdiniz?

– Eh… Mənim dostlarım indi həyatda yoxdur. Elə bir şansım olsa, çox istəyərdim ki, İsmayıl Şıxlının səsini eşidim. Nəbi Xəzrinin, Cabir Novruzun səsini eşidəm.

– Az qala bir əsr yaşamısınız. Mənə bu illərdə öyrəndiyiniz ən önəmli şeyi deyin.

– Paxıllıqdan uzaq ol, heç kimə həsəd aparma. Ürəyini təmiz saxla. İnsan qəlbini çirkin hislərlə dolduranda ömrü də gödək olur. Məni bu qədər yaşadan ürəyimin təmizliyidir. Sənə yamanlıq edən adama yamanlıqla cavab verməyə çalışma. İnsan qocalanda yaxşılıqları ilə fərəhlənir. Əlbəttə, sənə pislik edənlər də olacaq, ayağının altını qazanlar da olacaq. Amma sən bunlara fikir vermə. Qoy, səni ürəyinin təmizliyi yaşatsın. Necə ki, məni 94 il yaşadıb…

 

Aytac Sahəd

 


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir