09:58 xeber – Türkiyənin Malatya vilayətində Malatya Rixter şkalasına görə 5 bal gücündə zəlzələ baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu haqda ölkənin təbii fəlakət və fövqəlada hallar nazirliyi xəbər verir.
Zəlzələ yerli vaxtla saat 2:28-də Həkimxan şəhərindən 16 km aralıqda baş verib. Təbii fəlakətin episentri 21,73 km dərinlikdə qeydə alınıb. Zəlzələ zamanı zərərçəkənlər və dağıntılar haqda məlumat verilmir.
ABŞ geoloji xidmətinin məlumatına görə isə, zəlzələnin maqnitudası 4,9 bal təşkil edib, episentri isə 10 km dərinlikdə qeydə alınıb.
Zəlzələnin qeydə alındığı ərazi
Bundan əvvəl oktyabrın 7-də Türkiyənin Antalya şəhərində 5,2 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət zamanı heç kəs xəsarət almayıb, dağıntılar olmayıb. Yerli sakinlər insident nəticəsində sadəcə şəhərin bir rayonunda telefon rabitəsinin sıradan çıxdığını bildirirdilər.
mənbə :
anspress