23:32 xeber – Dünyanın məşhur tennisçisi Mariya Şarapova Putindən Türkiyəni cəzalandırmasını istəyib.
ANS PRESSS-in məlumatına görə, seksual idmançı Mariya Şarapova sosial şəbəkədən Putinə səslənib.
O, Facebook səhifəsində “Prezident Putin, Türkiyə mütləq yerini bilməlidir”, – yazaraq paylaşıb.
Məşhur idmançının paylaşımı minlərlə izləyici tərəfindən bəyənilib. Şarapovanın paylaşımının altından türkiyəli izləyicilər də tennisçiyə qarşı şərhlər yazıblar.
Mariya Şarapovanın “Facebook” hesabı
Onlar, “Sizin Putininiz varsa, bizim də Ərdoğanımız var. Əslində Rusiya bizdən üzr istəməlidir” kimi şərhlər yazıblar ki, bu fikirlər də digər izləyicilər tərəfindən bəyənilib.
Mariya Şarapova
Bir neçə gün əvvəl Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhədində Rusiya hərbi aviasiyasına aid “SU-24” qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Suriya-Türkiyə sərhədində təyyarənin enməsi
mənbə :
anspress