15:43 xeber – “İran Azərbaycana qarşı çıxış edən heç bir təşkilatı dəstəkləmir.”
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə bunu, İranın Azərbaycandakı səfiri Möhsün Pakayın deyib.
Səfirin sözlərinə görə iki ölkə arasında əməkdaşlıq münasibətləri var. “Ölkələrimiz arasında gözəl qardaşlıq münasibətləri var. Ona görə də bizim guya kimisə dəstəkləməyimiz barədə deyilənlər yalan və uydurmadır. Bizim Nardaran hadisələrinə də heç bir aidiyyətimiz, heç bir bağlılığımız yoxdur. Bakıda İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Rəhbəri də azərbaycanlı İbrahim İbrahimidir. Biz bütün mədəni-humanitar proqramlarımızı yalnız bu təşkilat vasitəsilə həyata keçiririk.”
Noyabrın 26-sı günorta saatlarında Nardaranda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə bir qrup şəxs arasında atışma olub. Atışmada “Kalaşnikov” avtomatlarından və qumbaralardan istifadə edilib. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Hadisə zamanı 2-si polis əməkdaşı olmaqla 6 nəfər həlak olub.
Qarşıdurma zamanı 4 yerli sakinin və 2 polis əməkdaşının həyatını itirməsi ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.
Nardaran – 26 noyabr
mənbə :
anspress