02.03.2015 00:45 xeber –
Məşhur yumorist Bakıda konsert verəcək.
Martın 8-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Rusiyanın estrada artisti, yumoristik janrın əfsanəsi, populyar monoloqların müəllifi və ifaçısı Lion İzmaylovun yubiley konserti keçiriləcək.
ANS PRESS-in məlumatına görə, Beynəlxalq Qadınlar Günü və gülüş ustasının 75 illik yubileyi münasibətilə təşkil olunacaq konsert proqramında Lion İzmaylov repertuarından yeni və ən populyar monoloqları təqdim edəcək.
Mənbə : Anspress.com