Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
27/09/2021

YAP-da Anim Gunune hesr olunmus videokonfrans kecirilib

YAP-da Anım Gününə həsr olunmuş videokonfrans keçirilib



xeber –

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş videokonfrans keçirilib.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan zəngin və çoxəsrlik dövlətçilik tarixinə malikdir. Bu tarix bəşər sivilizasiyasına bənzərsiz töhfələr vermiş xalqımızın qürurlu və şanlı keçmişini, şərəfli inkişaf yolunu özündə ehtiva edir. XX əsrdə iki dəfə müstəqillik qazanmış Azərbaycan dövlətinin bugünkü tərəqqisi də məhz xalqımızın tarixi ənənələrinə, mütərəqqi milli dəyərlərinə söykənir və çağdaş dünyanın qlobal çağırışlarına cavab verməklə yanaşı özəlliyi ilə seçilir.

Müstəqilliyinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşan güclü və nüfuzlu Azərbaycan dövləti bu müddət ərzində tarixə əlamətdar hadisələri həkk etməyə müvəffəq olub. Şübhəsiz ki, bütün bu nəaliyyətlərin kulminasiyası torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası müstəsna əhəmiyyətə malik, dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi – Qələbə dastanıdır.

Danılmaz faktdır ki, torpaqlarımız döyüş meydanında – Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizminin başını əzməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub. Lakin xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, məqsədyönlü, milli maraqlara əsaslanan və müasir çağırışlarla uzlaşan strateji kursun real – məntiqi nəticəsidir. Müdrik dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasət sayəsində Azərbaycanın milli gücü – iqtisadi potensialı, hərbi qüdrəti artıb. Eyni zamanda, hücum xarakterli dərin strateji diplomatiyanın həyata keçirilməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələri formalaşdırmasını təmin edib. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsinin həllini mümkün edib.

Azərbaycan dövləti öz milli gücü ilə və hərbi-siyasi yolla torpaqlarını işğaldan azad etməklə – ərazi bütövlüyünün bərpasına müvəffəq olmaqla həm də Ermənistanın işğalçı siyasətinə loyal münasibət göstərən, bununla da separatizmə rəvac verən bir sıra böyük dövlətlərin, eləcə də bəzi beynəlxalq təşkilatların ikili standartlar siyasətini, qərəzli və qeyri-obyektiv mövqeyini iflasa uğratdı. Münaqişənin hərbi yolla həllini istisna edən həmin geosiyasi aktorlar hesab edirdilər ki, işğal məhsulu olan status-kvonu saxlayacaqlar və regionda neqativ faktor olan separatizm meyillərindən, təcavüz faktından öz məhdud maraqları üçün istifadə etməyə davam edəcəklər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu vəziyyəti, yəni dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar.

Bütün bunlara rəğmən, həmrəylik nümayiş etdirən xalqımız və sarsılmaz siyasi iradə nümunəsi ortaya qoyan Azərbaycan dövləti işğal faktı ilə barışmadı. Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malik Azərbaycan münaqişənin sülh yolu ilə həlli perspektivinin yoxluğunu görərək Ermənistanın davamlı xarakter alan hərbi-siyasi təxribatlarına, siyasi ekstremizm nümunəsi olan qeyri-konstruktiv mövqeyinə dözmək və dünya birliyinin geostrateji ətalətinə göz yummaq niyyətində olmadığını açıq – aydın ifadə etdi. Hətta müharibədən əvvəl keçmiş təmas xətti boyunca və iki ölkə arasındakı sərhəddə təxribatları daha da intensivləşdirən işğalçı ölkədən “yeni ərazilər uğrunda yeni müharibə” iddialarının səsləndirilməsi Azərbaycan dövlətinin və xalqının siyasi səbir limitini tükətdi. 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alan Azərbaycan əks-hücum əməliyyatına başladı, öz ərazilərini işğaldan azad etmək üçün Zəfər yürüşünə start verdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza müraciətində qətiyyətli mövqe sərgiləyərək və güclü siyasi iradə ifadə edərək “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”,-deyə vurğuladı. Beləliklə, beynəlxalq hüquq normalarına, konkret olaraq BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminə sarsıdıcı zərbə endirdi, ard-arda kəndlərimiz və şəhərlərimiz, yaşayış məntəqələrimiz, strateji yüksəkliklər və məntəqələr işğaldan azad olundu.

300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad edən Silahlı Qüvvələrimiz daha bir tarixi missiyasını şərəflə və müvəffəqiyyətlə yerinə yetirdi. Noyabrın 8-də əzəli və əbədi Azərbaycan torpağı – dünyanın mədəniyyət incilərindən olan qədim Şuşa şəhəri Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin xüsusi məharəti, böyük şücaəti və nümunəvi rəşadəti sayəsində əsarətdən xilas edildi. Azərbaycan Prezidenti Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”, – deyə vurğuladı. Bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının Zəfər yürüşünün möhtəşəm nəticəsi, Heydər Əliyev ideyalarının təntənəsi və çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisələrindən biri kimi şanlı qürur və iftixar səhifəsi idi.

Döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun Şuşanın xilasından bir gün sonra daha 70-dən artıq yaşayış məntəqəsini işğaldan azad etməsinin ardından Ermənistanın hərbi-siyasi təslimçilik mövqeyindən çıxış etməsi və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması Azərbaycanın qələbəsinin siyasi-hüquqi təsdiqi idi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata əsasən üzərinə bir sıra öhdəliklər götürən işğalçı dövlətin sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verməsi Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbənin diplomatiya müstəvisində davamı olmaqla Zəfər tariximizin mühüm səhifəsidir.

Beləliklə, Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz gücünü – qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bütün cəbhələrdə – istər hərb meydanında, istər diplomatiya müstəvisində, istərsə də informasiya platformasında tarixi qələbənin memarı – müəllifi olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm Zəfərini dəyərləndirərkən “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – deyə vurğulayıb.

Məlumdur ki, həm XX, həm də XXI əsrdə bəzi müsəlman ölkələrin əleyhinə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası dərhal təmin olunmuş, həmin dövlətlərə qarşı sanksiyalar və geniş hərbi əməliyyatlar həyata keçirilmişdi. Bu, məhz bir sıra qlobal güc mərkəzlərinin geosiyasi iradəsi və istəyi nəticəsində mümkün olmuşdu. BMT Azərbaycanın işğal altında olan ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələrindən boşaldılması barədə 4 qətnamə qəbul etsə də, onların icrası təmin edilməmişdi. Bu isə məhz kifayət qədər təsir imkanlarına malik olan böyük dövlətlərin, bəzi beynəlxalq təşkilatların ikili standartlara əsaslanan selektiv münasibətinin nəticəsi idi. Belə hal cəzasızlıq mühitində Ermənistanın hərbi-siyasi təxribatlarına rəvac vermiş, işğalçı ölkənin qeyri-konstruktiv mövqe sərgiləməklə regional təhlükəsizliyə ciddi təhdidlər yaratmasını şərtləndirmişdi. Lakin uzun müddət ədalətsiz münasibətlə üzələşən Azərbaycan bütün təzyiq və təhdidlərə baxmayaraq, işğalçı, separatizmdən qidalanan Ermənistanı hərb meydanında ciddi cəzalandırmaqla tarixi ədalətsizliyi aradan qaldırdı. Bu, həm də dünya erməniliyinin, hələ də müstəmləkə təfəkkürü ilə yaşayan geosiyasi dairələrin və islamofob mərkəzlərin fiaskoya uğradılması idi.

Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan beynəlxalq hüquq normalarının müvafiq prinsiplərində və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna istinadla tarixi ədaləti bərpa edərək mühüm bir presedent yaratdı. Yəni Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməyə nail oldu. Bununla da bir dövlətin öz hərbi-siyasi, iqtisadi, diplomatik qüdrətinin beynəlxalq hüquq normalarının yerinə yetirilməsi üçün həlledici amil olduğu nümayiş etdirildi.

Bu, eyni zamanda, qlobal tənzimləmə mexanizmi olan beynəlxalq hüquqa hörmətsizlik sindromunun aradan qaldırılması baxımından vacib nümunə oldu. Azərbaycanın yaratdığı strateji presedent milli güc faktorunun qlobal geosiyasətdə həlledici amil olduğunu təsdiqlədi. Təbii ki, milli güc deyildikdə təkcə hərbi potensial nəzərdə tutulmur. Buraya siyasi-diplomatik, iqtisadi, mənəvi-psixoloji güc və milli həmrəylik faktoru, eləcə də beynəlxalq reputasiya daxildir. Azərbaycan öz haqlı mübarizəsində həm siyasi-diplomatik, həm iqtisadi imkanlarından, həm də milli birlik faktorundan səmərəli istifadə etməklə və qlobal informasiya platformasında məqsədyönlü fəaliyyət həyata keçirməklə, son nəticədə hərb meydanında düşməni darmadağın etməklə tarixin XXI əsr səhifəsinə QALİB AZƏRBAYCAN adını yazdırdı!

Digər tərəfdən, qalib və qüdrətli Azərbaycan postkonflikt mərhələsində də qətiyyətli mövqe sərgiləyir. Xüsusilə də, Ermənistanın regionda sülh və təhlükəsizliyə təhdid yaradan təxribatlarının qarşısının alınması istiqamətində prinsipiallıq nümayiş etdirilir. Ən əsası, bu ölkənin müharibə cinayətlərinə görə beynəlxalq müstəvidə qanun və hüquq qarşısında cavab verməsi üçün müvafiq iş aparılır. Məlumdur ki, Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla çox sayda müharibə cinayəti törədib. Nəticədə həmvətənlərimizin bir çoxu şəhid olub, yaralanaraq sağlamlığını itirib. Bu, bəşəriyyətə qarşı vandalizm aktı olmaqla yanaşı, beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Ona görə də, qeyd etdiyimiz kimi, işğalçı ölkənin beynəlxalq hüquq qarşısında cavab verməsi zərurətdir. Eyni zamanda, təcavüzkarlar unutmamalıdır ki “Dəmir yumruq” öz yerindədir və bundan sonra da istənilən təxribat cəhdinin qarşısını alacaq!

Məlum olduğu kimi, Azərbaycanın möhtəşəm tarixi qələbəsini təmin edən bir çox faktor mövcuddur. Bunların sırasında “yumşaq qüvvə” kimi dəyərləndirilən medianın gücündən istifadə mühüm yer tutur. Ümumiyyətlə, informasiya əsri hesab olunan XXI yüzillikdə media strateji vasitədir və düzgün təbliğat-informasiya siyasəti aparmadan ciddi nailiyyət qazanmaq mümkün deyil. Məhz Vətən müharibəsinin bir cəbhəsinin də informasiya savaşı olduğunu nəzərə alsaq, bu istiqamətdə görülən işlərin və əldə edilən üstünlüyün tarixi Zəfərimizin qazanılmasında necə böyük önəm kəsb etdiyini daha yaxşı anlamış olarıq.

İnkaredilməz həqiqətdir ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan təkcə hərb meydanında deyil, həm də informasiya-təbliğat müstəvisində tarix yazdı. Prezident İlham Əliyevin milli məzmunlu, qlobal xarakterli informasiya strategiyası Azərbaycanın bu cəbhədə də üstünlüyünü təmin etdi, düşmən və ona hamilik edən anti-Azərbaycan dairələr sərrast informativ-ideoloji atəşlərlə darmadağın edildi. Dövlət başçısı həmin müddətdə 30-a yaxın xarici kütləvi informasiya vasitəsinə müsahibə verərək Azərbaycanın haqlı – ədalətli mövqeyini, mövcud reallıqları, tarixi, siyasi, hüquqi məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Eyni zamanda, erməni yalanları ifşa edildi, Azərbaycan əleyhinə aparılan qara piar kampaniyası iflasa uğradıldı, dezinformasiyaların qarşısı qətiyyətlə alındı. Prezident İlham Əliyevin bəhs olunan müsahibələr zamanı ifadə etdiyi fikirlər – diplomatik incəliklə, konkret olaraq və açıq-aydın şəkildə toxunduğu məsələlər Azərbaycanın beynəlxalq informasiya platformasında mövqeyinin möhkəmlənməsini, qlobal ictimai rəyin ölkəmizin lehinə dəyişməsini təmin etdi.

Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması, anti-Azərbaycan dairələrin qara piar kampaniyasının iflasa uğradılması, erməni yalanlarının ifşa olunması baxımından olduqca effektivdir. Yeni mərhələdə – postkonflikt dövründə də bu istiqamətdə sistemli fəaliyyət ardıcıl olaraq davam etdirilir. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasına zəruri dəstək olmaqla yanaşı, qlobal informasiya-təbliğat müstəvisində Azərbaycanın mövqeyinin daha da möhkəmləndirilməsi baxımından çox önəmlidir.

Azərbaycanın təntənəli Zəfər yürüşünün uğurlu və möhtəşəm olmasını təmin edən ən mühüm amillərdən biri, heç şübhəsiz, milli həmrəylik faktorudur. Ümumiyyətlə, müstəqillik dövrünün prosesləri və reallıqları təsdiqləyir ki, milli həmrəylik xalqımız, dövlətimiz üçün taleyüklü anlarda həlledici amil kimi çıxış edib. Müstəqilliyin ilk illərində Azərbaycanın ciddi tənəzzül, xaos və böhranla qarşı-qarşı olduğu zaman xalqımızın vahid mövqedən çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşməsi, milli birlik nümayiş etdirməsi ölkəmizin suverenliyinin qorunmasını, sabitlik və təhlükəsizliyin təmin olunmasını, respublikamızın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasını şərtləndirdi. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində həmrəylik amili Azərbaycan dövlətinin milli gücünü artıran faktora çevrildi.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strateji kursunun nəticəsi olaraq xalqımızın həmrəyliyinin daha da gücləndirilməsi ölkəmiz üçün yeni perspektivlər açdı. Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində sistemli, məqsədyönlü tədbirlərin həyata keçirilməsi, paralel olaraq respublikamızda müxtəlif xalqların nümayəndələrinin sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, islahatlar nəticəsində siyasi qüvvələrin ümummilli məsələlərdə vahid platformada birləşməsinin təmin olunması və digər amillər milli birliyin əsaslarını gücləndirmiş oldu.

Ötən ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlar törətməsi zamanı Azərbaycan xalqı, o cümlədən gənclər Ali Baş Komandanımıza, dövlətimizə və ordumuza birmənalı dəstəklərini ifadə etdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsində vahid yumruq kimi birləşən xalqımızın nümayəndələri birlik – həmrəylik nümunəsi ortaya qoyaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda böyük fədakarlıq nümayiş etdirdilər. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan haqlı və şərəfli mübarizədə böyük şücaət, rəşadət və cəsarət göstərərək tarix yazan əsgər və zabitlərimiz, arxa cəbhədə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Qələbəmizi təmin etdi.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərmələri isə milli həmrəyliyin daha bir bariz nümunəsi idi. Beləliklə, 44 günlük Zəfər yürüşünün nəticəsi olan möhtəşəm Qələbə Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini – sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan dövləti və cəmiyyəti Vətən müharibəsi qəhrəmanlarını – ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram, onların ailələrinə və qazilərimizə yüksək diqqət, qayğı göstərir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalaması isə bu baxımdan xüsusi qeyd edilməlidir. Hər il 27 sentyabr tarixinin respublikamızda Anım Günü kimi qeyd edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlaması, onların qayğısına qalması da həm müharibə dönəmində, həm də sonrakı mərhələdə ictimai həmrəyliyin gücləndirilməsi baxımından müstəsna rol oynayıb. Mehriban xanım Əliyevanın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımıza səfərlər etməsi, böyük tarixi, mənəvi və siyasi əhəmiyyətə malik olan “Xarıbülbül” Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin təşkili də post-müharibə dövründə yeni reallıqların təsdiqi baxımından olduqca böyük önəm kəsb edir.

Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi və Azərbaycanın şanlı qələbəsi çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisəsi – iftixar səhifəsidir. Bu Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması – Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli tərəqqinin yeni mərhələsinin başlanğıcıdır.

Hərbi-siyasi və diplomatik müstəvidə üstünlüyünü nümayiş etdirən Azərbaycan yeni geostrateji reallıqlar yaradıb, irəli sürülən strateji təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, ölkəmizin qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Paralel olaraq işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abdiələrimizin bərpa olunması regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, ölkəmizin inkişafına yeni stimul – impuls olacaq.

Əminliklə söyləmək olar ki, postmüharibə dövründə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmində və gücündə olan Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ardıcıl nailiyyətlər qazanmaqla həm şanlı Qələbəmizin nəticələrinin daha da möhkəmləndirilməsinə, həm də yeni strateji zirvələrin fəth edilməsinə müvəffəq olacaq!

Sonra YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə “Şəhid ailələrinə və qazilərə diqqət, qayğı dövlətimizin sosial siyasətinin prioritet sahəsidir” mövzusunda çıxış edib. Bildirib ki, Vətən müharibəsində həlak olanların və sağlamlığını itirənlərin qəhrəmanlığını xalq heç vaxt unutmayacaq. Şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısının olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə on min beş yüz mənzil və fərdi ev verilib: “Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. O cümlədən, 2021-ci ildə 3 min mənzil və fərdi ev. 2021-ci il üzrə artıq 1600, ümumən ötən dövrdə 11 minə yaxın mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. İndiyədək müharibə əlillərinə 7200 avtomobil verilib, bu il daha 100 avtomobil veriləcək. Son yeddi ayda 52 min nəfər şəhid ailəsinin üzvü və müharibə veteranı işlə təmin olunub, 7200 nəfər özünəməşğulluq proqramına, 56 min nəfər isə ödənişli ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 2600 nəfərə reabilitasiya xidməti göstərilib. YAŞAT Fondu tərəfindən bu günə qədər 131 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-i müalicəni keçib və Vətənə qayıdıb. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də YAŞAT Fondu tərəfindən təmin edilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əmək haqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb”.

Tədbirdə şəhid Manaf Bəhmənlinin anası Suray Bəhmənova “And yerimiz, qan yaddaşımız şəhidlər ölməzdir” mövzusunda çıxış edərək deyib ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Onun sözlərinə görə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev tərəfindən 27 sentyabr tarixi Anım Günü kimi təsis olunub.

Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə yüksək qayğı göstərildiyini deyən şəhid anası Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Mən oğlum Manafla qürur duyuram. O torpaqlarımızın azadlığı uğrunda canını qurban verib. O, təkcə mənin övladım deyil, bütün Azərbaycan xalqının övladıdır. Şəhidlərimiz öz qanları ilə torpaqlarımızı işğaldan azad etdilər. Bununla da, onlar tarixə öz adlarını əbədi yazdılar”, -deyə Suray Bəhmənova vurğulayıb.

Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə “Anım Günü: bütün şəhidlərə dərin hörmət və ehtiramın ifadəsi” mövzusunda çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafinda sıx birləşərək böyük qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızın dalğalanması ilə Azərbaycan tarixinin ən parlaq səhifələri yazıldı. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan yaratdı .

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Vətən müharibəsi xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu: “Eyni zamanda, Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı. Azərbaycan ictimaiyyəti bu günlərdə böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuş Vətən müharibəsinin başlanmasının, Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin ilk ildönümünü qarşılayır. Müstəqilliyimizi bərpa edəndən sonra ilk dəfədir ki, biz rayonlarımızın işğal tarixini yox, azad edilməsini qeyd edəcəyik. Prezident İlham Əliyev tərəfindən 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir”.

Videokonfransda Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev “Vətən Müharibəsi müzəffər ordumuzun qəhrəmanlıq salnaməsidir” mövzusunda çıxış edib. O qeyd edib ki, qazanılan tarixi qələbədə bir çox amillər ciddi rol oynadı: “Prezident İlham Əliyevin güclü iradəsi, qətiyyəti, prinsipial mövqeyi, ordumuzun gücü, xalqımızın birliyi, vətənpərvər övladlarının şücaəti və göstərdiyi qəhrəmanlıq bu amillərin önündə gəlir. Azərbaycan xalqı belə bir tarixi məqamda yumruq kimi birləşməyi, tarixin sınağından üzüağ çıxmağı bacardı. Vətən müharibəsi xalqımızın dəmir yumruq kimi birliyini, ordumuzun vətənpərvərliyini, vətənə olan sevgi və məhəbbətini bir daha göstərdi”.

Anar Mirzəyev Azərbaycanın güclü ordusunun olduğunu xüsusi vurğulayıb. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən illər ərzində uğurla davam etdirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları sırasına yüksəlib. “Ordumuzun gücü təkcə onun müasir texnika və silahlarla təminatı ilə bağlı deyil. Burada hərbçilərimizin, əsgərlərimizin yüksək vətənpərvərlik hissi və peşakarlığı da çox mühüm rol oynayır. Mən 44 günlük Vətən müharibəsində bunun şahidi oldum. Döyüşçülərimiz qorxmadan, böyük cəsarətlə düşmənin üzərinə gedirdilər. Onlar yaralansalar da döyüş meydanını tərk etmək istəmirdilər. Məhz belə bir ordu ilə biz düşmənə qalib gəldik”,-deyə Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.

“Dəmir yumruq: xalqımızın əzm, iradə və gücünün rəmzi” mövzusunda çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə və işğal siyasətinə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Onun sözlərinə görə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəman əsgər və zabitlərimiz, Azərbaycan xalqı yüksək əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə ağır və sarsıdıcı zərbələr endirdilər. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi: “Beləliklə 17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan ardıcıl və sistemli islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu”.

Millət vəkili söyləyib ki, Ermənistan və onun havadarları “Dəmir yumruğu” heç zaman unutmayacaq. Əgər onlar yenə də təxribatlara əl atmaq istəsələr, “Dəmir yumruğu” başlarının üzərində görəcəklər.

Tədbirdə “Azərbaycan gəncliyi və Vətən Müharibəsi” mövzusunda çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə yüksək vətənpərvər ruhlu gənc nəslin formalaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bunun başlıca səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətidir.

Bəxtiyar İslamov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi öz qətiyyətli sözünü dedi: “Müharibədə döyüşənlərin böyük əksəriyyəti gənclər idi. Prezident, Ali Baş Komandanımız İlham Əliyev gənclərimizin vətənpərvərliyini yüksək qiymətləndirərək bildirib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Onun sözlərinə görə, Azərbaycan gəncliyinin qarşısında bundan sonra da mühüm vəzifələr dayanır: “Biz öz fəaliyyətimizlə bu vəzifələrin öhdəsindən gəlməyə, dövlətimizin başçısının yüksək etimadını doğrultmağa, qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq”.

Sonda YAP Mərkəzi Aparatının aparıcı məsləhətçisi Ayşə İsazadə Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının bəyanatını səsləndirib.

Videokonfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyev 27 Sentyabr -Anım Günü ilə bağlı Azərbaycan xalqına müraciətində ciddi mesajlar verdi. Qarşımızda duran əsas vəzifə qazandığımız tarixi qələbəmizi qorumaqdan və Vətənimizi daha da inkişaf etdirməkdən, gücləndirməkdən ibarətdir. Burada əsas məqamlardan biri beynəlxalq müstəvidə fəal iş aparmaqdır. “YAP olaraq partiyamızın Sədrinin qarşımızda qoyduğu vəzifələri yerinə yetirmək üçün beynəlxalq müstəvidə əməkdaşlığı daha da gücləndirməyi nəzərdə tuturuq. Biz Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə növbəti birgə konfrans keçirəcəyik. Həmin konfrans vasitəsilə dünyanın siyasi palitrasına mesajlar veriləcək”,-deyən YAP Sədrinin müavini bir daha Vətən müharibəsinin tarixi əhəmiyyətini vurğulayıb, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim böyük ehtiramla anılacağını qeyd edib.


mənbə :
Report.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - wiki sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir