02.03.2015 05:35 xeber –
Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 10 il keçir. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər.
2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib.
Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.
Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib.
Jurnalistə tapançadan 7 dəfə atəş açılıb.
Mənbə : Anspress.com