13:40 xeber – Ötən həftə Türkiyə F-16 qırıcısı tərəfindən vururlan Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun cəsədi Türkiyəyə gətirilib.
Azadlıq.az xəbər verir ki, anspress-in Reuters-ə istinadən verdiyi məlumatına görə, bu haqda Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan edib.
Rusiyanın Ankaradaki səfirliyinin press-atteşesi İqor Mityakov pilotun cəsədinin noyabrın 29-u Rusiya tərəfinə veriləcəyini bildirib.
Podpolkovnik Peşkov katapulta etdikdə sonra suriyalı döyüşçülər tərəfindən öldürülüb. Sağ qalan Su-24-ün şturamanı Konstantin Muraxtin isə müxtəlif dərəcəli zədələrlə xəstəxanaya yerləşdirilib. Bundan əlavə insident yerində axtarış- xilasetmə əməliyyatında iştirak edən mi-8 hərbi helikopterinin vurulması nəticəsində matros Aleksandr Pozıniç həlak olub.
Rusiya prezidetni Vladimir Putin Peşkovu ölümündən sonra Rusiya gəhramanı adı ilə təltif edib. Muraxtin və Pozıniç isə “Cəsarət” ordeninə layiq görülüblər.
Konstantin Muraxtin – Su-24-ün şturmanı
Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Suriya-Türkiyə sərhədində təyyarənin vurulması
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb.
Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da gərginləşir. Ötən gün Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.
Ötən gün isə Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
mənbə :
anspress